GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Krım qarışdı - "Rusiya bizi geri al !"

Krım qarışdı - "Rusiya bizi geri al !"

Tarix: 25-02-2014, 22:37 Bölmə :Dünya Baxış: 880
Krım qarışdı - "Rusiya bizi geri al !"
Fevralın 24-də Krım tatarlarının Məclisi Krımın yeni konstitusiyasının qəbulunu tələb edib. “Krım xəbərləri” saytının verdiyi xəbərə görə, belə bir qərar Krım tatarlarının Simferopolda keçirilən mitinqində qəbul edilib. Mitinqə 10 mində artıq insan qatılıb.

Mitinqin qətnaməsində deyilir: “Krımın indiki konstitusiyası çoxmillətli Krım xalqının maraqlarına, eyni zamanda Ukrayna daxilində özünütəyinetmə hüququnu tələb edən krım tatar xalqının maraqlarına uyğun deyil. Bu konstitusiya Krımda ictimai-siyasi sabitliyə hər an təhlükə yaradır. Krımın indiki statusu Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə davamlı təhlükədir”.

Məclis parlamentdən yeni ali qanunun hazırlanması üçün komissiya yaradılmasını və Krım Tatar Məclisi üzvlərinin həmin komissiyada təmsil olunmasını tələb edib. Mitinq iştirakçıları Krım Ali Məclisinin səlahiyyətlərinə xitam verilməsini və növbədənkənar seçki keçirilməsini də tələb edir.

Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov mitinqdəki çıxışında bildirib ki, Simferopol rəhbərliyinə bütün Krım yarımadasından Vladimir Leninin heykəllərini ləğv etmək, onun adını meydanlardan götürmək üçün 10 gün möhlət verir: “Əgər tələb yerinə yetirilməsə, biz təcili addımlara başlayacağıq. Bu gün 10 min, sabah 20-30 min olacağıq”.

Fevralın 24-də Sevastopolda 30 minə yaxın insanın qatıldığı daha bir mitinq olub. Mitinqə Rusiya bayrağı ilə çıxan və əsasən ruslardan ibarət olan Krım sakinləri dövlət administrasiyasına etimadsızlıqlarını bildirib, Mixail Çalovu administrasiyaya yeni rəhbər təyin ediblər. Mitinqdə Ukraynada baş verənləri faşizm adlandırıb və “Putin bizim lider”, “Rusiya bizi geri al!”, “Krımda faşizmə keçidə imkan verməyəcəyik” kimi şüarlar səsləndirilib. Mitinqin qətnaməsində bildirilir ki, Sevastopol Ali Radanın heç bir qərarını tanımayacaq, həmin qərarları Krıma tətbiqinin qarşısı alınacaq. Səbəb kimi hakimiyyətin qiyam yolu ilə devrilməsi göstərilir.

Daxili işlər naziri Arsen Avakovla, Təhlükəsizlik Xidmətinin sədri Valentin Nalivayçenko fevralın 23-ü axşam saatlarından Krımdadırlar. Unian.net-ə müsahibə verən Avakov yarımadada durumun nəzarətdə olduğunu deyib: “İndi ən önəmli olan provokasiyalara yol verməməkdir. Bizim Kiyevdə yaşadıqlarımızın təkrarlanmaması üçün provokasiyaların qarşısını birlikdə almalıyıq. Ümid edirəm ki, dinc danışıqlar yolu ilə biz Krımın taleyi ilə bağlı anlaşma əldə edə biləcəyik”.

Onu da vurğulayaq ki, fevralın 19-da Ali Radanın Krımdan olan üzvü “Regionı” partiyasının təmsilçisi Nikolay Kolesniçenko ölkədə siyasi böhran davam edərsə Krımın Rusiyaya verilməsi məsələsini gündəmə gətirməyi təklif etmişdi. Ali Radanın üzvləri arasında təklifə dəstək verənlər vardı. Ertəsi gün isə “Batkivşina” fraksiyasının təmsilçilərinin müraciəti ilə Ukraynanın ərazi bütövlüyünə təhdidlərlə bağlı Ukrayna Prokurorluğunda cinayət işi qaldırılıb. Cinayət işinin istintaqı davam edir.

Əzəli-əbədi türk yurdu olan Krım 60 il öncə - 1954-cü ildə SSRİ Ali Sovetinin qərarı ilə Rusiyadan alınaraq Ukraynaya verilib.

Hazırda oranın əhalisinin 18 faizini Krım türkləri, 58 faizini isə ruslar təşkil edir./müsavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Söyün Sadıqov Putinin göstərişi ilə Krımda tatar qurultayı keçirdi - (Fotolar)

    Söyün Sadıqov Putinin göstərişi ilə Krımda tatar ...

    5-11-2014, 13:17

  • 
  • KXCP SƏDRI KRIM TÜRKLƏRININ LIDERI ILƏ NƏ DANIŞIB?

    KXCP SƏDRI KRIM TÜRKLƏRININ LIDERI ILƏ NƏ DANIŞIB? ...

    2-03-2014, 19:21

  • 
  • Krım tatarlarının lideri barədə HƏBS QƏRARI

    Krım tatarlarının lideri barədə HƏBS QƏRARI ...

    21-01-2016, 12:54

  • 
  • Krımda yaşayan azərbaycanlıların taleyi necə olacaq?

    Krımda yaşayan azərbaycanlıların taleyi necə ...

    2-04-2014, 11:24

  • 
  • Krım tatarları hərəkətə keçdilər

    Krım tatarları hərəkətə keçdilər ...

    9-03-2014, 13:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (307)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu