GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Avropa Parlamentində Azərbaycana qarşı təxribat olub?

Avropa Parlamentində Azərbaycana qarşı təxribat olub?

Tarix: 7-10-2013, 21:37 Bölmə :Siyasət Baxış: 850
Avropa Parlamentində Azərbaycana qarşı təxribat olub?

İsa Qəmbər: “Mən də hesab edirdim ki, bu, seçki gündəminə o qədər uyğun bir mövzu deyil”
Avropa Parlamentində təşkil olunmuş “Azərbaycanda prezident seçkiləri: Odlar yurdu üçün hansı gələcək?” adlı seminarda Azərbaycana qarşı planlaşdırılmış təxribat olub. APA-nın məlumatına görə, bunu seminarda iştirak etmiş azərbaycanlı deputatlar Fuad Muradov, Çingiz Əsədullayev və Asim Mollazadə oktyabrın 7-də Milli Məclisdə keçirdikləri mətbuat konfransında bildiriblər. Qeyd olunub ki, oktyabrın 3-də Belçikanın paytaxtı Brüsseldə keçirilən “Azərbaycanda prezident seçkiləri: Odlar yurdu üçün hansı gələcək?” adlı seminarda tədbirin mövzusuna zidd olaraq mövzu etnik separatizm, ora dəvət olunan bəzi separatçı təşkilatların Azərbaycanda etnik ayrı-seçkiliklə bağlı mövzuları olub: “Guya Azərbaycanda etnik ayrı-seçkilik baş alıb gedir, milli azlıqların hüquqları pozulur və s. Burada məqsəd Azərbaycanı Avropaya inteqrasiya yolundan separatizm vasitəsilə döndərməkdir. Bunun təxribat olduğunu bildirdik. Təbii ki, biz seminarın adına uyğun olmayan bu müzakirələrin keçirilməsinə etiraz etdik və Azərbaycana qarşı bu iddiaların əsassız olduğunu bildirdik”.

A. Mollazadə bildirib ki, hətta orada bir nəfər qalxıb üzr istəyərək deyib: “Talışların lideri Əlikram Hümmətov İrəvanda olduğu üçün özü burada iştirak etmir, mən onu təmsil edirəm”.

Azərbaycanlı deputatlar bildiriblər ki, seminarda səsləndirilən bu fikirlərə kəskin etirazlarını bildiriblər. Qeyd ediblər ki, Azərbaycan demokratik, dünyəvi ölkədir və bu gün dünyada tolerantlıq nümunəsi kimi tanınır: “Ölkəmizdə yaşayan milli azlıqlar, dinlər bərabər hüquqa malikdirlər. Bunun üçün kifayət qədər hüquqi baza mövcuddur”.

Deputatlar dünya azərbaycanlılarına da çağırış ediblər ki, Avropada baş verən bu cür hadisələrə qarşı həssas olsunlar.

