GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Məsələnin arxasında təhlükəsizlik orqanları dayana bilər”

“Məsələnin arxasında təhlükəsizlik orqanları dayana bilər”

Tarix: 8-11-2013, 19:51 Bölmə :Siyasət Baxış: 829
“Məsələnin arxasında təhlükəsizlik orqanları dayana bilər”
“Məsələnin arxasında təhlükəsizlik orqanları dayana bilər”
Bir neçə gündür Milli Şuranın sonuncu prezident seçkilərində vahid namizədi Cəmil Həsənlinin ötən həftə İstanbulda baş nazirin keçmiş birinci müavini Abbas Abbasovla görüşməsi ilə bağlı xəbərlər ölkənin siyasi gündəminin ən önəmli məsələsi kimi təqdim olunmaqdadır. Professor Cəmil Həsənli belə bir görüşün olmadığını bildirsə də hakimiyyətə yaxın media məsələ ilə bağlı xeyli versiyalar irəli sürməkdə, hətta danışıqların “detalları” ilə bağlı versiyalar irəli sürməkdədir.

APA agentliyinin məsələ ilə bağlı yaydığı geniş məqalədə Cəmil Həsənli-Abbas Abbasov dialoqu az qala Azərbaycanın milli maraqlarına xəyanət ssenarisi kimi təqdim edilir. Sayt yazır ki, seçkilərdən sonra üçün cızılan təlatüm ssenarisi baş tutmadığına görə Əliyevlər iqtidarının getməsində maraqlı olan qüvvələr yeni planlar üzərində işləyir.

APA-nın özəl mənbələrindən əldə etdiyi məlumata görə, görüş Cəmil Həsənli Türk Tarix Qurumunun fəxri üzvlük diplomu alandan bir neçə saat sonra baş tutub: “Görüşdə Azərbaycan baş nazirinin sabiq müavini, hazırda Rusiyada “Azərros” diaspor təşkilatının Ağsaqqallar Şurasına sədrlik edən Abbas Abbasov, onun oğlu, millət vəkili Aydın Abbasov və “LUKoil” şirkətinin Türkiyə nümayəndəliyinin rəhbəri olan digər oğlu Vüsal Abbasov və Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənli iştirak ediblər. Görüş çox isti şəraitdə keçirilib. Tərəflər bir-biri ilə xeyli mehriban və çoxdankı tanışlar kimi söhbət edib, yemək yeyiblər. Hətta Cəmil Həsənlinin restorandan məhz Abbasovların avtomobilində ayrıldığı bildirilir”.

Sayt yazır ki, öncə görüşün Rusiya paytaxtında keçirilməsi nəzərdə tutulubmuş. Ancaq bir sıra önəmli məqamlar qərarın son anda dəyişdirilməsinə səbəb olub:“A.Abbasovun yaxın dostu Söyün Sadıqov tərəfindən verilən bu təklif artıq Milli Şura ilə bağlı proseslərdən tamamilə kənarda qalmış Rüstəm İbrahimbəyov tərəfindən etirazla qarşılanıb. O, bu etirazını Milli Şuranın onsuz da “Kremlin layihəsi” kimi dəyərləndirilməsi, Cəmil Həsənlinin bu gəlişinin də həmin ehtimalları daha da gücləndirəcəyi ilə əsaslandırıb. Daxil olan məlumata görə, bundan sonra görüşün məhz İstanbulda baş tutmasına qərar verilib”.

Cəmil Həsənli-Abbas Abbasov görüşünün detalları haqqın iddialar sırasında Orxan Zeynalov olayından sonra Rusiyada azərbaycanlılara qarşı kütləvi təqib məsələsindən istifadə edilərək Azərbaycanda daxili qarşıdurmanı gərginləşdirmək, sosial narazılığı gücləndirmək də var. APA bildirir ki, Abbas Abbasov bu məsələnin reallaşması üçün Rusiyadakı imkanlarını işə salmağa hazırdır.

Saytın iddialarını Cəmil Həsənli ilə yanaşı görüşün digər bir “iştirakçısı” deputat Aydın Abbasov da təkzib edib. Onun sözlərinə görə, nə özü, nə atası Cəmil Həsənli ilə İstanbulda hər hansı görüş keçirməyib.

Diqqət çəkən məqam odur ki, görüş faktı ilə bağlı geniş təhlildə hakimiyyətin belə demək mümkünsə, rəsmi rəqibi olan Cəmil Həsənli deyil, Abbas Abbasov hədəf alınıb. Yazıda rəsmi Bakı ilə münasibətləri “mən daha heç zaman Azərbaycana gələ bilməyəcəm” həddinə qədər soyuyan Abbas Abbasovun yenidən Azərbaycana qayıtmaq, həm də iqtidarla açdığı cəbhənin məğlubu kimi deyil, qalibi kimi qayıtmaq üçün bütün kartları işə saldığı ovqatı yaradılır.

Bu haqda “Yeni Müsavat”a danışan Cəmil Həsənli deyib: “Əgər mən həmin agentliyin rəhbəri olsaydım, bu yazını yazanı işdən qovardım. Bu cür cəfəngiyatı hazırlayıb cəmiyyətə təqdim etmək olduqca bir primitiv mübarizə üsuludur. Yazılanlar gerçəklikdən o qədər uzaqdır ki, mən hətta bununla bağlı şərh vermək istəmirəm. Ola da bilər ki, bu yazı sadəcə agentliyə təqdim olunub və onlar da yayımlayıblar. Söhbət yuxarı instansiyalardan gedir. Ola bilər bu məsələnin arxasında təhlükəsizlik orqanları dayanır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abbas Abbasovun oğlu “Cəmil Həsənli ilə görüşümüz olmayıb”

    Abbas Abbasovun oğlu “Cəmil Həsənli ilə görüşümüz ...

    8-11-2013, 11:44

  • 
  • Cəmil Həsənli bu gün vahid namizəd olacaq

    Cəmil Həsənli bu gün vahid namizəd olacaq ...

    23-08-2013, 11:34

  • 
  • Cəmil Həsənli ABŞ-a getdi

    Cəmil Həsənli ABŞ-a getdi ...

    12-11-2013, 11:23

  • 
  • İslamçılar da Cəmil Həsənli dedi

    İslamçılar da Cəmil Həsənli dedi ...

    25-08-2013, 14:42

  • 
  • Cəmil Həsənliyə sui-qəsd

    Cəmil Həsənliyə sui-qəsd ...

    27-08-2013, 17:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu