GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qlobal güclərin ölkəmiz üçün təhlükəli oyunu

Qlobal güclərin ölkəmiz üçün təhlükəli oyunu

Tarix: 7-11-2013, 10:30 Bölmə :Siyasət Baxış: 528
 Qlobal güclərin ölkəmiz üçün təhlükəli oyunu
Qərbin aparıcı dövlətləri Azərbaycanın Rusiyanın caynağına keçməsinə razılıq verib; “Köhnə qitə” hakimiyyətə Avrasiya İttifaqına qoşulmağı tövsiyə edir; iqtidar müqavimət göstərir, Amerika isə...

Oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərindən sonra hakimiyyətə qarşı xaricdən yönələn təzyiqlər ölkənin hansı istiqamətə gedəcəyi ilə bağlı suallar doğurur. Hakimiyyət eyni vaxtda həm ABŞ-ın, həm Avropanın, həm də Rusiyanın təzyiqləri ilə üz-üzədi.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Parlamenti və ABŞ-dan fərqli olaraq hətta prezident seçkilərinin nəticələrini tanıyan Rusiyanın da yürütdüyü siyasət Azərbaycana təzyiq kimi qiymətləndirilir.

Rusiyanın rəsmi Bakıya təzyiqlərinin Azərbaycanı onun patronajlığı altında yaradılması nəzərdə tutulan Gömrük və Avrasiya ittifaqlarına cəlb etmək məqsədi daşıdığı artıq hər kəsə aydındır. Moskva bu mərhələdə Azərbaycanın Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində AB ilə əməkdaşlığı genişləndirməsini sonradan bu qurumla assosiativ üzvlük sazişi imzalamasına və AB sıralarına qoşulmağa yol aça biləcəyini düşünür. Bu halda isə Azərbaycan xeyli dərəcədə Rusiyanın təsir dairəsindən çıxa bilər, bu isə Moskvanın planlarına aid deyil.



Buna görə də Kreml nə yolla olursa-olsun Azərbaycanı Gömrük və Avrasiya ittifaqlarına cəlb etməyə çalışır. Rusiyanın bu planından Avropa ölkələri və ABŞ da xəbərdardır. ABŞ bu layihənin qəti əleyhinə olsa da, AB-nin Azərbaycanı özünə yaxınlaşdırmaq istəyi ilə yanaşı, başqa planları da var və çox mötəbər mənbələrdən “Yeni Müsavat”a daxil olan məlumatlara görə, bu qurumda əsas söz sahibi olan Avropanın Almaniya, Fransa kimi böyük ölkələrinin əsas marağı heç də hansısa kiçik ölkələri nə yolla olursa-olsun AB sıralarına qatmaqdan ibarət deyil. Onların əsas istəyi öz maraqlarının MDB məkanında, xüsusən də Qafqazda təmin olunmasıdı. Buna görə də maraqlarının bu regionda təmin olunması halında Azərbaycan kimi ölkələrin Rusiyanın əsas rol oynadığı birliklərdə təmsil olunmasına o qədər də mənfi yanaşmırlar. Amma bir şərtlə ki, Rusiya onların MDB məkanındakı maraqlarına qarşı çıxmasın və Rusiyanın ətrafında olacaq ölkələrə öz istəklərini Moskva vasitəsilə qəbul etdirəcəklərinə təminat verilsin.



Buna səbəb Pribaltika ölkələrini çıxmaq şərtilə, MDB məkanındakı keçmiş sovet respublikaları ilə ayrı-ayrılıqda işləməyin Avropa Birliyinə zaman-zaman problemlər yaratmasıdı. Bu qurumun əsas oyunçuları olan böyük dövlətlər Rusiya ilə razılaşdırılmış şəkildə MDB ölkələrinin Moskvanın ətrafında cəmləşməsini və ayrı-ayrılıqda 12 dövlətlə işləməyi yox, məsələləri yalnız Kremllə həll etməyi daha sərfəli variant hesab edirlər.
Bu, “köhnə qitə”nin böyük dövlətlərinə həm də o baxımdan sərf edir ki, MDB məkanındakı ölkələr ayrı-ayrılıqda ya Rusiyanın, ya da Amerikanın təsiri altına düşürlər və hər iki halda bu, Avropanın regiondakı maraqlarının reallaşması baxımından onlar üçün optimal variant sayılmır.

Buna görə də əlimizə çatan bilgilərdə qeyd olunur ki, həm bu sadaladıqlarımızı, həm də mövcud reallıqları nəzərə alan Avropa Azərbaycanın Rusiya ilə yaxınlaşmasında, Moskvanın patronajlığı altında nəzərdə tutulan birliklərə qoşulmasında maraqlıdır. Məlumatlara görə, Avropa Birliyi rəsmilərinin Azərbaycan və Rusiya təmsilçiləri ilə son təmaslarına Azərbaycanın Gömrük İttifaqına qoşulmasına Avropadan hər hansı maneənin olmayacağı mesajları verilir. Avropa Birliyində hesab edirlər ki, MDB ölkələrinin Rusiyanın çətiri altında birləşməsinə problem yaratmayacaqları təqdirdə buna qarşılıq olaraq Avropanın enerji təminatında Rusiya ilə daha asan dil tapa bilərlər və bir çox problemlər yoluna qoyular.



Öz növbəsində Rusiyanın da bu durumdan məmnun qaldığı bildirilir. Amerika isə bu plana ürəkdən razı olmasa da, ona qarşı çıxmaqla Avropadakı müttəfiqləri ilə onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirmək istəmir.

Məlumatda o da qeyd olunur ki, Azərbaycanın ən yaxın müttəfiqlərindən və qonşularından olan Türkiyə də plana loyal yanaşır. ABŞ-la düşmən, Rusiya ilə müttəfiq olan qonşu İran dövləti isə Amerikanın bu bölgədəki manevr imkanlarını azacıq da olsa məhdudlaşdıracaq istənilən plana razı olduğundan, Avropanın niyyətindən xeyli məmnundu. Bu baxımdan Avropanın istəyinin reallaşması və Rusiyanın da çoxdan istədiyi planın işə düşməsinə ciddi əngəl olacaq elə bir xarici faktor qalmır.

Amma ortada başqa bir məsələ var. Bu isə Azərbaycanın və onun rəhbərliyinin iradəsi məsələsidi. Azərbaycanın yönünü, istiqamətini asanlıqla müəyyənləşdirə biləcəklərini düşünən qüvvələr çox ciddi dirənişlə üzləşiblər. Hələ neçə illər əvvəldən Azərbaycanın yönünün Avropaya inteqrasiya olduğunu bəyan edən Azərbaycan hakimiyyəti Gömrük, Avrasiya ittifaqları, yoxsa Avropa Birliyi seçimi məsələsi gündəmə gələndən də bəyan edir ki, rəsmi Bakı inteqrasiya məsələsində öz kursunu dəyişməyib.

Son olaraq prezident İlham Əliyev üçüncü andiçmə mərasimindəki çıxışında bir daha bu məsələyə qayıdaraq bəyan etdi ki, Azərbaycan ölkənin milli maraqlarına uyğun olmayan, dövlətçiliyimizə zərər verə biləcək hər hansı birliklərdə təmsil olunmayacaq. Prezident birmənalı şəkildə Azərbaycanın Avrointeqrasiya yolunu tutduğunu dedi.

Hakimiyyət daxilindən gələn məlumatlara görə, ölkə rəhbərliyi bu qərarında israrlıdır və Rusiyanın hegemonluğu ilə qurulacaq Gömrük və Avrasiya ittifaqlarına girməməyə çalışır. Bu barədə aldığımız xəbərlərdə deyilir ki, hakimiyyət ona qarşı yönələn təzyiqlərə sona qədər dirəniş göstərmək qərarındadır. Azərbaycan rəhbərliyinin bu dirənişi Avropa Birliyinin yeni, Rusiyanın isə köhnə planının reallaşmasını şübhə altında qoyur. Hazırda hər iki tərəfin əsas məqsədi Azərbaycanı nəzərdə tutulan ssenariyə uyğun addımlara razı salmaqdı. Amma təcrübə göstərir ki, Azərbaycan lazım olanda bu cür təpkilərə axıradək dirəniş göstərə və mövqeyini qoruyub saxlaya bilir.



2009-cu ildə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi dünyanın super gücləri tərəfindən gündəmə gətirildi və Azərbaycanın da buna razılıq verməsinə çalışdılar. Amma Azərbaycan prezidenti İlham Əliyev bütün gücünü ortaya qoyaraq, hətta müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq Türkiyə hakimiyyəti ilə açıq qarşıdurmaya gedərək qardaş ölkə cəmiyyətinin buna qarşı çıxmasına və məsələnin arxa plana keçməsinə nail ola bildi.

O zaman İstanbulda Mədəniyyətlərarası Dialoq Forumu keçirildi və israrlı dəvətlərə baxmayaraq, prezident İlham Əliyev bu forumda iştirakdan imtina etdi. Hətta ABŞ dövlət katibi Hillari Klinton və prezident Obamanın şəxsi dəvətləri də İ.Əliyevin mövqeyinin dəyişilməsinə təsir edə bilmədi. Bütün bu dirənişlər Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan Sürix protokollarının arxivə göndərilməsi ilə nəticələndi. Azərbaycan rəhbərliyi 2009-da olduğu kimi, indi də bütün təzyiqlərə rəğmən öz mövqeyindən çəkilməməkdə qərarlıdır. Nəticənin necə olacağı həm də bundan asılıdı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “9 oktyabrdan sonra Azərbaycan uğrunda mübarizə güclənəcək”

    “9 oktyabrdan sonra Azərbaycan uğrunda mübarizə ...

    7-10-2013, 12:11

  • 
  • Avropa Parlamenti Azərbaycandakı seçkini tanımadı

    Avropa Parlamenti Azərbaycandakı seçkini tanımadı ...

    23-10-2013, 22:18

  • 
  • Putindən yeni MESAJ: Avrasiya İttifaqının iclası MDB sammiti ilə eyni günə salındı

    Putindən yeni MESAJ: Avrasiya İttifaqının iclası ...

    21-10-2013, 13:43

  • 
  • ABŞ-ın 9 oktyabr seçkisini şübhə altına almasının sirri

    ABŞ-ın 9 oktyabr seçkisini şübhə altına almasının ...

    14-10-2013, 09:17

  • 
  • İlham Əliyev referenduma hazırlaşır

    İlham Əliyev referenduma hazırlaşır ...

    25-11-2013, 12:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu