GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvanın ayaqaltı edilən “qırmızı xətlər”i - Xocalı canisi belə sındırıldı

İrəvanın ayaqaltı edilən “qırmızı xətlər”i - Xocalı canisi belə sındırıldı

Tarix: 2-02-2022, 11:00 Bölmə :Siyasət Baxış: 270


Qarabağ klanının odioz simaları başda olmaqla, revanşist qüvvələr hələ də Ermənistanda “bəlkə də qaytardılar” ümidi ilə yaşayırlar. Təkcə yaşamırlar, eyni zamanda acınacaqlı gündə olan və qonşularla barışmaqdan başqa yolu qalmayan zavallı erməni xalqını buna inandırmağa çalışırlar. Eks-prezident, Xocalı hərbi canisi Serjik Sərkisyanın yerli mediaya növbəti geniş müsahibəsi bu xüsusda istisna olmadı. Hərçənd Serjik dolayasıyla etiraf edir ki, “qatar” artıq gedib.


Müsahibədə Sərkisyan yenə köhnə və xam xəyallara dalaraq iddia edir ki, “artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Ardınca da deyir ki, bunun üçün imkanlar qalır. Yəni heç özü də öz dediyinə inanmır. Çünki “heç vaxt”la “imkanlar qalır” ifadələri bir-biri ilə uzlaşmır və əslində total ümidsizlikdən xəbər verir.
“İmkanlar” deyəndə isə təbii ki, o, ATƏT-in ermənipərəst Minsk Qrupunun təzədən dirilməsini və həmsədrlərin 44 günlük müharibədən sonra ara-sıra dilə gətirdikləri “həll prinsiplərini”, o cümlədən “öz müqəddəratı təyinetmə hüququ”nu nəzərdə tutduğunu söyləyib. Bu üzdəniraq, 30 il ərzində konflikti çözmək əvəzinə, işğalı legitimləşdirməklə məşğul olmuş qurumu isə Azərbaycan Ordusu “status”la, uydurma “həll prinsipləri” və separatçıların “müstəqillik” xülyaları ilə birgə həmişəlik tarixin zibilliyinə göndərib.

*****
Diqqətçəkicidir ki, müsahibədə erməni jurnalistin “Axı xeyli vaxtdır həmsədrlər həmin prinsiplər barədə danışmırlar” iradına Sərkisyan buna görə baş nazir Nikol Paşinyanın hökumətini passiv olmaqda suçlamaqla cavab verib. İddia edib ki, Paşinyan doğru olmayan yolla gedir, “erməni lideri kimi yox, Azərbaycan Prezidenti kimi danışır”.
Hərçənd, Paşinyan hökumətinin təmsilçiləri “status” və “həll prinsipləri” barədə heç də Sərkisyandan az dəm vurmurlar. Sadəcə, faydası yoxdur, ona görə ki, bölgədə yeni reallıq var, status-kvo ikinci ildir bambaşqadır. Artıq işğalçı erməni ordusu yoxdur və qondarma “dqr” bir yana, Ermənistanın öz mövcudluğu böyük sual altındadır.
“Biz kapitulyasiya imzalamağa məcbur olduq, sındırıldıq”. Serjikin son müsahibədə etdiyi etirafdır. “Mənim dövrümdə Minsk Qrupunun təklifləri heç vaxt bizim ”qırmızı xətləri" keçməyib". Bu da onun sözləridir.
İrəvanın “qırmızı xətləri” deyəndə isə Sərkisyan utanıb-eləmədən bunları sıralayıb: 1. “Qarabağ ermənilərinə öz müqəddəratını təyinetmə hüququnun tanınması; 2. Ermənistanla Dağlıq Qarabağ arasında quru əlaqənin mövcudluğu; 3.Dağlıq Qarabağın ”müstəqilliyi"nin beynəlxalq birlik tərəfindın tanınması" (Baxmayaraq ki, heç Ermənistanın özü oyuncaq qurumu indiyədək tanımayıb! - red.)
Göründüyü kimi, Bakı arxasında Minsk Qrupunun dayandığı İrəvanın “qırmızı xətləri”ni də gorbagorluq edib. Bircə Laçın dəhlizi qalır ki, o da 10 noyabr üçtərəfli kapitulyasiya aktına əsasən müvəqqəti xarakter daşıyır. Bir də erməni radikal-revanşist qüvvələr ara-sıra Fransa və ABŞ-ın İrəvandakı səfirlərinin “status”la bağlı verdikləri növbətçi açıqlamalarla özlərinə təsəlli verməkdədirlər.

*****
Yeri gəlmişkən, Birləşmiş Ştatların Ermənistandakı səfiri Linn Treysi srağagün baş nazirin müavini ilə görüşdə uzun fasilədən sonra növbəti dəfə bəyan edib ki, “Dağlıq Qarabağın statusu həll olunmamış qalır”.
Lakin xanım Treysi də gözəl bilir ki, belə bəyanatlar artıq heç nəyi dəyişmir. O, ABŞ kimi fövqəldövlətin səfiri olsa belə. Ona görə ki, regionda indi şərtləri Azərbaycan-Türkiyə tandemi diktə edir. Dünən Azərbaycan parlamentində tarixi Şuşa Bəyannaməsinin ratifikasiya edilməsi bu xüsusda Ermənistanın havadarlarına da növbəti mesajdır.
Bu səbəbə sərkisyanların Ermənistanda təzədən köhnə, radikal ab-havanı, revanşist anti-Türk ovqatını bərpa eləmək, Paşinyan iqtidarının Türkiyə və Azərbaycanla barışığa yönəlik kövrək cəhdlərini sabotaj eləmək cəhdləri çətin ki, nəticə versin. Hər necə olmasa, erməni xalqı ötən il iyunun 20-də növbədənkənar parlament seçkilərində Sərkisyanın təmsil olunduğu bloka cəmi 5.6% səs verməklə, Paşinyanın partiyasını isə qalib eləməklə öz sözünü deyib, Qarabağ və “dənizdən-dənizə Ermənistan” nağıllarından, müharibələrdən bezdiyini oraya qoyub.
Odur ki, Sərkisyanın daldan atdığı daşlar yalnız özününkülərə - revanşistlərə dəyə bilər.
Revanşistlər demiş, Sərkisyan son müsahibəsində Qarabağ, “imkanlar”la bağlı söylədiklərini revanşizm kimi qəbul edilməməsini istəyib. Yəni özü də qorxur. Məntiqlidir. Bölgədəki qüvvələr nisbətini yaxşı bilən, Azərbaycan Prezidentinin Gəncədə çıxışı zamanı vurğuladığı kimi, müharibə vaxtı Köçəryanla birgə Xankəndindən dovşan kimi qaçan Sərkisyan artıq anlayır İrəvanın heç bir “qırmızı xətti”-zadı qalmayıb. Həmin “xətlər” çoxdan ayaqaltı edilib. Özü də təkcə Azərbaycan tərəfindən yox.../“Yeni Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyanı iqtidarda Bakı saxlayır? - TƏHLİL

    Paşinyanı iqtidarda Bakı saxlayır? - TƏHLİL ...

    18-02-2021, 12:28

  • 
  • Qarabağ klanının siyasi “meyitlər”i - Kreml “muncuq” siyasətinə qayıdır?

    Qarabağ klanının siyasi “meyitlər”i - Kreml ...

    6-02-2021, 12:38

  • 
  • ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədirlər

    ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda ...

    20-02-2019, 10:50

  • 
  • Serj Sərksiyan Qarabağa gəldi (FOTO)

    Serj Sərksiyan Qarabağa gəldi (FOTO) ...

    21-07-2020, 20:51

  • 
  •  Ermənistan üçün hücum ordusu qurmaq planları - “Qarabağ klanı” təzədən dirildilir?

     Ermənistan üçün hücum ordusu qurmaq planları - ...

    8-04-2021, 09:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu