Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan növbəti dəfə işğal altındakı Azərbaycan ərazilərinə gəlib.
GundemXeber.Az bununla bağlı erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, Sərkisyanın budəfəki qanunsuz gəlişi “şəxsi xarakter”lidir. Erməni mətbuatı yazıb ki, S.Sərkisyan anasına baş çəkəcək, dostları ilə görüşəcək. Bundan əlavə, o, tikintisi və təmirini öz üzərinə götürdüyü monastr kompleksində (işğal altındakı Xocavənd rayonunun Sos kəndi-red.) aparılan işlərlə də tanış olacaq.
İstənilən halda, Xocalı canisi olan S.Sərkisyanın indiki həssas dönəmdə, Tovuz döyüşlərindən sonra gərginliyin növbəti dəfə artmaması üçün çağırışların edildiyi vaxtda Qarabağa gəlməsi növbəti təxribatdır. Lakin ənənəvi qaydada, nə həmsədrlərdən reaksiya var, nə də hansısa təşkilatlardan.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?