GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Bakı Naxçıvana dəhliz açacaq...” - Moskvadan İrəvana ilginc hədə

“Bakı Naxçıvana dəhliz açacaq...” - Moskvadan İrəvana ilginc hədə

Tarix: 7-07-2020, 13:15 Bölmə :Siyasət Baxış: 360
“Bakı Naxçıvana dəhliz açacaq...” - Moskvadan İrəvana ilginc hədə


Ermənistanda Kreml əleyhinə yeni demarşlar; Paşinyan Putinin əsəbləri ilə oynayır?; Rusiyalı politoloq: “Ermənilər işğal altındakı Azərbaycan torpaqlarına dərhal ”əlvida" deyəcəklər, əgər..."

Son vaxtlar Ermənistanda 1 nömrəli müttəfiq Rusiyaya qarşı baş qaldıran narazılıq dalğası həm də “əsəb savaşı” xarakteri almaqdadır. Ermənistanda anti-rusizm o həddə çatıb ki, artıq baş nazir Nikol Paşinyana bağlı media Rusiyanı Beynəlxalq Məhkəməyə verməklə hədələyir. Belə ki, Largir.am saytında gedən məqalələrin birində Moskva ilə İrəvanın qaz mübahisəsi ilə bağlı Paşinyan hökumətinə məhz belə bir təklif edilir.

Ermənistandakı antirusiya isteriyası fonunda isə Rusiyanın AzadlıqRadiosunun erməni xidmətinin Moskvadakı reportyoru Roza Azatyanı deportasiya etməyə hazırlaşması barədə xəbər yayılıb. Axar.az-ın məlumatına görə, bu barədə Politik.am saytı yazıb. Sayt öz mənbələrinə istinadən bildirir ki, Rusiya xüsusi xidmət orqanları müxbirə Ermənistan Xarici İşlər Nazirliyinin diplomatik pasport verdiyini müəyyən edib.

“Diplomatik pasporta malik Roza Azatyan Rusiyanın maraqlarına qarşı hərəkətə keçib. Bunun sayəsində yaxın zamanlarda Ermənistanla Rusiya arasında güclü diplomatik qalmaqal yaşanacaq ki, bu da təkcə Ermənistanın Rusiyadakı səfirinin istefası ilə yox, həm də Mnatsakanyanın (xarici işlər naziri - red.) istefası ilə nəticələnəcək”, - deyə məlumatda qeyd edilir.

Bu da hamısı deyil. Düşmən ölkədən gələn xəbərlərdə həmçinin Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının Ermənistandan çıxarılması yönündə tələblər səslənməyə başladığı bildirilir. Həmin tələblər Rusiya ilə Ermənistan arasında hərbi müqaviləyə təzədən baxılması çağırışları fonunda edilməkdədir. Ermənilərin fikrincə, bazaya görə Moskva İrəvana təzminat ödəməlidir, nəinki əksinə.

*****

Hələ ki belə çağırışlara Moskvadan rəsmi reaksiya yoxdur. Görünür, Nikol Paşinyanın məsələdə mövqe bildirməməsi Kremli təmkinli mövqe tutmağa vadar edir. Hərçənd gün kimi aydındır ki, işğalçı ölkədə anti-Rusiya ovqatı müstəsna olaraq, Paşinyanın özü və komandası tərəfindən körüklənir. Siyasi təhlilçilərə görə, bununla o, öz sələflərinin yolunu təkrarlamaq və şantaj yolu ilə Moskvadan əlavə güzəştlər qoparmaq istəyir. Çünki Ermənistanda Rusiya hərbi mövcudluğu, o cümlədən 102 saylı bazanın varlığı elə “Ermənistan” adlı qondarma dövlətin varlığı anlamına gəlir.

Gözlənildiyi kimi, Paşinyan iqtidarına qarşı müxalifətdə olan qüvvələr bu çağırışları dərhal onun əleyhinə istifadə eləməyə başlayıblar. Məsələn, rusiyayönlü oliqarx-siyasətçi, haqqında cinayət işi açılmış Qagik Tsarukyan deyib ki, Gümrüdən Rusiya bazasının çıxarılması erməni dövlətçiliyinin itirilməsinə gətirə bilər.

“Nikol Paşinyan hakimiyyətə gələndən bəri Ermənistanda 102-ci Rusiya hərbi bazasının çıxarılmasının zəruriliyi ilə bağlı söhbətlər gedir, hərçənd belə tələblər əvvəllər də səslənib”.

Bu fikri tanınmış rusiyalı politoloq Vitali Arkov söyləyib. O, eks-prezident Serj Sarkisyan və yaxınlarının da kredit adı ilə Moskvadan əlavə səxavətli maliyyələşdirmə almaq üçün etirazlardan şantaj vasitəsi kimi istifadə elədiyini xatırladıb.

“Aydındır ki, 102-ci Rusiya hərbi bazasını Ermənistandan çıxartmaqla bağlı Qərb tərəfindən vəzifə qoyulub. O məqsədlə ki, NATO-nun, daha dəqiqi, ABŞ-ın birləşməsi onun yerini tutsun” - deyən ekspert bunu da qeyd etməyi vacib hesab edir ki, hələ ki, Paşinyanın özü Rusiya ordusunun getməsi ilə bağlı fikirlərə açıq şəkildə dəstək ifadə etməyib və hətta rəsmi olaraq Gümrüdəki 102-ci bazaya baş çəkib.

“Güman eləmək olar ki, Paşinyanın özü də, İrəvandakı əksər siyasətçilər də soyuq başla anlayırlar ki, əgər Moskva ilə münasibətlərdəki vəziyyət o dərəcədə gərginləşsə və bunun nəticəsi kimi, Rusiya hərbçilərinin Gümrüdən çıxarılması gündəmə gəlsə, onda nəinki bütün işğal edilmiş Azərbaycan torpaqlarına dərhal ”əlvida" demək lazım gələcək, üstəlik, hətta Ermənistan öz formal ərazilərinin bir qismini də itirəcək. O zaman böyük yəqinliklə Bakı Naxçıvana həyati əhəmiyyətli dəhliz açacaq. İrəvanda isə vaxtilə vasitəçilərin təklif elədiyi ərazi mübadiləsi variantlarını müzakirə etməkdən qəti şəkildə imtina etdiklərinə görə dönə-dönə peşmançılıq keçirəcəklər", - deyə Arkov vurğulayıb.

Bu xüsusda politoloq Paşinyanın Gümrüdəki hərbi baza məsələsi ətrafında vəziyyətdən Serj Sərkisyan dönəmində yaxşı sınaqdan çıxmış şantaj vasitəsi kimi istifadə edərək, Moskvadan əlavə maliyyə vəsaiti almaq istəyini daha real sayır.

“Heç kimə sirr deyil ki, Ermənistanın sosial-iqtisadi vəziyyəti kritikdir, əslində bu, tam bankrot olan bir dövlətdir. Qərb tərəfindən atılan ”qırıntılar" heç baş nazirin xanımı Anna Akopyanın korrupsiya sxemləri üçün belə bəs eləmir. Oliqarxlar bir-bir müxalifətə keçirlər. Paşinyanın Moskvaya qarşı ədəbsiz davranışı Ermənistan iqtisadiyyatının xilası və Paşinyanın özünün hakimiyyətdə saxlaması üçün Moskvanın pozitiv jestlərinə ümid bəsləmə imkan vermir. O səbəbdən də şantaj üsulu seçilib: ya hərbi əməkdaşlıq haqqında İrəvanın şərtləri əsasında yeni bir müqavilə bağlanır, ya da “çıxışa xoş gəldiniz” deyilir. Ancaq Serj Sərkisyana nəsib olanlar Paşinyana rəva görülməyə bilər. Paşinyan Kremlə qarşı özü üçün çox təhlükəli bir oyun qurub", - deyə rusiyalı analitik sonda qeyd edib.

Bu oyunun nə ilə bitəcəyini yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Odur ki, Azərbaycan da ön tədbirlər görmək zorundadır. İlk növbədə Qarabağ və Naxçıvan istiqamətlərində... //musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrəvandakı Rusiya səfirliyindən sərt bəyanat – Bakı da hazır olmalıdır

    İrəvandakı Rusiya səfirliyindən sərt bəyanat – ...

    2-07-2020, 10:42

  • 
  • İrəvan “nazik buz” üstdə oynayır – Moskvadan son hədə

    İrəvan “nazik buz” üstdə oynayır – Moskvadan son ...

    31-07-2018, 11:57

  • 
  • Paşinyan: “Sabah Qarabağa gedirəm...”

    Paşinyan: “Sabah Qarabağa gedirəm...” ...

    8-05-2018, 16:55

  • 
  • "Moskva Paşinyanı cəzalandıracaq" - Erməni politoloq

    "Moskva Paşinyanı cəzalandıracaq" - ...

    2-08-2018, 11:49

  • 
  • Kreml Paşinyan üçün plan hazırlayır - GƏLİŞMƏ

    Kreml Paşinyan üçün plan hazırlayır - GƏLİŞMƏ ...

    17-10-2019, 12:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu