GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İRAN SANKİ SSRİ-nin VARİSİDİR...

İRAN SANKİ SSRİ-nin VARİSİDİR...

Tarix: 19-10-2021, 12:52 Bölmə :Siyasət Baxış: 523


İranın Azərbaycana qarşı son aylardakı ritorikası hər kəsə aydındır, rəsmi Tehran aşıq-aşkar ölkəmizə qarşı heç bir əndazəyə sığmayan hərəkətlər edir, ikiüzlü siyasət yürüdərək sözdə özünü Azərbaycanla dost olduğunu deyir, əməli ilə qonşu kimi deyil, düşmən kimi davranır. 

Prezident İlham Əliyev həmişə deyir ki, bizim bütün qonşulara xoş və dost münasibətimiz var, İrana qarşı münasibəti də hər zaman yaxın dostluq və qonşuluq prinsiplərinə əsaslanıb, qonşusuna zərər dəyməsin deyə sinəsini qabağa verib. 2005-ci ildə Yaxın Şərqdə “rəngli inqilab”lar zamanı Azərbaycan Prezidenti İlham Əliyev Qərbin İrana qarşı təzyiq və hücum planında Azərbaycanın yer almasına qəti şəkildə narazılıq edərək öz siyasi iradəsini ortaya qoydu. Əvəzində nə gördük və görürük? 

İran Azərbaycanın öz ərazisindən işğal vaxtı özünə qarşı istifadə etdi, Ermənistana silah verdi, yanacaq və ərzaq payladı, Azərbaycan Ordusunun üzərinə göndərdi. 30 il Azərbaycan torpaqlarını İran şirkətləri altını-üstünə çeviriblər, Qarabağda şumladılar, Cəbrayıl, Füzuli, Zəbgilan, Qubadlı, Ağdamda minlərlə evin darvazası, pəncərəsi, qapısı, evlərin damı İran tərəfindən sökülüb aparılıb. 

İranın Qarabağ üzərindən həyata keçirdiyi pulyuma əməliyyatlarından milyonlarla dollar qazanıb. İranın 25-dən artıq bankının, 400-dən çox şirkətinin Xankəndi üzərindən çirkli pulların yuyulması əməliyyatları həyata keçirib. İndi əməllərinin qarşısı alınıb. Bütün bunlar onlara ağır təsir edir.

İran İslam ölkəsi olmasını bayraq edir, ancaq müsəlmanların əziz dininin müqəddəs ənənələrinə xliaf çıxır. İslam barış və sülh dinidir, bəşəriyyət sülh və dostluğu, qardaşlığı İslamdan əxz edir, İranın din xadimləri, ayətullahları isə müsəlmanlığın ruhuna zidd olan müharibə və terrora çağırışlar ideologiyası yayırlar, müxtəlif radikal dini qruplaşmaları qızışdıraraq regionda kin və nifrət toxumu səpirlər. Sülh istəyən erməni xalqının arzu və iradəsinin əksinə gedərək bu zavallı xalqı da rahat yaşamağa qoymur. Ermənistan öz hava yollarını Azərbaycanın üzünə açır, İran isə qapadır. 

İran ermənidən daha çox ermənilik edir, özünü Ermənistanın sahibi sayır, erməni faşizmini bəsləyir. 

Azərbaycan bütün qonşuları əl-ələ verərək bölgədə yeni dostluq körpüsü qurmağa çalışır, dünyanın ən nəhəng ölkələrindən biri olan və keçmiş SSRİ-nin varisi Rusiya Azərbaycanı ən yaxın dostu hesab edərək daha yaxın əlaqələr qurur, xoşniyyətli davranır, bölgədə yaşayan xalqları barışdırmağa çalışır, Tehran isə özünü Rusiyadan böyük hesab edir, sanki SSRİ-nin varisi kimi Cənubi Qafqaz ölkələrini müstəmləkəsi sayır, öz məntiqsiz şərtlərini qəbul etdirməyə çalışır. Xəzər dənizinin bölünməsinə dair yekun sazişin imzalanmasına mane olduğu kimi indi də yol və kommunikasiyaların açılmasına əngəl törədir, bölgənin sabitliyini, xoşbəxt gələcəyini gözü götürməyəcək qədər pis və qaraniyyətli simasını göstərir. 

İranın İrəvandakı səfiri özünü Ermənistanın müdafiə və xarici işlər naziri kimi aparır, Azərbaycanla sərhədə gəlir və demarkasiya işlərinə qarışır. Hansı ölkənin səfiri təmsil olunduğu dövlətin münaqişə şəraitində olduğu digər ölkənin səngərində binoklla baxaraq “sərhəd xətti çəkir”, təhdidedici hərəkətlər edir.

İran başqa ölkələrin dövlətin müstəqilliyinə hörmət etmək istəmir. Azərbaycan torpaqlarını sanki özünün çirkin planları üçün poliqon hesab edir. Ancaq anlamır ki, başqasına hörmət etməyənə ən layiqli cavab verilir və veriləcək də. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi biz canımızdan keçərik, müstəqilliyimizdən yox. 

Azərbaycan Prezidenti MDB Hökumət Başçılarının samitində qeyd etdi ki, Ermənistan məhz İranla əlbir olub işğal altında olan ərazilərdə narkotika satışı həyata keçirib, terrorçu dəstələrin yetişməsində rol oynayıb. 

Bildirdi ki, Qarabağ uzun illər narkotrafik marşrutu olmaqla İran üçün münbit qazanc yerinə çevrilmişdi. “Bu, o deməkdir ki, təqrbən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”. Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin 2016-cı ildə beynəlxalq narkotika tranzitləri ilə bağlı hesabatında Azərbaycanın işğal altındakı ərazilərinin də adı yer almışdı və bu, bir daha İranın beynəlxalq narkomafiya şəbəkəsinin ən fəal üzvü olmasını təsdiqləyir. 

Azərbaycan İranla sərhədin 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa etdikdən sonra Tehranın Avropaya narkotrafik marşrutu qapısını da bağlayıb.

Prezident İlham Əliyevin “işğal olunmuş ərazilərdə beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir” mesajı da İranın Yaxın Şərqdəki terror qruplarını Qarabağa gətirərək ermənilərə təlim keçməsinə, silah verməsinə və Azərbaycan əsgərinə qarşı vuruşmasına işarədir. Azərbaycan Prezidentinin bu mesajları həm də İranın mahiyyətini və xislətini ifşa etməkdir.

Cənab Prezident Cəbrayılda çox açıq bir bəyanat verdi, “Biz canımızdan keçərik, ərazi bütövlüyümüzdən, müstəqilliyimizdən yox”. Ona görə də heç kim Azərbaycanın ərazı və torpaq bütövlüyünə qarşı çirkin oyunlar oynaya bilməz. 

Ali Baş Komandan bir mesaj da verdi, bizə regionda “Dördlük platforma”sı kifayət edir, yəni Rusiya, Azərbaycan, Türkiyə və Ermənistandan ibarət əməkdaşlıq formatı daha məqbuldur. İranın regional paltformada təmsil olunması bizə heç lazım da deyil.

Və İranın 13-cü hökuməti, Prezident İbrahim Rəisi Azərbaycanın dövlət başçısının bu bəyanatlarından nəticə çıxarmalıdır. İranda 13 nəhs rəqəm hesab edilir, düşər-düşməzi ola bilər. Tehran simvolik də olsa bu rəqəmin siyasi anlamını da düşünməlidir.                     

Vaqif Abdullayev

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Parlamentdə İran sərt tənqid olundu

    Parlamentdə İran sərt tənqid olundu ...

    14-06-2016, 19:51

  • 
  • İran-Azərbaycan münasibətləri gərgin Türkiyə-Rusiya-İran üçbucağında nələr vəd edir?

    İran-Azərbaycan münasibətləri gərgin ...

    24-02-2016, 16:38

  • 
  • "Biz İran deyirik, amma İran elə Azərbaycandır" - Mehman Əliyev

    "Biz İran deyirik, amma İran elə ...

    13-10-2021, 13:17

  • 
  • Azərbaycana qarşı erməni-fars birliyi

    Azərbaycana qarşı erməni-fars birliyi ...

    18-12-2012, 13:18

  • 
  • ABŞ-dan rəsmi açıqlama: “İran şərtlərimizi yerinə yetirsə”...

    ABŞ-dan rəsmi açıqlama: “İran şərtlərimizi yerinə ...

    15-12-2019, 15:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu