GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Putinin tanınma qərarını xain qonşumuz yenə yanlış oxudu - NƏ BAŞ VERİR?

Putinin tanınma qərarını xain qonşumuz yenə yanlış oxudu - NƏ BAŞ VERİR?

Tarix: 23-02-2022, 12:05 Bölmə :Siyasət Baxış: 258


Rusiya prezidenti Vladimir Putin, gözlənildiyi kimi, Ukraynadakı iki separatçı qurumu tanıdı. Bundan sonra Avropanın şərqində - böyük bir regionda hadisələrin necə cərəyan edəcəyi əsas suallardan biri olaraq qalır. Ona görə ki, bölgədə həddən-ziyadə silah-sursat və canlı hərbi qüvvə cəmləşdirilib.


Bu arada özlərini yenə “yuyulmamış qaşıq” kimi ortaya atan ermənilər Rusiya rəhbərinin qərarından dərhal ekstaz vəziyyətinə gəliblər. Növbənin guya “artsax”a da çatacağını zənn edərək, sadəlövhcəsinə “papaqlarını” göyə atmağa başlayıblar. Həmin “papaqlar” isə yerə düşməyəcək, ermənilər növbəti dəfə bərk məyus olacaqlar. Səbəblər haqda az aşağıda.


*****


Srağagün gecə sevinənlər arasında Azərbaycanın həbs eləməyə hazırlaşdığı separatçı quldurbaşı Araik Arutyunyan da var. Heç kimin it yerinə qoymadığı bu zat Putinin məlum qərarı ilə bağlı utanıb-eləmədən Rusiya rəhbərliyinə və Donbasdakı qondarma “dövlətlər”in başçılarına “təbriknamə” göndərib. Əlbəttə ki, orada “öz müqəddəratını təyinetmə” haqqının “təntənəsi”ndən dəm vurulur və uydurma “artsax”ın da tanınması arzusu ifadə edilir. Bu isə xam xəyaldan, xülyadan başqa bir şey deyil.


Əvvəla, Donbasda heç bir yeni dövlətdən, yaxud öz müqəddəratını təyinetmənin “təntənəsi”ndən söhbət getmir. Bu, Moskvanın yalnızca aralıq gedişidir. Az sonra həmin ərazilər qanunsuz referendumla (Ukrayna konstitusiyası belə referenduma icazə vermir) Krım kimi Rusiyaya birləşdiriləcək. Dünya, hətta Rusiyaya ən yaxın dövlətlər belə, bu ilhaqı da tanımayacaq. Hər halda, beynəlxalq hüququ heç kim ləğv eləməyib.


İkincisi, Qarabağda dağıdıcı separatçı hərəkatdan keçən 30 ildə xeyli ölkə Kosovanın müstəqilliyi tanınıb. Bir neçə ölkə səviyyəsində olsa da, Abxaziya və Cənubi Osetiya da tanınıb. Amma erməniləri, qondarma “dqr”i yada salan olmayıb. Ona görə ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib. Heç düz-əməlli dövlət də qura bilməyib. Yalnız satellitə, forposta çevrilib.


O biri yandan, xəyalpərvər ermənilərə hələ də çatmayıb ki, onların separatçılığı Qərbə, xüsusın də Rusiyaya “ikinci erməni” dövləti qurmaq üçün deyil, özlərinin geosiyasi maraqlarını regionda irəli aparmaq üçün lazımdır. Xülasə, heç kim onlara “nimçədə” ikinci dövlət bəxş eləməyəcək.


Üçüncüsü, Gürcüstandakı iki separatçı qurum məgər Rusiya tərəfindən tanınmaqla daha müstəqil oldular? Əsla. Onlar gürcü protektoratlığından daha ağır olan Rusiya asılılığına düşdülər və onların da müasir Rusiya imperiyasına birləşməsi yalnız zaman məsələsidir. Yəni Abxaziya və Cənubi Osetiya əslində hazırda qat-qat az özünüidarə elementlərinə malikdirlər, nəinki Gürcüstanın tərkibində olanda...


*****


Azərbaycan üçün tanınmanın konkret neqativ təsirlərinə gəlincə, belə fikir var ki, Rusiyanın Ukrayna konfliktindən qalıcı geosiyasi uğurla çıxması onun Güney Qafqazda özünü daha sərbəst aparmasına, əl-qolunu açmasına gətirəcək. Ehtimal edilir ki, o halda Qarabağdakı rus hərbi kontingentinin yeni demarşlarının şahidi ola bilərik.


Lakin Bakı-Moskva münasibətləri kifayət qədər yüksək səviyyədədir və bunu Prezident İlham Əliyevin dünənki Moskva səfəri, imzalanan sənəd bir daha təsdiqlədi. Bu münasibətlər hətta strateji müttəfiq, forpost sayılan Ermənistanla Kremlin münasibətlərindən də isti və dərindir, hər iki tərəf üçün önəmlidir. Nədən ki, İrəvandan fərqli olaraq, rəsmi Bakı Moskvaya münasibətdə həmişə səmimi davranıb və sonuncunun bölgədəki maraqlarını maksimum ciddiyə alıb. Azərbaycanla Ermənistanın bölgədəki əhəmiyyətini, yerini və rolunu isə müqayisə eləməyə belə dəyməz.


Axırıncı amil də nəzərə alınarsa, Putinin Donbasdakı separatçı qurumların “müstəqilliyi”ni tanımasının Azərbaycana isti-soyuqluğu olmayacaq. Necə ki, Abxaziya və Cənubi Ostiyanı tanımaqla təsiri olmadı. Ermənistan “artsax” naminə “DNR” və “LQR”i tanısa belə, vəziyyət dəyişməyəcək. Hələ üstəlik, İrəvan o halda “demokrat” Paşinyanın ən çox ümid bəslədiyi Qərbin qəzəbinə tuş gələcək.


Bu da var ki, əgər Rusiya İrəvanın Qarabağ məsələsində kifayət qədər üstün mövqedə olduğu, “göylə getdiyi” vaxtlarda Qarabağdakı oyuncaq qurumu tanımayıbsa, indi - Azərbaycanın hərbi zəfərindən, Qarabağın 90%-nin Bakının suverenliyi altına qayıtmasından və Türkiyənin bölgədə real olaraq möhkəmlənməsindən, nəhayət, Bakı-Moskva münasibətlərinin daha yüksək səviyyəyə qalxmasından sonra ümumiyyətlə, getməyəcək. Bunu erməni separatizminə Donbas zərbəsi də adlandırmaq olar.


Odur ki, Qərblə Rusiya arasında hələ də “şpaqat” durumunda qalıb əzab çəkən ermənilər bu dəfə də öz barmaqlarını sovurmaqla yetinəcəklər....


*****


Onu da unutmayaq ki, Azərbaycanın müharibədəki hərbi zəfərindən sonra Putin Rusiya telekanallarından birinə müsahibəsində ölkəmizin ərazi bütövlüyünü tanıdığını birmənalı şəkildə bəyan eləmiş, Türkiyənin regiona qayıdışını isə SSRİ-nin dağılmasının geosiyasi nəticələrindən biri adlandırmışdı. “Dağlıq Qarabağ yuridik olaraq Azərbaycan ərazisidir və bütün dünya, Rusiya bunu belə qəbul edir” - Putin söyləmişdi. Kreml başçısı ermənilərin “Rusiya niyə müharibəyə müdaxilə eləmədi” isteriyasına cavab olaraq o vaxt onu da vurğulamışdı ki, heç Ermənistan özü Dağlıq Qarabağı tanımayıb və Qarabağ KTMT-nin məsuliyyət zonasına daxil deyil.


Daha bir prinsipial fərqli məqam. Vurğulandığı kimi, Rusiyaya Güney Qafqazda ikinci “erməni dövləti” gərək deyil, ona daim işlək “erməni kartı” lazımdır ki, əlində Ermənistana və Azərbaycana təsir rıçaqı olsun. Moskvada çox yaxşı bilirlər ki, Rusiya nankor ermənilərə elə ikinci “erməni dövləti” tanınana kimi lazım olacaq. Ondan sonra dərhal Qərbə üz tutacaqlar. Ermənilərdən ötrü ağanı, sahibi dəyişmək adi şeydir. Bunu hamı bilir.


Qeyd edilənlərdən bir daha qənaət hasil olur ki, ermənilərin “ikinci erməni dövləti” toy-bayramı tam yersizdir. Heç bir tanınma olmayacaq. Bu sıfır ehtimallı variantdır və mənfur qonşuların neçə-neçə nəsli bu fantastik arzu ilə də dünyadan köç edəcək.


Amma ermənilər toplum olaraq bir azca rasional düşünə bilsəydilər, anlayardılar ki, 30 ildə özlərinə normal dövlət qura bilməyən bir xalq necə ikincisini xəyalına gətirə bilər? Ondansa, Ermənistan simvolik dövlətçiliyinin qeydinə qalsınlar. Yoxsa onu da itirə bilərlər.../“Yeni Müsavat”/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Putinin Abxaziya səfərinə sərt reaksiya verib

    ABŞ Putinin Abxaziya səfərinə sərt reaksiya verib ...

    10-08-2017, 12:07

  • 
  • Putinin Obamadan komik Ukrayna xahişi

    Putinin Obamadan komik Ukrayna xahişi ...

    15-04-2014, 10:50

  • 
  • Ərdoğan Putini yerində oturtdu

    Ərdoğan Putini yerində oturtdu ...

    5-12-2012, 10:18

  • 
  • Vladimir Putin ABŞ-ı yenə İTTİHAM etdi

    Vladimir Putin ABŞ-ı yenə İTTİHAM etdi ...

    12-06-2013, 17:09

  • 
  • Gürcü KİV-ləri: “Putin Soçidə separatçı liderləri İlham Əliyevlə yanaşı oturdub”

    Gürcü KİV-ləri: “Putin Soçidə separatçı liderləri ...

    11-02-2014, 14:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu