Ermənistan sakinləri Azərbaycan ordusunun son müzəffər yürüşündən sonra Qarabağdakı ərazi və hərbçi itkiləri ilə bağlı başlarını itirib və günhkar axtarışına çıxıblar.
Ermənilər hazırkı əndrəbadi Paşinyan hakimiyyəti ilə yanaşı, keçmiş Qarabağ klanı üzvlərinin də yaxasından yapışmağa başlayıblar.
Son günlər işğalçı ölkə mediasında 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərinin əhalisinin soyqırımında aparıcı rol oynamış o vaxt Rusiyanın 366-cı alayının batalyon komandiri olan, 1999-2007-ci illərdə qondarma "DQR"in "müdafiə naziri", 2007-2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, 2008-2016-cı illərdə isə Ermənistanın müdafiə naziri vəzifələrini tutmuş Seyran Ohanyana qarşı materiallar dərc edilməkdədir. Onun işlədiyi dövrlərdə, xüsusən müdafiə naziri olduğu zaman korrupsiya ilə məşğul olduğu, ordunu vuran qoyduğu, 2026-cı ilin Aprel döyüşlərində erməni qoşunlarının məğlubiyyətinə səbəb olması vurğulanır./moderator.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?