GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bayden ermənilərin ümidlərini boşa çıxaracaq: ABŞ-ın maraqları Azərbaycanla tərəfdaşlığı diqtə edir

Bayden ermənilərin ümidlərini boşa çıxaracaq: ABŞ-ın maraqları Azərbaycanla tərəfdaşlığı diqtə edir

Tarix: 1-02-2021, 09:42 Bölmə :Siyasət Baxış: 316
Bayden ermənilərin ümidlərini boşa çıxaracaq: ABŞ-ın maraqları Azərbaycanla tərəfdaşlığı diqtə edir


Savaşın nəticələri Cənubi Qafqazı ABŞ və Qərb üçün daha da cəlbedici duruma gətirib, indi region geoiqtisadi layihələrə daha açıq və təhlükəsizdir, yeni nəqliyyat-kommunikasiya şəbəkələri isə külli miqdarda mənfəət vəd edir; Ağ Ev ABŞ-ın Cənubi Qafqaz və Orta Asiyada olan maraqlarını təmin etmək üçün ən uğurlu strateji-coğrafi, geopolitik mövqeyə malik Azərbaycan və Türkiyə ilə anlaşmaq məcburiyyətində qala bilər...

Ermənistan düşdüyü ağır vəziyyətdən yeni çıxış yolları axtarmaqda davam edir. Rəsmi İrəvan Ermənistanın yuvarlandığı "geopolitik quyu"dan xilasının mümkün ola biləcəyinə hələ də ümid bəsləyir. Və gözünü yenə Qərbə dikib.

Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki, başqalarından imdad diləmək klassik erməni ənənəsidir. Rəsmi İrəvan Ermənistanın mövcudluğu dönəmində heç vaxt özünü güvənib, hər hansı addım atmayıb. Həmişə Ermənistanı himayə edə biləcək dövlətlərdən dəstək umub.

Ermənistanın biabırçı məğlubiyyəti ilə yekunlaşmış 44 günlük savaş ərzində də bu ənənə dəyişmədi. Rəsmi İrəvan bütün mümkün təxribatlarla Rusiyanı Azərbaycana qarşı savaşın içərisinə çəkməyə çalışdı. Və həmin təxribatçı cəhdlərin hamısı uğursuz oldu.

İndi isə rəsmi İrəvan ABŞ-dan dəstək umur. Erməni siyasi dairələri hesab edirlər ki, guya Cənubi Qafqazda mövqeləri sarsılmış Ağ Ev Ermənistana birmənalı dəstək verməkdə maraqlıdır. Bununla da Ermənistanı yenidən dirçəltmək və Dağlıq Qarabağ ilə bağlı əvvəlki status-kvoya geri dönmək mümkün ola bilər.

Ona görə də, Bayden administrasiyasının öz səlahiyyətlərinin icrasına başlaması Ermənistanda bəzi siyasi dairələri ruhlandırıb. Son günlərdə davamlı olaraq, müxtəlif Ağ Ev təmsilçilərinin ünvanına komplimentlər yağdırırlar.

Xüsusilə də, ABŞ-ın yeni dövlət katibi Antoni Blinken Ermənistan cəmiyyətində baş qəhrəman kimi təbliğ edilməkdədir. Guya yeni dövlət katibi bütün fəaliyyətini məhz ermənilərin qondarma problemlərinə həsr etmək niyyətindədir. Və onun "erməni siyasəti"nə başlayacağı günü dörd gözlə gözləyirlər.

Halbuki, onları belə həvəsləndirən elə də ciddi səbəblər mövcud deyil. Düzdür, seçki ərəfəsində və ondan sonra ABŞ-ın yeni dövlət katibi Antoni Blinken Ermənistanı məmnun edə biləcək cəmisi bir neçə cümlə sərf edib. O cümlədən də, Türkiyənin "cətin tərəfdaş" olduğunu söyləyib.


Ancaq ABŞ-ın yeni dövlət katibinin cəmisi bir neçə cümləsi ilə dünyanın ən önəmli supergücünün bütün xarici siyasətini məhz erməni faktoru üzərindən quracağına ümid bəsləmək sadəlövhlük deyilmi?

Birincisi, seçki ərəfəsində deyilən cümlələr adətən, daxili auditoriya üçün nəzərdə tutulur. Səlahiyyətlərin icrasına başlandıqdasa, hər şey dəyişir, reallıqlar ön plana keçir. Buna qədər yeni seçilən hər bir ABŞ prezidenti seçki ərəfəsində qondarma "erməni soyqırımı"nı rəsmən tanıyacağını vəd edib. Ağ Evə yerləşib, fəaliyyətə başladıqdan sonra isə vədlərin heç birisi xatırlanmayıb.

Məsələ ondadır ki, ABŞ üçün hər hansı xalqın və dövlətin problemləri qətiyyən önəm daşımır. Ağ Ev üçün tək bir hədəf var ki, o da ABŞ-ın dövlət maraqlarının təmin edilməsindən ibarətdir. Və bu baxımdan, rəsmi İrəvanın ABŞ-ın yeni dövlət katibinin dilindən erməniləri məmnun edən bir neçə kəlmə eşidərək, dərhal ümidlənməsi tamamilə yersizdir.

Birincisi, Bayden administrasiyası artıq fəaliyyətə başlayıb və indi artıq reallıqlarla üz-üzə qalıb. Və indi vədlərdən daha çox ABŞ-ın beynəlxalq siyasət məkanında olan maraqları hər şeydən önəmli hala gəlib. ABŞ-ın beynəlxalq maraqlarında Ermənistan kimi kiçik və faydasız ölkənin hansı önəmi ola biləcəyi isə ciddi suallar doğurur.

İkincisi, yaxın gələcək üçün Ağ Evin kifayət qədər ciddi problemləri mövcuddur. Bayden administrasiyası böyük ehtimalla ilk növbədə həmin problemlərin həllinə daha çox vaxt ayırmaq məcburiyyətində qalacaq. Xüsusilə də, koronavirus ilə mübarizə ön planda tutulur. Eyni zamanda, Bayden administrasiyası ABŞ cəmiyyətində dərin parçalanmanın mövcud olmasından narahatdır. Və yaxın bir il ərzində bu problemi aradan qaldırmağı hədəfləyir.

Digər tərəfdən, Tramp administrasiyasının son dörd il ərzində həm daxili, həm də xarici siyasətdə korladığı önəmli prioritetlər var ki, indi onları da yenidən "təmir etmək" lazım gələcək. Bu isə o deməkdir ki, Bayden administrasiyasının hələ uzun müddət erməniləri və onların qondarma problemlərini xatırlamağa vaxtı olmayacaq.

Bəzi ehtimallara görə, Bayden administrasiyası üçün Cənubi Qafqaz məsələsi təxminən bir ildən sonra diqqət mərkəzinə gələ bilər. Ancaq bu halda da ermənilərin ümidlərini doğrulda biləcək addımların atılmasına həvəs göstəriləcəyi inandırıcı görünmür.

Məsələ ondadır ki, Ağ Evin əsas hədəfi ermənilərə "nəvaziş göstərmək" deyil, Cənubi Qafqazda ABŞ-ın sarsılan mövqelərini bərpa etməkdir. Buna əngəl və ya dəstək ola biləcək əsas faktorlar isə ermənilərlə qətiyyən bağlı deyil.

Ağ Evdə Rusiya sülhməramlı qüvvələrinin regionda yerləşdirilməsinin ABŞ üçün ciddi problem olduğunu yəqin ki, nəzərə alırlar. ABŞ-ın regionda sarsılmış mövqelərinin bərpası üçün rus sülhməramlı qüvvələrinin bölgədən sıxışdırılması lazım gələcək.

Deməli, Ağ Ev istənilən halda, Azərbaycan və Türkiyə ilə münasibətlərinə yenidən baxmaq məcburiyyətində qala bilər. Çünki, Azərbaycan və Türkiyə ilə intensiv tərəfdaşlıq mühiti yaratmadan rus sülhməramlı qüvvələrinin bölgədən sıxışdırılması mümkün deyil.

Əgər, Ağ Ev Cənubi Qafqaza Ermənistan üzərindən nüfuz etməyə çalışarsa, bu halda, həm Azərbaycanı, həm də Türkiyəni ABŞ-dan incik sala bilər. Belə olacağı təqdirdə, Azərbaycan və Türkiyənin Rusiya ilə daha sıx tərəfdaşlıq münasibətlərinə üstünlük verə biləcəyi qətiyyən istisna deyil. Bu isə bölgədə geopolitik ağırlıq mərkəzinin ABŞ-ın əsas rəqibi olan Rusiyanın xeyrinə dəyişməsinə yol aça bilər.

Əslində, Rusiyanın 44 günlük savaşda tutduğu neytral mövqe məhz "geopolitik kartlar"ın fərqli paylanmasına hesablanmış regional manevr idi. Soros Fondunun Ermənistanda öz adamını hakimiyyətə gətirməsi regionda çox şeyi dəyişdi.

Belə ki, Kremldə demokratların Bayden komandasını hakimiyyətə gətirdikdən sonra ABŞ-ın Cənubi Qafqaz siyasətini Ermənistan üzərindən qurmağa çalışacağından dərhal duyuq düşdülər. Ona görə də, çevik manevrlər edərək, Azərbaycanın hərbi qələbəsinə müşahidəçi qaldılar. Savaşın nəticələrinə müdaxilə etmədilər.

Bununla da, Rusiyanın hərbi-siyasi dəstəyindən məhrum qalan Ermənistan savaşda məğlub oldu. Nəticədə ABŞ-ın gələcək Cənubi Qafqaz siyasəti üçün əvvəlcədən hazırlanmaqda olan Ermənistan adlı "geopolitik alət" yararsız hala düşdü, öz əhəmiyyətini tamamilə itirdi.

İndi Bayden administrasiyası bu yararsız "geopolitik alət" ilə ABŞ-ı yenidən Cənubi Qafqaza yerləşdirmək imkanında deyil. Üstəlik, Ermənistanın savaşda məğlubiyyəti Minsk Qrupu həmsədrlərini də oyundan kənar vəziyyətə salıb. Yəni, Bayden administrasiyasının Azərbaycan və Türkiyəyə geopolitik təsir mexanizmləri öz əhəmiyyətini itirib.

Ancaq savaşın nəticələri Cənubi Qafqazı ABŞ və Qərb üçün daha da cəlbedici duruma gətirib. Belə ki, indi bu region geoiqtisadi layihələr üçün daha açıq və təhlükəsizdir. Region üzərindən qurulacaq nəqliyyat-kommunikasiya şəbəkələri isə külli miqdarda mənfəət vəd edir.

dehliz-2020-12-21-11-14-19a6I1An2pjbIcYJcTxgiD_file.jpg (87 KB)

Təbii ki, ABŞ bütün bunlara göz yumacaq dövlət deyil. Ağ Ev istənilən halda, bu cəlbedici məkandan ABŞ-a pay qoparmağa çalışacaq. Və bu halda, həm Azərbaycan, həm də Türkiyə Ağ Ev üçün açar İttifaq rolunu oynaya bilər.

Deməli, Ağ Ev ABŞ-ın Cənubi Qafqazda olan maraqlarını təmin etmək üçün bundan sonra Azərbaycan və Türkiyə ilə anlaşmaq məcburiyyətində qala bilər. Üstəlik, bu iki ölkə yaxın gələcəkdə Qərblə Şərqi ticari-iqtisadi, hətta siyasi cəhətdən birləşdirə biləcək dövlətlərdir.

Azərbaycan və Türkiyə ilə tərəfdaşlıq münasibətləri qurmadan ABŞ və Qərbin Cənubi Qafqaz üzərindən Orta Asiyaya uzanması artıq mümkün deyil. Yəni, hər iki qardaş ölkənin strateji-coğrafi mövqeyi də ABŞ və Qərbi Azərbaycan-Türkiyə İttifaqından asılı vəziyyətə salır.

Bütün bunları nəzərə aldıqda, Ermənistanın ABŞ və Qərbə hansı mənfəət perspektivlərini vəd edə biləcəyi ümumiyyətlə, müzakirə üçün cəlbedici görünmür. Ermənistanın indi heç özünə belə hər hansı faydası yoxdur. Və yaxın gələcəkdə mövcud olub-olmayacağı barədə sualların içərisində çabalamaqdadır.

Göründüyü kimi, rəsmi İrəvan ABŞ-ın Ermənistanı düşdüyü "geopolitik quyu"dan çıxara biləcəyinə boşuna ümid bəsləyir. Böyük ehtimalla ABŞ Cənubi Qafqazda olan maraqlarını təmin etmək naminə Ermənistanın düşdüyü "geopolitik quyu"nun yanından laqeyd şəkildə ötüb, keçəcək./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cənubi Qafqaz Türkiyənin nəzarətinə keçir: ABŞ və Qərbin buna müqavimət şansı yoxdur

    Cənubi Qafqaz Türkiyənin nəzarətinə keçir: ABŞ və ...

    19-11-2020, 18:54

  • 
  • “İran Ermənistan üçün “nəfəslik" rolunu oynaya bilər, amma....” - GƏLİŞMƏ

    “İran Ermənistan üçün “nəfəslik" rolunu ...

    5-01-2021, 17:43

  • 
  • Tovuz təxribatı İrəvan üçün fəlakət oldu – ABŞ-dan baxış

    Tovuz təxribatı İrəvan üçün fəlakət oldu – ...

    4-08-2020, 17:22

  • 
  • İrəvan Naxçıvanı “Ermənistanın ayrılmaz hissəsi” elan etdi

    İrəvan Naxçıvanı “Ermənistanın ayrılmaz hissəsi” ...

    23-07-2013, 14:28

  • 
  • Sərsəng və Mingəçevir su anbarlarını vuracağı təqdirdə Ermənistanı nə gözləyir?

    Sərsəng və Mingəçevir su anbarlarını vuracağı ...

    21-04-2016, 23:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu