GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bizi Rusiya və düşmən Ermənistanla eyni birlikdə saxlayan nədir?

Bizi Rusiya və düşmən Ermənistanla eyni birlikdə saxlayan nədir?

Tarix: 14-08-2020, 10:35 Bölmə :Siyasət Baxış: 371
Bizi Rusiya və düşmən Ermənistanla eyni birlikdə saxlayan nədir?


Müstəqil Dövlətlər Birliyi (MDB) SSRİ-nin süqutundan sonra postsovet respublikalarının bir çətir altına toplaşması idi. 1991-ci ilin 8 dekabrında yaradılan MDB indi formal, portfelsiz və təsir gücünü itirmiş bir qurum təəssürat bağışlayır. Əslində MDB-nin əvvəlki illərdə də hansısa effektiv qərarları, yüksək reputasiyası olmayıb.

Son illərdə isə dünya siyasətində cərəyan edən proseslər bu qurumu tam mənasızlaşdırıb. Elə buna görədir ki, Ukrayna Nazirlər Kabineti Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində sərhəd məsələləri və mədəniyyət sahəsində əməkdaşlığa dair daha bir neçə sazişi pozub. Müvafiq qərarlar Ukrayna hökumətinin iclasında qəbul edilib.

Hökumət mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişin denonsasiyası barədə təklifi dəstəkləyib, habelə MDB üzvü olan ölkələrin Mədəni Əməkdaşlıq Şurasının yaradılmasına dair sazişdən çıxmaq haqqında qərar qəbul edib.

Həmçinin, Ukrayna prezidenti Vladimir Zelenskinin Sərhəd Qoşunları Komandanları Şurasından çıxması barədə fərman layihəsi də bəyənilib.

Rəsmi Kiyevin bu qərarı həm də Ukraynanın Avroatlantik məkana inteqrasiyası istiqamətində növbəti addımdır. Zelenski MDB-nin Rusiyanın keçmiş sovet respublikalarını orbitində saxlamaq üçün bir ittifaq olduğunu yaxşı anlayır. Üstəgəl, MDB-yə üzv ölkələr heç də intensiv toplantılar keçirmirlər. Azərbaycanın da MDB-dən tədricə uzaqlaşmalı olduğu haqda ara-sıra mülahizələr səslənir.

Nəzərə alsaq ki, Ermənistanla birgə olduğumuz yeganə qurum məhz MDB-dir. O MDB ki Moskvanın layihəsidir və Rusiya müttəfiqi olan Ermənistana 400 ton silah göndərir. Həmçinin Gürcüstan nümunəsini qeyd etmək olar. Onlar Ukraynadan da əvvəl - 2008-ci ilin avqustunda rus ordusunun Gürcüstana daxil olmasından sonra MDB üzvlüyündən çıxıblar. Gürcülər 1993-cü ilin oktyabrında MDB-yə qoşulmuşdu və rəsmi Tiflis heç nə itirmədi. Ukrayna isə 2014-cü ilin martnda Rusiya ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxıb və indi də bir neçə istiqamətdə sazişləri ləğv edib. O halda belə bir ittifaqda qalmaq bizə nə qazandırır?

Politoloq Hikmət Hacızadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın MDB-də qalmasının əsas səbəbi Rusiya faktorudur.

Onun fikrincə, rəsmi Bakı Kremli qıcıqlandırmamaq üçün həmin qurumda əməkdaşlığı davam etdirir: “Qarabağ probleminin həlli Rusiyanın əlindədir və Azərbaycan onu qəzəbləndirməmək, ”saqqızını oğurlamaq" üçün sənədlərə qol çəkir, əməkdaşlıq edir. Məhz Moskvanı küsdürməmək, könlünü şad etmək üçün biz oradayıq. Çünki Moskva qəsdən Qarabağ münaqişəsini həll etmək istəmir və edəcəyini də gözləmirəm. Əks halda regiona nəzarəti əldə necə saxlaya bilər?"

