GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kreml Paşinyana “əlcək” atdı - çənbər daralır

Kreml Paşinyana “əlcək” atdı - çənbər daralır

Tarix: 23-06-2020, 12:43 Bölmə :Siyasət Baxış: 449
Kreml Paşinyana “əlcək” atdı - çənbər daralır


Baş nazirin Moskva paradına qatılmamasının səbəbləri - koronaviris testi, yoxsa siyasi test? erməni mediası: “Ermənistandakı daxili siyasi böhranın arxasından Moskvanın ”qulaqları" görünür...“

Ermənistanda “kabab inqilabı”ndan keçən iki ildən çox zaman kəsiyində erməni əhalinin durumu zərrəcə yaxşıya dəyişməyib. Bu, yalnızca koronavirusun yaratdığı obyektiv çətinliklərlə əlaqəli deyil. Pandemiya cəmi bir neçə ayın söhbətidir, ona qədər də Nikol Paşinyanın “inqilabçı” hökumətinin ölkədə köklü iqtisadi islahatlar aparıb, toplumun həyat səviyyəsini qaldırmağa qadir olmadığı aydın idi.

Bu yandan da Paşinyanın uğursuz iqtisadi siyasətdən ictimai diqqəti yayındırmaq üçün repressiyalara əl atmaq və korrupsiya ilə mübarizə görüntüsü yaratmaq cəhdləri ona gözlədiyi nəticəni gətirmir. Artıq eks-prezident, Putinin yaxın dostu və “Qarabağ klanı”nın odioz fiqurlarından biri Robert Köçəryan girov qarşılığında sərbəst buraxılıb. Onun azadlığa çıxması üçün isə Ermənistanın ədliyyə tarixində rekord məbləğdə - 2 milyard dram (4.1 milyon dollar) girov qoyulub. Özü də bu məbləğ Rusiyada yaşayan, Putin hökumətinə yaxınlığı şübhə doğurmayan Rusiyadakı erməni oliqarxlar tərəfindən ödənib. Bunlar - Samvel Karapetyan (“Taşir” qrupu), Sergey Ambarsumyan (“Monarx” qrupu), “Sistema” şirkətinin baş səhmdarı Vladimir Yevtuşenkov (Robert Köçəryan həmin şirkətin Direktorlar Şurasının üzvüdür) və tanınmış rusiyalı erməni iş adamı Gennadi Stepanyandır.

*****

Köçəryanın həbsdən buraxılmasından cəmi bir neçə gün sonra isə İrəvan məhkəməsi “Çiçəklənən Ermənistan” Partiyasının və parlamentdəki eyni adlı deputat fraksiyasının rəhbəri, az öncə Paşinyanın istefasını tələb etdiyi üçün deputat toxunulmazlığı ləğv edilmiş oliqarx Qaqik Tsarukyanın həbsi haqda vəsatəti rədd edib. Tsarukyan həbs təhlükəsindən qurtulub.

Məlumat üçün bildirək ki, bütünlüklə Rusiyaya bağlı olan oliqarx Tsarukyan Ermənistanda ciddi siyasi fiqur sayılmır. Parlament seçkilərində də həmişə rüşvət hesabına müəyyən deputat yerləri əldə edə bilib. Ona qarşı açılmış cinayət işi üzrə ittihamlardan biri də məhz seçici səsini rüşvət hesabına almaqla bağlıdır.

Yeri gəlmişkən, 2018-ci ilin erkən parlament seçkilərində Tsarukyanın partiyası Paşinyanın partiyasından sonra yerlərin ən çoxunu qazanıb. Necə? Məlumdur. Bu da sizə həmin seçkilərin guya beynəlxalq normalara uyğun, demokratik keçirilməsi haqda rəsmi İrəvanın iddialarının puçluğunu təsdiqləyən ən tutarlı arqument. O gün Paşinyan da etiraf elədi ki, Tsarukyan deputat yerlərini pulla alıb.

*****

Beləcə, Nikol Paşinyanın daxildə siyasi rəqiblərə münasibətdə sərt siyasəti gözlədiyi səmərəni vermir. Bunu inqilabdan keçən iki ildə yeni hakimiyyətin ilk ciddi siyasi fiaskosu da saymaq olar. Üçüncü yandan isə Rusiya ilə münasibətlər gərgin və sərin olaraq qalır. Moskva hələ də N. Paşinyana və komandasına bel bağlamır. Bunun bariz sübutu kimi onun Ermənistan rəhbəri qismində bir dəfə də olsun, Rusiyaya rəsmi səfərə dəvət almaması göstərilə bilər.

Münasibətlərin qaydasında olmadığına dair daha bir “isti” dəlil.

Sabah - iyunun 24-də Moskvada faşizm üzərində qələbənin 75-ci ildönümü ilə bağlı təxirə salınmış hərbi parad keçiriləcək. Məlum olduğu kimi, Putin parada Nikol Paşinyanı da dəvət edib. Ancaq bu günlərdə bəlli oldu ki, erməni baş nazir Moskvaya gedəsi olmayacaq. Paşinyan Putinə göndərdiyi məktubda imtinanı Ermənistanda epidemiya ilə bağlı vəziyyətlə izah edib.

Lakin çox maraqlıdır ki, “Qraparak” erməni nəşri imtinanı başqa səbəblərlə, Kremlin yaratdığı əngəllərlə əlaqələndirib.

“Rusiya tərəfi Nikol Paşinyandan Moskva hava limanında koronavirus testindən keçməsini tələb edib. Çünki onlarda Paşinyanın infeksiyaya yoluxması və qısa müddətdə sağalması ilə bağlı şübhələri olub. Erməni tərəfi isə Paşinyanın İrəvanda keçdiyi və cavabı mənfi olan testi göndərməyi təklif edib. Lakin ruslar imtina ediblər və Ermənistan baş nazirini yerində yoxlamaq lazım gəldiyi və həqiqətən xəstələnib sağalıbsa, qanındakı antitellərə əmin olmaqda israr ediblər. Əgər Paşinyanın həqiqətən də koronavirusa yoluxmadığı ortaya çıxsaydı, o zaman Rusiyaya girişi qadağan ediləcəkdi, çünki Ermənistan koronavirusun yayılması baxımından bölgənin ən təhlükəli ölkəsi sayılır”, - deyə nəşr qeyd edib.

*****

Moskva səfərini əngəlləyən daha bir səbəb, fikrimizcə, belə qəliz dönəmdə Paşinyanın ölkəni tərk etmək istəməməsi ilə bağlı ola bilərdi. Axı indi ona Kreml də “əlcək” atıb. Açıq-aydın görünür ki, Rusiya düşmən ölkədə özünə sadiq qüvvələri mövcud hakimiyyətə qarşı hərəkətə gətirib. Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinin səfirlik binasında “Çiçəklənən Ermənistan” blokundan olan deputatlarla görüşü bu xüsusda az şey demir.

Moskvada heç şübhəsiz, Nikolu görməkdən, yumşaq desək, məmnun deyillər. Nədənini erməni mediasında gedən yazılardan da görmək mümkündür.

“Apaydındır ki, Ermənistandakı daxili siyasi böhranın arxasından məhz Moskvanın ”qulaqları" görünür".

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Armenianreport.com-dakı məqalədə deyilir.

Məqalədə daha sonra deyilir: “Əlbəttə, qətiyyən təsadüfi deyil ki, Rusiya səfiri qəfildən Ermənistandakı daxili siyasi mübarizənin qızğın vaxtında Tsarukyan partiyasının nümayəndələri ilə ”koronavirusa qarşı mübarizə" və “parlamentlərarası münasibətlər” mövzusunu müzakirə etmək istəyib. Əslində hər şey aydındır - “Çiçəklənən Ermənistan”ın deputatları Rusiya səfiri ilə görüşdə Moskvanın “endirdiyi” müvafiq göstərişləri aldılar".

Müəllifə görə, rəsmi İrəvanın “müstəqil kursu” Kremlin ürəyincə deyil: “Paşinyanın inqilabçı şəxsiyyəti rusları qorxudur, daim postsovet məkanında Rusiya əleyhinə Qərbin təşkil etdiyi ”rəngli inqilabları" xatırladır. Hərgah Paşinyan Rusiyanın “ayağını” tapdamayıb və onu Ermənistandan tamamilə sıxışdırmağa çalışmayıb, yenə də Kreml onu qəbul etmir. Paşinyanı qırmaq və qorxutmaq mümkün olmadı və buna görə Rusiyanın “beşinci kolonu” səhnəyə çıxdı, hansı ki, Kremlin istənilən əmrini can-başla yerinə yetirməyə hazırdır - Ermənistanın suverenlikdən məhrum edilməsinə qədər".

Ancaq erməni müəllif burada, əlbəttə ki, blef edir. Çünki Ermənistanın suverenliyi on illərdir onsuz da kağız üzərindədir. Levon Ter-Petrosyandan tutmuş, Nikol Paşinyana kimi Ermənistan rəhbərlərinin hamısı öz ölkələrinin suverenliyi və müstəqilliyini Azərbaycan torpaqlarının işğalına qurban veriblər. Fərq yalnız bundadır ki, Paşinyan altdan-altdan Rusiyanı Qərblə əvəzləmək istəyir və işğal olunmuş Qarabağla birgə Ermənistana yeni ağa axtarır. Bu isə mümkünsüzdür. Daha dəqiqi, Qarabağla mümkünsüzdür../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kreml Paşinyan üçün plan hazırlayır - GƏLİŞMƏ

    Kreml Paşinyan üçün plan hazırlayır - GƏLİŞMƏ ...

    17-10-2019, 12:18

  • 
  • Kremldən İrəvana qəfil zəng – Putinlə Paşinyanın “ulduzları” barışdı?

    Kremldən İrəvana qəfil zəng – Putinlə Paşinyanın ...

    3-06-2020, 11:40

  • 
  • Kreml “düymə”yə basdı - İrəvandakı səfirlikdə müəmmalı görüş

    Kreml “düymə”yə basdı - İrəvandakı səfirlikdə ...

    19-06-2020, 11:28

  • 
  • Ermənistanda bələdiyyə seçkiləri: Paşinyan ilk məğlubiyyətlə tanış olur

    Ermənistanda bələdiyyə seçkiləri: Paşinyan ilk ...

    22-10-2018, 15:53

  • 
  • “Moskvada Nikol Paşinyanın etibarsız tərəfdaş obrazı yaranıb” – “Kommersant”

    “Moskvada Nikol Paşinyanın etibarsız tərəfdaş ...

    9-01-2019, 13:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu