GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Paşinyan məhşər ayağına çəkilir - Soros projesi iflasda

Paşinyan məhşər ayağına çəkilir - Soros projesi iflasda

Tarix: 4-08-2020, 13:42 Bölmə :Siyasət Baxış: 550
Paşinyan məhşər ayağına çəkilir - Soros projesi iflasda


"Ermənistan "izqoy" ölkəyə çevrilib..." - opponentləri Nikola od püskürdülər; inqilab liderini iqtidara gətirən qüvvə onu bitirir - baş nazir qəliz durumda...

Ermənistanda 2018-ci il mayın 8-də inqilab nəticəsində baş vermiş hakimiyyət dəyişikliyinin sırf Soros layihəsi olduğu artıq şübhə doğurmur. Təkcə o fakt ki, Nikol Paşinyan baş nazir postunu tutar-tutmaz, Rusiyayönlü kadrları “Amerika uşaqları” - “Soros yetişdirmələri” ilə əvəzləyib, özlüyündə çox şey deyir.

Üstəlik, inqilabdan sonra Ermənistanda anti-Rusiya ovqatı, rusofobiya xeyli güclənib, Rusiyaya məxsus siyasi, mədəni atributlar, o sırada rus dili sıxışdırılmağa başlayıb, İrəvandakı Rus Dram Teatrı bağlanıb. Bu günlərdə isə Rusiya telekanallarının ölkədə yayımını məhdudlaşdıran qanun qəbul olunub.

*****

Nikol Paşinyan Moskvanın “ayağını tapdayan” başqa qərarlara da imza atıb. Onun “Rus NATO-su” (KTMT) baş katibi Yuri Xaçaturovu və Putinin dostu, eks-prezident Robert Köçəryanı Moskvadan iznsiz həbsə atması (hər ikisi şərti azadlığa çıxıb) bu qəbildəndir.

Bütün bunlar gözlənildiyi kimi, Moskvada qıcıq qarışıq qəzəb doğurub, Kremlin Nikol Paşinaya inam-etibarını sarsıdıb və sıfırlayıb. Hərgah, N.Paşinyan inqilab öncəsi verdiyi vədlərin ziddinə olaraq, Ermənistanı nə “Rus NATO-su”ndan, nə də Avrasiya İqtisadi Birliyindən, bütövlükdə Rusiya orbitindən uzaqlaşdırmağa cürət etməyib. İndiki Ermənistan hökumətin qəbul etdiyi strategiyada da Rusiya Ermənistan üçün 1 nömrəli prioritet və qarant dövlət olaraq qalır.

Bununla belə, Paşinyan de-fakto Kreml üçün arzuolunmaz ölkə rəhbəridir. Təsadüfi deyil ki, Ermənistanın hazırkı baş naziri bir dəfə də olsun, Rusiyaya rəsmi səfər dəvəti almayıb. Belə qənaətlər var ki, Moskva artıq “gizli qərbçi” və “sorosçu” Paşinyandan əlini üzüb və ona alternativ axtarışındadır. Hesab edilir ki, baş nazir ətrafında həlqə kifayət qədər sürətlə daralmaqdadır.

Bu arada Ermənistanda sanki Moskvanın acığına daha bir “sorosçu” yüksək vəzifəyə layiq görülüb. Belə ki, ölkənin səhiyyə naziri Arsen Torosyan İrəvandakı İnfeksion Xəstəliklər Klinikasına öz yaxın dostu, Soros Fondunun Ermənistan üzrə proqram məsləhətçisi Ovanis Madoyanı baş həkim təyin edib.

Qeyd edək ki, nazirin özü də Soros Fondu ilə əlaqəlidir. Belə ki, 2004-2005-ci illərdə o, Fondun ictimai qurumuna rəhbərlik edib və Soros ofisindən 230 min dollardan çox qrant alıb. Bu yaxınlarda Fond Ermənistana daha 600 min dollar yardım ayırıb.

*****

Sözsüz ki, Nikol Paşinyan hökumətinin Moskva ilə soyuq münasibətlərinin qayəsində Soros amili mühüm yer tutur. Onu da unutmaq lazım deyil ki, postsovet məkanında “rəngli inqilablar”ın əsas sponsoru olan Corc Soros və eyni adlı fond çoxdandır Rusiya rəhbərliyini də ciddi narahat edir.

Yeri gəlmişkən, Kremlin əsas təbliğat ruporlarından olan “Russia Today” telekanalının erməni kökənli direktoru Marqarita Simonyan az öncə Paşinyan hökumətini Rusiyaya qarşı nankorluqda və Ermənistan ərazisində Rusiya hakimiyyətini devirmək üçün gənclərdən ibarət Sorosçu şəbəkə yetişdirməkdə ittiham etmişdi.

Yaranmış durumdan isə təbii ki, müxalifət və revanşist qüvvələr yararlanmağa çalışır.

“Baş nazir Nikol Paşinyan Ermənistanın Rusiya ilə münasibətləri bütünlüklə korlayıb”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri keçmiş hakim Respublikaçılar Partiyasının sədr müavini və sözçüsü Eduard Şarmazanov yerli mediaya açıqlamasında söyləyib.

O, 2018-ci ilin avqustunda Paşinyanın İrəvan və Moskva arasında yüksək səviyyədə münasibətlərin olduğunu bəyan etməsini xatırladaraq deyib: “Baş nazir öz səriştəsiz siyasəti ilə ona nail oldu ki, biz yalnız KTMT-də deyil, hər yerdə ”izqoy" (“tullantı” - red.) ölkəyə çevrildik. İndi bizi heç kim ciddiyə almır".

Bundan əlavə, Şarmazanov az öncə Paşinyanın Rusiya mediasına verdiyi müsahibədəki fikirləri də tənqid edib. “Paşinyan bildirib ki, Rusiya Ermənistanda müəyyən siyasi xadimlərə deyil, xalqa etibar etməlidir. Bu ifadələr mənasızdır, çünki ölkələr arasında münasibətlərin qurulması təkcə xalqlardan deyil, həm də siyasi elitanın mövqeyindən və prioritetlərindən asılıdır”, - deyə o əlavə edib.

*****

Qeyd edək ki, Soros Fondu Güney Qafqazda yalnız Ermənistanda öz fəaliyyətini davam etdirir. Artıq bu Fondun humanitar deyil, ən əvvəl siyasi hədəflər güddüyü kimsəyə sirr deyil.

“Özünü xeyriyyə qurumu kimi təqdim edən Soros Fondu öz fəaliyyətində xeyriyyəçilikdən tam uzaq olduğunu hər dəfə nümayiş etdirir. Fondun məqsədlərinin kökündə tamamilə siyasi və iqtisadi amillər dayanır. Ermənistana 600 min dollar maliyyə dəstəyi ayırması bunu bir daha sübut edir”.

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bu sözləri Axar.az-a deyib.

“Corc Soros bu fondla yanaşı, dünyanın bir çox ölkələrinə nüfuz etmiş Açıq Cəmiyyət İnstitutunun da yaradıcısı hesab edilir. O, uzun illər Latın Amerikası ölkələrində kommersiya xarakterli fəaliyyətləri ilə sərvətini artıra bilib. Fond əslində Sorosun yeni kommersiya mənbələri tapmasında vasitəçidir. Məsələn, SSRİ dağıldıqdan sonra postsovet ölkələri dərin bir iqtisadi böhrana düçar oldu. Soros fondu bu ölkələrin bir çoxunda, eyni zamanda, Azərbaycanda da fəaliyyətə başladı. Onu da deyim ki, əvvəlcə özünü xeyirxah kimi təqdim edən fond zamanla iç üzünü bəlli etməyə başladı. Azərbaycandakı fəaliyyəti günü-gündən dəyişən fond faktiki olaraq siyasi və iqtisadi məsələlərə də müdaxilə etməyə başladı. Buna görə də fəaliyyəti dayandırıldı”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Soros Fondu Azərbaycana qarşı “düşmənimin düşməni mənim dostumdur” prinsipi sərgiləyir: “Fondun Azərbaycandan çıxarılması onun nüfuzuna təsir etdi. Azərbaycanın ardınca Gürcüstanda da fəaliyyəti dayandırılan fond Qafqazda yalnız Ermənistanda fəaliyyət göstərir. Soros Fondunun MDB ölkələrindən məhz Ermənistana 600 min dollar maliyyə dəstəyi ayırması da bu səbəbdəndir”.

*****

Əlavə edək ki, Paşinyanın “sorosçular”dan ibarət komandasının erməni xalqını ağ günə çıxara, köklü islahatlar həyata keçirə bilməyəcəyi xeyli əvvəldən aydın idi. Çünki “iki stul” siyasəti hələ heç bir siyasətçiyə, rəhbərə uğur gətirməyib. Paşinyanın tək çıxış yolu Azərbaycan və Türkiyə ilə əlaqələri düzəltmək idi ki, bu fürsəti də o qaçırdı və öz siyasi sonunu daha da yaxınlaşdırmış oldu.. /musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrəvandakı Rusiya səfirliyindən sərt bəyanat – Bakı da hazır olmalıdır

    İrəvandakı Rusiya səfirliyindən sərt bəyanat – ...

    2-07-2020, 10:42

  • 
  • İrəvandan Kremlə qarşı növbəti demarş... - Moskvanın “B planı”

    İrəvandan Kremlə qarşı növbəti demarş... - ...

    16-10-2018, 11:57

  • 
  • Nikol Paşinyan: “Dağlıq Qarabağ münaqişəsi ancaq sülh yolu ilə həll edilə bilər” (VİDEO)

    Nikol Paşinyan: “Dağlıq Qarabağ münaqişəsi ancaq ...

    30-05-2018, 16:57

  • 
  • “Rus NATO-su”nun rəhbərini Soros tutdurur?

    “Rus NATO-su”nun rəhbərini Soros tutdurur? ...

    28-07-2018, 14:06

  • 
  • Paşinyan: “Sabah Qarabağa gedirəm...”

    Paşinyan: “Sabah Qarabağa gedirəm...” ...

    8-05-2018, 16:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (535)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu