Rusiya Prezident Administrasiyasının Millətlərarası əlaqələr şöbəsinin üzvü və Vladimir Putinin rəsmi nümayəndəsi Söyün Sadıqov sensasion açıqlama ilə çıxış edib. S.Sadıqovun moderator.az-a olan açıqlamasını sizə təqdim edirik: "Məndə olan informasiyaya görə, Ermənistan ərazisində xüsusi ərazi var ki, orada artıq 3 ildir amerikan konstruktorları erməni millətçilərini təxribatçı kimi hazırlayırlar. Bəzi məlumatlara görə orada 3 mindən artıq diversant təlimlərə cəlb edilib, hansı ki, onlar azərbaycan dilində həm yazmağı, həm danışmağı əla bilirlər. Onlar Azərbaycan ərazisində təxribat törətmək üçün yetişdirilirlər ki, lazım gəldikdə onlardan Azərbayacna qarşı istifadə etsinlər. Onları "Şortfou 586" adlandırırlar."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?