GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İsmət Abbasov sabiqlərdən komanda yığır

İsmət Abbasov sabiqlərdən komanda yığır

Tarix: 8-10-2013, 21:50 Bölmə :Siyasət Baxış: 1 290
İsmət Abbasov sabiqlərdən komanda yığır

Ramiz Cəbrayılovdan sonra Həsən Sarıyev də Kənd Təsərrüfatı Nazirliyində vəzifə aldı

Son vaxtlar mətbuatda bəzi keçmiş məmurların prezident seçkilərindən sonra sabiqliyin daşını atacaqları yönündə xəbərlər intensivləşib. Əlbəttə, bu məlumatların havadan yarandığını düşünmək sadəlöhvlük olardı. Açıq görünür ki, bir çox iri məmurlar hökumətin yenidən etimadını qazanmaq üçün əllərindən gələni edirlər.
Bəzi qaynaqlara görə, bu proses seçkilər bitdikdən sonra həqiqətən də bəzi sabiqlərin yenidən görəvləndirilməsinə gətirib çıxara bilər. Amma deyəsən, proses artıq indidən başlayıb.
Belə ki, dünən məlum oldu ki, sabiq icra başçılarından birinə yeni vəzifə verilib. Belə ki, Ağdam rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Həsən Sarıyev Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Regional şöbəsinin müdiri təyin olunub.
Xatırladaq ki, bir müddət öncə sabiq icra başçısının yenidən yüksək vəzifə əldə etmək üçün bütün imkanlarını səfərbər etdiyi bildirilirdi. Bu xəbərlərin arasında Həsən Sarıyevin Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri təyin olunacağı barədə də şayiələr dolaşırdı.
Xəbəri Kənd Təsərrüfatı Nazirliyindən də təsdiqləyiblər. Nazirliyin Mətbuat Xidmətinin rəisi Murtuzəli Hacıyev deyib ki, Həsən Sarıyev Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Regional şöbəsinin müdiri vəzifəsinə sentyabrın 25-i təyin olunub.
Maraqlıdır ki, Həsən Sarıyev İsmət Abbasovun nazirliyində təyinat alan ilk sabiq icra başçısı deyil. Ondan əvvəl Laçın rayonunun sabiq icra başçısı Ramiz Cəbrayılov da məhz Kənd Təsərrüfatı Nazirliyində yeni vəzifəyə təyin edilmişdi. Düzdür, əvvəllər onun da Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsində müəyyən vəzifə alacağı bildirilirdi. Ancaq Cəbrayılovun uzun müddətdən bəri davam edən gözləntiləri hələlik özünü doğrultmadı və sonda sabiq icra başçısının adıçəkilən nazirliyin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunduğu açıqlandı.
Yeri gəlmişkən, qeyd edək ki, həmin vaxt bəzi mənbələrin iddiasına görə, adıçəkilən şöbənin müdiri Çingiz Fərəcov pensiya yaşına çatıb və yaxın vaxtlarda vəzifəsindən azad olunacaq. Onun yerinə isə
R.Cəbrayılov təyin ediləcək. Amma hələlik bu iddialar özünü doğrultmayıb.
Burada maraqlı məqam kənd təsərrüfatı naziri İsmət Abbasovun sabiq icra başçılarına öz nazirliyində səxavətlə vəzifə verməsidir. Bəziləri şübhə etmirlər ki, bu təyinatlarda həmin keçmiş icra başçılarının vəzifədə ikən sahibləndikləri varidatın rolu şübhəsizdir. Bəziləri isə İsmət Abbasovun onlarla hələ əvvəldən hansısa işgüzar münasibətlər qurmuş ola biləcəyini, indi işsiz qaldıqdan sonra məhz həmin münasibətlərin davamı olaraq nazirliyə vəzifəyə gətirildiyini istisna etmirlər.
Burada maraqlı bir detalı da qeyd etməmək olmazdı. İsmət Abbasov kənd təsərrüfatı naziri postunda İrşad Əliyevi əvəz etmişdi; həmin vaxt İrşad Əliyev isə rayonlardan birinə icra başçısı göndərilmişdi. Digər tərəfdən hazırda onun müavini postunda əyləşən Aslan Aslanovla bağlı son vaxtlar bir iddia xeyli intensivləşib və çeşidli saytların, qəzetlərin səhifələrində özünə yer alıb. Həmin iddiaya görə, Aslanov seçkidən sonra İsmət Abbasovun yerinə gətiriləcək. Burada diqqətçəkici detal isə Aslan Aslanovun da vaxtilə Şəmkirin sabiq icra başçısı postunda əyləşməsidir.
Yəni hazırki kənd təsərrüfatı nazirinin icra başçısı postu ilə bağlı bir həssaslığı var.
Ümumiyyətlə isə son vaxtlar ayrı-ayrı sabiq icra başçılarının yenidən vəzifə təyinatı almaq istiqamətində səylərini artırdığı hiss edilir. İki belə sabiq icra hakimiyyəti rəhbərinin müəyyən fasilədən sonra vəzifəyə göndərilmələri digərlərinin də oxşar həvəslərini artıra bilər.

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hansı keçmiş nazirə yenidən vəzifə vəd edilib?

    Hansı keçmiş nazirə yenidən vəzifə vəd edilib? ...

    26-11-2013, 15:43

  • 
  • İsmət Abbasovla Heydər Əsədov savaşı dərinləşir

    İsmət Abbasovla Heydər Əsədov savaşı dərinləşir ...

    6-04-2014, 13:52

  • 
  • İcra başçısı sabiq müavini ilə YAP sədrini üz-üzə gətirib

    İcra başçısı sabiq müavini ilə YAP sədrini üz-üzə ...

    17-04-2015, 11:36

  • 
  • Füzulinin icra başçısı Bakıya niyə çağırılıb?

    Füzulinin icra başçısı Bakıya niyə çağırılıb? ...

    30-03-2014, 21:45

  • 
  • Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi

    Füzuli Ələkbərovun qardaşına MTN-də vəzifə verildi ...

    13-10-2013, 14:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu