Milli Məclisin iclasında Ali Məhkəməyə hakimlər təyin olunması məsələsinə baxılıb.
Milli Məclisin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin sədrinin müavini Kəmalə Abıyeva və Şirvan Apellyasiya Məhkəməsinin sədrinin müavini Ələsgər Novruzov Ali Məhkəmənin hakimləri vəzifəsinə gətiriliblər.
Həmçinin Bakı Apellyasiya Məhkəməsinin hakimləri Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, Elşad Şamayev Ali Məhkəməyə hakim postuna gətiriliblər.
Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyev, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Aqil Abbasov, Çingiz Əsgərov, Bəhman Qəribov, Bəhram Məmmədli də Ali Məhkəmənin hakimləri təyin olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?