Sözügedən tədbirdə Müsavat Partiyasının başqanı İsa Qəmbər də iştirak və çıxış edib. Azərbaycanlı deputatların dediyi kimi-Azərbaycana qarşı təxribat olub-olmadığını dəqiqləşdirmək üçün İsa Qəmbərlə danışdıq. İsa Qəmbər bildirdi ki, Brüsseldəki tədbir iki hissədən ibarət olub: “Birinci hissəni bizim müttəfiqlərimiz təşkil etmişdilər. Avropa Parlamentində deputat olan cənab Gerben Jan Gerbrandy o hissəyə rəhbərlik edirdi. Cənab Gerbrandy həm də bilirsiniz ki, Avronest Parlament Assambleyasının vitse-prezidentidir və onun rəhbərlik etdiyi hissədə Azərbaycanda seçkiqabağı vəziyyət müzakirə olundu. Mən həmin hissədə məruzəçi olmuşam, fikirlərimi bildirmişəm və suallara da cavab vermişəm. Amma Avropada müxtəlif qüvvələr var və müəyyən qüvvələr həmin tədbirlə yanaşı tədbirin ikinci hissəsi kimi “Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gələcəyi” mövzusunu gündəliyə salmışdılar və Azərbaycanda milli azlıqlar mövzusunu gündəmə gətirmişdilər. Mən də hesab edirdim ki, bu, seçki gündəminə o qədər uyğun bir mövzu deyil. Bu barədə fikrimi təşkilatçılara da bildirmişdim. Həmin hissəni Təmsil Olunmayan Xalqlar İttifaqı var, onun prezidenti aparırdı. Əgər hətta belə bir mövzunun müzakirəsinə ehtiyac duymuşdularsa, Azərbaycanda yaşayan milli azlıqların nümayəndələrini dəvət edə bilərdilər. Amma ora məruzəçi kimi Rusiya vətəndaşı, Moskvada fəaliyyət göstərən şəxslər dəvət olunmuşdular. Onların da çıxışlarında kifayət qədər həqiqətə uyğun olmayan tezislər var idi. Ümumiyyətlə Rusiyanın özündə o qədər problemlər ola-ola onların gəlib Azərbaycandakı problemlərlə bağlı danışması yersiz görünürdü. Həmin o ikinci hissədəki yersiz söhbətlərə qarşı seminar iştirakçılarından bir çoxları etiraz etdilər. Hətta mən hesab edirəm ki, Azərbaycandan gələn rəsmi nümayəndə heyətindən, deputatlardan daha çox sıravi seminar iştirakçıları prinsipial etirazlarını bildirdilər. Həmin hissədə Moskvadan gələn dediyim şəxslərlə yanaşı, deputatlardan biri də məruzəçilərdən idi. O istəsəydi suallara cavab hissəsində bu məsələlərə münasibət bildirə bilərdi”.

Müsavat başqanı vurğuladı ki, bütövlükdə tədbir Azərbaycanda demokratiya, insan haqları ilə bağlı məsələlərə həsr olunmuşdu: “Tədbir barədə yayılan press-relizdə, bizim orada keçirdiyimiz görüşlərdə-məsələn, Avropa Liberal Demokrat Partiyaları İttifaqının prezidenti cənab Qrem Vatsonla mənim görüşüm oldu, həmin görüş həm press-reliz şəkilndə yayıldı, həm ALDE-nin qəzetində yayılacaq. Bütün bu sənədlərdə, məlumatlarda Azərbaycanda seçki mövzuları haqqında ətraflı qeydlər edildi. Məhz Avropa Parlamentində bizim seminar keçirilən gün -3 oktyabrda Avropa İttifaqının Ketrin Eşton, Ştefan Fule kimi rəhbərlərinin Azərbaycanda seçkiqabağı vəziyyətlə bağlı birgə bəyanatla çıxış etmələri də diqqətəlayiqdir. Bütün bunlar Avropa İttifaqının Azərbaycandakı seçkilərlə bağlı tənqidi yanaşmasının əlaməti kimi qiymətləndirilə bilər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda prezident oktyabrın 11 də seçiləcək

    Azərbaycanda prezident oktyabrın 11 də seçiləcək ...

    18-07-2013, 13:04

  • 
  • Ələkrəm Hümbətov Brüsseldə də Azərbaycana qara yaxdı

    Ələkrəm Hümbətov Brüsseldə də Azərbaycana qara ...

    25-02-2014, 12:56

  • 
  • MSK sədri: "Seçkiləri müşahidə etmək üçün 500-ə qədər müşahidəçi müraciət edib"

    MSK sədri: "Seçkiləri müşahidə etmək üçün ...

    7-06-2016, 12:16

  • 
  • Azərbaycanda prezident seçkiləri üçün səsvermə bülletenlərinin çapına başlanıldı

    Azərbaycanda prezident seçkiləri üçün səsvermə ...

    28-09-2013, 12:28

  • 
  • Türk milli alayi adindan həyəcan təbili

    Türk milli alayi adindan həyəcan təbili ...

    21-12-2012, 13:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu