İranın Yol nazirinin müavini yol çəkilişi ilə bağlı Ermənistanla məsləhətləşmələr aparmaq üçün İrevana gedib.
GUNDEMXEBER.AZ-ın məlumatına görə, xəbəri İranın “Etimad Onlayn” portalı yayıb.
Bildirilir ki, İranın Yol və Şəhərsalma nazirinin müavini ölkəsinin Yerevana gedən alternativ kommunikasiya marşrutunun tamamlanmasını müzakirə etmək üçün Ermənistana yollanıb.
Oktyabrın 3-ü, bazar günü Xeyrullah Xademi Ermənistanın Tatu yolunun tikintisində İranın iştirakına dair qərar verilməsi məqsədilə texniki və mühəndis heyətlə birlikdə bu ölkəyə səfərə gedib.
İLNA xəbər jansının verdiyi məlumata görə, İran Tatu yolunun tamamlanmasında iştirak edərək Gorus-Qafan yolunu əvəz etməyə çalışır. 15 kilometrdən az hissəsi qalan Tatu yolunun tamamlanması o deməkdir ki, İran Azərbaycan ərazisinə girmədən Ermənistana çatacaq və oradan da Rusiya və Avropaya birləşəcək.
Buna görə də, dünən İranın texniki heyətinin Ermənistanda sözügedən yola baş çəkməsi qərara alınıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti sentyabrın 27-də “Anadolu” agentliyinə müsahibəsində Qarabağa qanunsuz olaraq yük maşınları göndərməsi və bu ölkənin sərhədləri yaxınlığında hərbi təlim keçirməsinin məqsədi ilə bağlı İrana faktlara əsaslanan suallar ünvanlayıb. Lakin bu həqiqətlər qarşısında cavabsız qalan Tehran hökuməti Ərdəbilin imam-cüməsi ayətullah Həsən Amili də daxil olmaqla öz əlaltı mollaları, siyasətçiləri və hərbçiləri vasitəsilə hər gün Azərbaycan əleyhinə saxta ittihamlar səsləndirir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?