H.Hacızadə hesab edir ki, Rusiya qarmağı əlində saxlayır və Azərbaycanın ona daha da yaxın getməsinə çalışır: “Amma bizim MDB-də olmağımızın müəyyən üstünlükləri də var. Məsələn, ticari - iqtisadi əlaqələr, humanitar sahədə əməkdaşlıqlar, vizasız gediş-gəliş, mədəniyət məsələlərində atılan addımlar və s. Amma bütün bunları MDB-siz də həll etmək olardı. Əsas həmin əməkdaşlıqlar yox, Rusiya ilə münasibətlər amilidir. Moskva istəyir ki, bizi hərbi ittifaqa qoşsun, Ermənistan kimi Azərbaycanın da sərhədlərinə onun əsgəri nəzarət etsin”.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, MDB-də qalmaq Azərbaycanın iqtisadi yox, siyasi seçimidir. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi bağlantıları daha çox Türkiyə və Avropa Birliyi ölkələr ilədir: “Gürcüstanda üzərindən neft-qaz Qərbə daşınır. MDB-də isə üstünlük bazarlara çıxış imkanımızı asanlaşdırmaq ola bilərdi. Amma Rusiyanın bazarlara çıxış imkanlarını məhdudlaşdırmasını zaman-zaman görmüşük. Onların məşhur ”Anişev sindromu" var idi və istənilən ölkənin məhsuluna rus bazarına giriş qadağası qoya bilirdi. Digər tərəfdən Azərbaycanın MDB ölkələri ilə daha çox ixracı yox, idxalı var. Məsələn, Rusiyaya satdığımız maldan üçü dəfə artıq məhsul onlardan alırıq. Həmçinin, digər MDB üzvü olan ölkələrlə də eyni vəziyyətdir. Ona görə bizim orada qalmağımız geosiyasi amillərlə bağlıdır".

N.Cəfərli hesab edir ki, aqrar sektorda üstünlük qazana bilərdik: “Amma MDB olmasa da, heç nə itirilmir. Sadəcə, Qarabağ və Rusiyada yaşayan, işləyən azərbaycanlılara görə təzyiq faktoru nəzərə alınır”.

Siyasi şərhçi Ramiyə Məmmədova isə düşünür ki, Azərbaycan çoxşaxəli xarici siyasət yürüdür və MDB üzvlüyündə qalmaq bizə müəyyən üstünlüklər qazandırır. Onun sözlərinə görə, ilk növbədə Azərbaycan-Rusiya əlaqələrinə təsir göstərir: “Düzdür, son dövrlərdə MDB-nin əhəmiyyəti azalıb. Amma sovetin çöküşündən sonra iqtisadi dirçəliş üçün bu birliyin yaradılması mühüm addım idi. Əgər Ukrayna və Gürcüstanın Rusiya il ərazi münaqişələri olmasaydı, bu ölkələr də üzvlükdə qalacaqdılar. Azərbaycan fəal aktor kimi MDB çərçivəsində əlaqələrdə aktiv iştirak edir. Doğrudur, ölkəmizin xarici siyasətinin əsas istiqamətini Avroatlantik məkana inteqrasiya təşkil edir. Lakin buna baxmayaraq, respublikamız MDB ilə münasibətlərin yaratdığı perspektivlərdən də yararlanır. Yəni qurumdan uzaqlaşmaq indi bizə yaxşı nəsə vəd etmir”.

Qeyd edək ki, 1991-ci ildə qurulan MDB-yə ilkin dövrdə 3 dövlət - Rusiya, Ukrayna, Belarus daxil idi. Bu dövlətlər SSRİ - nin dağılmasının labüdlüyünü anlayaraq, öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün Müstəqil Dövlətlər Birliyini təşkil etdilər.

Daha sonra Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarus ilə birlikdə MDB-yə qoşulmaq haqda razılığa gəldilər. Azərbaycan parlamenti bu qərarı yalnız 1993-cü ilin 24 sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

    Azərbaycan və Ukrayna XİN başçıları görüşdü ...

    31-05-2018, 11:56

  • 
  • Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirildi

    Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı ...

    14-02-2014, 15:11

  • 
  • Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası başlayıb

    Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası ...

    28-09-2018, 12:01

  • 
  • Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirib

    Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirib ...

    18-10-2016, 00:49

  • 
  • Ukrayna ordusu tələyə salındı

    Ukrayna ordusu tələyə salındı ...

    13-06-2014, 12:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu