GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ANKARA-MOSKVA XƏTTİNDƏ GƏRGİNLİK - "Proseslər Azərbaycana da təsir edəcək..."

ANKARA-MOSKVA XƏTTİNDƏ GƏRGİNLİK - "Proseslər Azərbaycana da təsir edəcək..."

Tarix: 9-09-2021, 12:36 Bölmə :Siyasət Baxış: 296



Rusiya təhlükəsizlik qüvvələri tərəfindən Krım Tatar xalqı Məclisi sədrinin müavini Nəriman Cəlalın saxlanılmasına Türkiyə Xarici İşlər Nazirliyi dərhal reaksiya verib. “Yeni Müsavat” xəbər verir ki, XİN-in mətbuat katibi Tanju Bilgiçin sözlərinə görə, Cəlal evinə basqın zamanı saxlanılaraq naməlum istiqamətə aparılıb. Bilgiç qeyd edib ki, indiyədək ondan heç bir xəbər yoxdur. 

“Nəriman Cəlal və digər dörd krım tatarının saxlanılmasından narahatıq və evlərinə tez qayıtmalarını diləyirik”, - deyə XİN sözçüsü bildirib. Nəriman Cəlalı və digər krım tatarlarını Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının həbs etdiyi deyilir. Ankaranın hadisəyə çevik reaksiyası Krım siyasətində Türkiyənin açıq mövqeyini ifadə edir.

Bundan əvvəl - avqustun 23-də isə Kiyevdə keçirilən “Krım Platforması”nda Türkiyənin xarici işlər naziri səviyyəsində iştirakı olmuşdu. Tədbirdə “Krım Ukraynadır!” bəyanatı verilməsinin ardından tatar siyasilərin həbsinə də XİN səviyyəsində reaksiya Ankara - Moskva xəttində ciddi gərginlik yarada bilər.


Nəriman Cəlal


Musavat.com-un məlumatına görə, Kreml “Krım Platforması”nı anti-Rusiya tədbiri hesab edir. Eyni zamanda Moskvanın siyasi kulislərində Türkiyə-Ukrayna arasında genişlənən hərbi əməkdaşlıqdan narahatdırlar. Bunun üzərindən “Krım Platforması”nda iştirak, tatarların həbsinə rəsmi münasibət Ankara-Moskva əlaqələrinə soyuq duş ola bilər... Və iki paytaxt arasındakı münasibətlərdə gərginlik təbii ki, Bakının da xeyrinə deyil...


Sülhəddin Əkbər


Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər “Yeni Müsavat” bildirib ki, Türkiyə-Rusiya əlaqələri heç də strateji xarakter daşımır. Onun fikrincə, münasibətlər operativ-taktiki xarakterə malikdir. S.Əkbər hesab edir ki, dünya nizamının yeni quruculuğunun həlledici zamanında, çoxqütblülük yarandığı bir vaxtda Türkiyə əvvəlki rolu ilə barışmır deyə güc mərkəzləri arasında operativ-taktik gedişlər etməklə öz maraqlarını qoruyur.

“Rusiya-Türkiyə maraqlarının toqquşması Liviya, Suriya, Ukrayna və Qarabağda da görünür. Gələcəkdə Əfqanıstan və Mərkəzi Asiya siyasətində də ola bilər. Və dünyada gedən proseslər müəyyən mərhələdə Azərbaycandan tərəf seçməyi tələb edəcək. Əslində Şuşa Bəyannaməsini imzalamaqla bunu tərəf seçmək kimi qiymətləndirə bilərik. Ona görə proseslər Azərbaycana da təsir edəcək. Biz hadisələrin müəyyən nöqtədə geridönməz xarakter ala biləcəyini nəzərə almalıyıq”, - deyə S.Əkbər qeyd etdi.


Toğrul İsmayıl


Türkiyədə yaşayan professor Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, Krım beynəlxalq hüquqa qarşı törədilmiş hadisədir: “Heç bir ciddi dövlət Rusiyanı bu məsələdə dəstəkləmir və Ukraynanın ərazi bütövlüyünü tanıyır. Ona görə Rusiyanın bu məsələdə Türkiyəni günahlandırması doğru deyil. Çünki bu addımı atanda Türkiyə ilə razılaşdırmayıb, Ankara hər hansı öhdəlik götürməyib. Rusiya yaxşı olar ki, beynəlxalq hüquqa hörmət etsin”.

T.İsmayılın fikrincə, Krım - tatar məsələsi Türkiyədə həmişə çox həssas mövzudur: “Rusiya Krım Tatar xalqı Məclisinə vəd versə də, onları dünya terrorçuları ilə eyni cərgəyə qoyur. Moskva PKK-nı terror təşkilatı kimi görmür, amma Krım Tatar Milli Məclisini görür. Eyni zamanda bu həbslər Türkiyəni ciddi şəkildə narahat edir. Bu, sadə insan haqları məsələsidir. Türkiyə Krım-tatar məsələsində dəfələrlə fəal rol oynayıb, aktivistlərin həbsdən azad edilməsinə nail olub. Bundan sonra baş verənlər Moskva-Ankara əlaqələrinə hər hansı zərər verəcəksə, elə başından artıq zərər verib. Ancaq ABŞ və Avropa Rusiyaya qarşı sanksiyalar tətbiq edəndə, Türkiyə onlara qatılmadı. Türkiyə Krımın ilhaq edildiyini söyləsə də, sanksiyalara qoşulmadı. O baxımdan, düşünmürəm ki, Krım məsələsi münasibətləri ağırlaşdıracaq. Təbii ki, Suriya, Liviya, Cənubi Qafqaz siyasəti olsun, bu proseslərdə Rusiyanın Türkiyə ilə maraqları üst-üstə düşmür. Ancaq məsələləri dərinləşdirmədən həll edirlər. Çünki bölgədə hər iki ölkənin gücü eyni dərəcədədir. Krım Tatar Milli Məclisi barışcıl məclisdir, silahı yoxdur, amma Rusiya belə təşkilatı ”Əl-Qaidə", İŞİD-lə bərabər tutur, əli qanlı PKK-nı terrorçu kimi tanımır". 

Professor hesab edir ki, Türkiyə-Rusiya arasında münasibətlərdə gərginlik ola bilər, amma dərinləşməz.

Qeyd edək ki, Krımın Simferopol şəhərində 40-dan çox Krım tatarı saxlanılıb. Onların arasında “Grani.ru” internet nəşrinin və “Krım Həmrəyliyi” portalının müxbirləri Ayder Kadırov və Nuri Abduraşitov da var. Məlumata görə, adamlar Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası qarşısına toplaşaraq bir müddət əvvəl saxlanan 5 nəfərin harada olduğunu öyrənmək istəyiblər. Həmin şəxslər Perevalnoe kəndi yaxınlığından keçən qaz kəmərinə ziyan vurmaqda günahlandırılırlar.

Polis FTX-nin binası qarşısına toplaşanlara karantin qaydalarına əməl olunması ilə bağlı xəbərdarlıq edib. Bu xəbərdarlıqdan sonra etirazçıların bir-birindən yarım metr uzaqlaşmasına baxmayaraq, polis onları həbs etməyə başlayıb. Avqustun 23-də Rusiya mətbuatı Rusiya Daxili İşlər Nazirliyinin yerli idarəsinə istinadən naməlum şəxslər tərəfindən Perevalnoye kəndi yaxınlığındakı qaz kəmərinin zədələnməsi barədə məlumat yayıb. Əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi maddəsi ilə cinayət işi başlanıb. Sentyabrın 3 -də və 4 -də qaz boru kəmərinə ziyan vurulması faktı ilə əlaqədar beş Krım tatarının evində axtarış aparılıb. Daha sonra onlar saxlanılıblar. Onların arasında Məclis sədrinin müavini Nəriman Cəlal da var.

GUNDEMXEBER.AZ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Krım tatarlarının lideri barədə HƏBS QƏRARI

    Krım tatarlarının lideri barədə HƏBS QƏRARI ...

    21-01-2016, 12:54

  • 
  • Latviya Krım tatarlarının kütləvi deportasiyasını soyqırım kimi tanıyıb

    Latviya Krım tatarlarının kütləvi deportasiyasını ...

    11-05-2019, 12:32

  • 
  • Krım böhranı Rusiyaya 70 milyard dollara başa gəldi

    Krım böhranı Rusiyaya 70 milyard dollara başa ...

    27-03-2014, 09:49

  • 
  • Krım tatarları hərəkətə keçdilər

    Krım tatarları hərəkətə keçdilər ...

    9-03-2014, 13:47

  • 
  • Krım qarışdı - "Rusiya bizi geri al !"

    Krım qarışdı - "Rusiya bizi geri al !" ...

    25-02-2014, 22:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu