GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rusiya Qarabağda Azərbaycana qarşı hibrit müharibəyə başlayıb

Rusiya Qarabağda Azərbaycana qarşı hibrit müharibəyə başlayıb

Tarix: 21-02-2022, 09:57 Bölmə :Siyasət Baxış: 245

Hərbi ekspert: “Bu, Azərbaycan qanunlarına zidd olaraq aparılan prosesdir...Qarabağda "5-ci kolon" yaradılır"

Rusiya Qarabağdakı erməniləri nə olursa-olsun həm əlində saxlamağa çalışır, həm də siyasi məqsədləri üçün istifadə etməkdədir. Musavat.com xəbər verir ki, Qarabağdan olan ermənilərə Rusiya pasportları paylanması daha qabarıq şəkil almaqdadır. Erməni mənbələrinin yaydığı statistik məlumatlar prosesin ciddiliyindən xəbər verir.

2021-ci ildə 46 min 900-dən çox erməni Rusiya vətəndaşlığını qəbul edib. Bu, son illərin ən rekord göstəricisi hesab olunur. 2020-ci ildə 30 min 558, 2019-da 24 min 24, 2018-də 27 min 134, 2017-də 25 min 144 nəfər erməni Rusiya vətəndaşlığı alıb. Ümumilikdə 2017-2021-ci illərdə 153 min 800 erməni Rusiya pasportuna malik olub. Ermənistanın daimi əhalisinə nisbətdə bu, təxminən 5,2 faiz təşkil edir.

Aydındır ki, "rus pasportu" alan 153 min 800 erməninin hər biri Qarabağda yaşamır. Bu rəqəmin 10 faizi qədər erməninin Qarabağda yerləşməsi isə Rusiyaya məkrli planlarını gerçəkləşdirməyə imkan verir. Nəzərə alaq ki, artıq Rusiya Qarabağda yerləşən erməni əhalisi içərisində "rus icması" yaratmağa start verib və bu "icmaya" rəhbər də tapıbş bu şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasının keçmiş məzunu Aleksandır Bordovdur! Məsələnin maraqlı tərəfi isə budur ki, ad -soyadı Aleksandr Bordov olsa da, Qarabağdakı qondarma “rus icması”nın rəhbəri rus deyil, milliyətcə ermənidir...

Belə bir halda Azərbaycan nə etməlidir? Rusiyanın Qarabağda məkrli planlarının qarşısının alınması üçün hansı addımlar atılmalıdır?


Ruslan İmamquliyev

Azərbaycanın tanınmış hərbi eksperti, “M5 Müdafiə və Strategiya Dərgisi”nin Qafqaz və Orta Asiya üzrə rəhbəri Ruslan İmamquliyev “Yeni Müsavat”a deyib ki, dövlətimiz mümkün qədər tez biz zamanda Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığına qəbul olunması üçün səylərini artırmalıdır: “Bu gün Azərbaycan ərazilərində yaşayan erməni mənşəli tayfaların yavaş-yavaş Rusiya vətəndaşlığına keçirilməsi prosesi aparılır. Azərbyacanın həmin ərazilərinə yerləşdirilmiş Rusiya sülhməramlıları ilə erməni qızlarının evlənməsi prosesi üzərindən də rus pasportlu ermənilərin sayı artırılır. Bu, Azərbaycan qanunlarına zidd olaraq aparılan prosesdir.
Azərbaycan qanunları ikili vətəndaşlığı qəbul etmir. Bu məsələnin qarşısı bu gün alınmalıdır. Çünki sabah gec ola bilər. Rusiya bu oyunları Gürcüstanda, Ukraynada aparıb. Özünə loyal tayfalara rus pasportu paylamaqla sonradan bu ölkələrin ərazisində qondarma respublikalar yaradılıb. Bu, Rusiya tərəfindən Azərbaycana qarşı aparılan hibrid müharibənin tərkib hissədir. Halbuki istər Xankəndi, istər Xocavənd erməniləri olsun, hər biri Azərbaycan vətəndaşıdır, bizim qanunları qəbul etməlidirlər. Sadəcə, sülh müqaviləsi bağlanmalıdır, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, məsələ həll olunmalıdır. Bu, zaman tələb etsə də, çalışmaq lazımdır ki, həmin zaman daha da tezləşdirilsin”

Hərbi ekspert deyir ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanan 10 noyabr tarixli üçtərəfli Bəyənaməyə görə Azərbaycan ərazilərində yaşayan erməni mənşəli vətəndaşlara tanınan vaxt və imtiyazlar, onların gələcəkdə Azərbaycan vətəndaşlığını könüllü olaraq qəbul etmələri yönündədir: “Amma nə baş verir? Ərazilərimizdə məskunlaşmış erməni mənşəlilər bu gün bizim vətəndaşlığı qəbul etmək yerinə, Rusiya vətəndaşlığını qəbul etməkdədirlər. Belə olan halda ərazilərimizdə yaşayan vətəndaşların başqa bir ölkənin vətəndaşlığını qəbul etməsi halları aradan qaldırılmalıdır. Bunların hamısı göstər ki, Rusiya süni şəkildə Qarabağda “beşinci kolon” yaradır. Məsələn, deyək ki, vətəndaşlıq pasportu verir və sonra o şəxsi qorumaqdan ötrü istənilən anda bundan istifadə etmək hüququ qazanır. Hər halda hesab edirəm ki, bunun arxasında yaxşı niyyət yox, separatçılıq niyyətləri, dövlətimizə təzyiq marağı durur. Hazırda Qarabağda ermənilərə rus pasportlarının paylanması çox ciddi tendensiyalardan xəbər verir və bunun qarşısını tezliklə alınmalıdır. Əks təqdirdə, yaxın gələcəkdə Qarabağ ərazisində Rusiyanın satellit-dövləti yarana bilər”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 50 minə yaxın Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığını alıb - 3 ay ərzində

    50 minə yaxın Azərbaycan vətəndaşı Rusiya ...

    19-05-2020, 14:22

  • 
  • Amerikanlar Azərbaycana qarşı 3 min təxribatçı erməni yetişdirib

    Amerikanlar Azərbaycana qarşı 3 min təxribatçı ...

    17-12-2014, 10:41

  • 
  • 125 min Donbas sakini Rusiya vətəndaşı oldu - İşğalın yeni “mədəni” növü...

    125 min Donbas sakini Rusiya vətəndaşı oldu - ...

    9-12-2019, 17:44

  • 
  • Qarabağda hərbi hissədə partlayış olub, 2 erməni əsgəri ölüb

    Qarabağda hərbi hissədə partlayış olub, 2 erməni ...

    2-12-2020, 12:26

  • 
  • “Deyirlər, Araik Putinlə gizli görüşüb, tezliklə Rusiya pasportları veriləcək” - NƏ BAŞ VERİR?

    “Deyirlər, Araik Putinlə gizli görüşüb, tezliklə ...

    8-05-2021, 11:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu