GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Avropadan Ermənistana zərbə - Bakının diplomatik hücumu İrəvanın planlarını pozdu

Avropadan Ermənistana zərbə - Bakının diplomatik hücumu İrəvanın planlarını pozdu

Tarix: 14-05-2020, 12:00 Bölmə :Siyasət Baxış: 276
Avropadan Ermənistana zərbə - Bakının diplomatik hücumu İrəvanın planlarını pozdu



Avropa Birliyindən Qarabağ məsələsində prinsipial mövqe - ərazi bütövlüyü prinsipi öndə; Brüsseli Bakının yanında yer almağa vadar edən üç vazkeçilməz səbəb...

Mayın 11-də Avropa İttifaqı Şurası Azərbaycanın da üzv olduğu “Şərq Tərəfdaşlığı” ölkələrinə münasibətdə Avropa Birliyi (AB) siyasətinin əsas parametrlərinin yer aldığı sənədi təsdiqləyib. Sənəddə regional münaqişələr, o cümlədən həlli uzanan Dağlıq Qarabağ konflikti ilə bağlı da mühüm və prinsipial yanaşma əksini tapıb.

Belə ki, bildirilir ki, bu konfliktlərə yanaşmada AB Şurası beynəlxalq düzənin, Helsinki Yekun Aktının və ATƏT-in Paris Xartiyasının prinsiplərində göstərildiyi kimi, ərazi bütövlüyü, müstəqillik və suverenlik də daxil, beynəlxalq hüququn qaydalarına, həmçinin fundamental dəyərlərə istinad edir.

Qeyd edək ki, AB (Avropa Parlamenti) ölkəmizin ərazi bütövlüyünə dəstəyini və sərhədlərin toxunulmazlığına hörmətini bir neçə dəfə, qəbul elədiyi sənədlərlə ifadə edib. Həmin sənədlərdə açıq-aydın şəkildə erməni işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması tələb olunur. Amma indi həm də rəsmən bəyan edilir ki, ərazi bütövlüyü demokratiya və insan haqlarından heç də az önəm kəsb etmir.

Sənəddə həmçinin Dağlıq Qarabağ konfliktinin dinc nizamlanması üçün mövcud danışıqlar formatının vacibliyi də vurğulanır. Yəni münaqişə tərəfləri qismində bir daha Azərbaycan və Ermənistan tanınır. Qarabağdakı oyuncaq qurum qeyri-legitim “törəmə” kimi iqnor edilir. Ayrı sözlə, İrəvanın, Paşinyan hökumətinin separatçı rejimi konfliktin üçüncü müstəqil tərəfi kimi danışıqlara qoşub Ermənistan üzərindən işğalçı yarlığı götürmək təşəbbüsü rədd edilir.

Siyasi müşahidəçilərə görə, təşkilatın belə yanaşması işğalçı Ermənistan üçün əsl diplomatik fəlakətdir. Bunu rəsmi İrəvandan ötrü “soyuq duş” effekti də adlandırmaq olar. Hər necə olmasa, Avropa siyasətini, Avropanın postsovet ölkələrinə münasibətini məhz Avropa Birliyi müəyyən edir.

*****

Xatırladaq ki, Avropa Birliyinin əsas orqanı olan Avropa Parlamenti indiyədək iki dəfə saxta “erməni soyqırımı” məsələsini təsdiqləyən sənəd qəbul edib. Həmçinin təşkilata üzv ölkələrin mütləq əksəriyyəti ayrı-ayrılıqda uydurma iddianı tanıyan qərarlar çıxarıb. Ancaq aydın göründüyü kimi, bu reallıq təşkilatın Azərbaycana, Dağlıq Qarabağ ixtilafına yanaşmasına neqativ təsir etməyib - nəyə ki, ermənilər, erməni lobbisi illərdir səy göstərir.

Bunun birinci səbəbi şübhəsiz ki, qurumun beynəlxalq hüquqa, sərhədlərin toxunulmazlığı prinsipinə sayğılı olması ilə bağlıdır. Təbii ki, zorla sərhəd dəyişikliklərinin nə olduğunu iki dünya müharibəsi yaşamış Avropa hamıdan yaxşı bilir. Başqa yandan, rəsmi Brüssel dağıdıcı separatizmin Avropaya vəd elədiyi potensial təhlükələr və dezinteqrasiya proseslərinin də fərqindədir.

İkinci səbəb Azərbaycanın Avropa Birliyi üçün mühüm energetik dəyərdə olması, habelə ölkəmizin proqnoza yatımlı, stabil, özünə hörmət edən və müstəqil balanslı xarici siyasət kursuna malik uğurlu dövlət imicidir. Onun özünü Güney Qafqazın favorit və kilid dövləti kimi təsdiqləyə bilməsidir. İstənilən halda, son olay Bakının Avropa üçün İrəvanla, Rusiyanın satelliti Ermənistanla müqayisədə qat-qat böyük dəyərdə olduğunun bariz təsdiqi sayılmalıdır.

Üçüncü səbəb əlbəttə ki, Ermənistanın yeni rəhbərliyinin hələ də “iki stul” siyasətinə ümid edib, eyni vaxtda həm Avropa (Qərb) ilə, həm də Rusiya ilə strateji müttəfiqlik (tərəfdaşlıq) əlaqələri saxlamaq, onlardan böyük maliyyə-siyasi köməkliklər qoparmaq istəyi ilə bağlıdır. İrəvan çox çalışdı və çalışır ki, işğalçının bir “əli”ndən Rusiya, o birindən isə Avropa (ABŞ) tutsun.

Bu isə mümkünsüzdür. Özünü neçə vaxtdır “gizli qərbçi” və “demokrat” kimi Avropaya sırımağa çalışan inqilabçı baş nazir Paşinyana bununla bağlı, eləcə də separatçı rejimi danışıqlara qoşmağın qeyri-mümkünlüyü barədə əvvəllər də Avropadan, ABŞ-dan da birmənalı və aydın imtina cavabları verilib. Habelə xəbərdarlıq edilib ki, İrəvan Dağlıq Qarabağ konfliktinin həllində konstruktiv mövqe tutub iki əsas qonşusu - Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmayınca, bunun davamı kimi, Rusiya orbitindən tədricən uzaqlşmayınca, ona müstəqil söz sahibi olan ölkə kimi yox, Moskvanın vassalı kimi baxılmağa davam edəcək.

Demək, Qərbin ciddi iqtisadi-maliyyə “inyeksiyaları”nı gözləməyə dəyməz. Bu xüsusda Avropa İttifaqı Şurasının “Şərq Tərəfdaşlığı”na üzv ölkələrlə bağlı qəbul etdiyi son sənəd doğrudan da Avropadan Ermənistana növbəti şok sayılmalıdır. Növbəti dəfə “barmağı” yanan Paşinyan nəticə çıxaracaqmı?..


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ATƏT PA Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ÇAĞIRIŞ ETDİ

    ATƏT PA Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ...

    5-07-2016, 23:38

  • 
  • SON DƏQİQƏ: Brüsseldə “Şərq Tərəfdaşlığı” TOPLANTISI - ərazi bütövlüyü dəstəklənmədi, Azərbaycan veto qoydu

    SON DƏQİQƏ: Brüsseldə “Şərq Tərəfdaşlığı” ...

    14-05-2019, 15:44

  • 
  • Azərbaycan XİN-dən Ermənistan parlamentinin vitse-spikerinə sərt — CAVAB

    Azərbaycan XİN-dən Ermənistan parlamentinin ...

    19-12-2017, 17:10

  • 
  • Dağlıq Qarabağ məsələsində dönüş: Ermənistana son xəbərdarlıq

    Dağlıq Qarabağ məsələsində dönüş: Ermənistana son ...

    11-07-2016, 15:40

  • 
  • “Qarabağ probleminin həlli imkanı yaranır”

    “Qarabağ probleminin həlli imkanı yaranır” ...

    21-11-2013, 11:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu