GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Mən Azərbaycan vətənpərvəri deyiləm” (Yenilənib)

“Mən Azərbaycan vətənpərvəri deyiləm” (Yenilənib)

Tarix: 14-11-2013, 12:20 Bölmə :Siyasət Baxış: 787
“Mən Azərbaycan vətənpərvəri deyiləm” (Yenilənib)
Əkrəm Əylisli: “Şəxsən mən erməniləri özümə düşmən saymıram”

Yazıçı Əkrəm Əylisli Rusiyanın “Rus reportyoru” (“Русский репортер”) jurnalına verdiyi müsahibəsindəki bəzi fikirlərini virtualaz.org saytına şərh edərkən daha heyrətamiz açıqlamalar verib.

Ə.Əylisli deyib ki, bu müsahibəsinə görə hakimiyyət tərfindən təzyiqlərə məruz qalacağından qorxub çəkinmir. Yazıçı deyib ki, həm bu müsahibədə dediyi, həm də əvvəllər qələmə aldığı “Daş yuxular” romanında yazdığı fikirlərinin üstündə qalır.

“Şəxsən mən erməniləri özümə düşmən saymıram. Dəfələrlə demişəm və yazmışam ki, hazırda yaranmış vəziyyət məni çox narahat edir. Mən həmişə Azərbaycan və erməni xalqları arasında sülh yaranmasının tərəfdarı kimi çıxış etmişəm. Mənə mümkün təzyiqlərə gəlincə isə bundan nə ehtiyat etmirəm, nə də qorxmuram. Hakmiyyət məni onsuz da “Xalq yazıçısı” fəxri adından məhrum edib, ailəmə təzyiq göstərib. Daha qorxub çəkinəcəyim heç nə qalmayıb. Mən artıq öz dövrümü yaşamışam. İndi mənim üçün ən vacib məsələ bu iki xalq arasında sülhün bərqərar olmasıdır” - deyə Ə.Əylisli bildirdi.

Maraqlıdır, Ə.Əylisli öz müsahibəsində belə bir cümlə işlədibmi ki, “biz ermənilərlə torpaq uğrunda müharibə edirik, bu torpaqlar isə heç kimə lazım deyil”?

Yazıçı müxbirimizin bu sualına təsdiqləyici cavab verdi: “Doğrudan da hazırkı vəziyyətdə torpağa münasibət fərqli məna kəsb edir. Buna görə demişəm ki, xalqlar arasındakı gərginlik və nifaq bu torpağın kimə məxsus olması məsələsindən asılı deyil, problemin kökünü daha dərinlərdə axtarmaq lazımdır. Və mən indi də belə hesab edirəm ki, əgər siyasətçilər azərbaycanlılarla ermənilərə mane olmasalar, onlar yenidən bir yerdə və sülh şəraitində, dinc yanaşı yaşayacaqlar”.

Ə.Əylisli daha sonra növbəti heyrətamiz açıqlamasını verdi. Dedi ki, o, özünü vətənpərvər insan saymır: “Bəli, mən Azərbaycan patriotu deyiləm. Siz indiyə qədər haradasa eşitmisinizmi ki, yazıçı patriot olsun, vətənpərvər olsun? Yazıçı ağlının və ürəyinin ona diqtə elədiklərini yazmalıdır, onun işi budur. Millətçilik və vətənpərvərlik yaradıcı insana xas olan keyfiyyətlər deyil, ola bilməz. Yeri gəlmişkən, siz bilirsinizmi ki, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalındakı məqalələrinin birində ermənilər haqda nə yazıb? Cəlil Məmmədquluzadə 1909-cu ildə yazırdı ki, ermənilərin Əylis kəndində olarkən orada insanların üzündə sevinc hissləri görüb, küçələrin tərtəmiz olduğunu, insanların mədəniyyətini görüb, Azərbaycan kəndlərinə qayıdanda isə hər yerdə yalnız ağlaşma və əzab-əziyyət görüb. Bəs onda nəyə görə heç kəs Cəlil Məmmədquluzadəni vətənpərvər olmamaqda ittiham etmir, onun heykəlini dağıtmır, kitablarını yandırmır? Çünki Cəlil Məmmədquluzadə dahi yazıçı idi. Gördüklərini və düşündüklərini yazırdı”.

Ə.Əylisli müxbirimizin “siz də türk yazıçısı Orxan Pamuk kimi Nobel mükafatı almaq istəyirsinizmi” sualına belə cavab verdi: “Bütün bunlar bazar söhbətləridir. Orxan Pamuk böyük yazıçıdır. O, Nobel mükafatını “erməni soyqırımı”nı tanıdığına görə yox, Türkiyədəki mürəkkəb millətlərarası və ictimai-siyasi münasibətləri qələmə aldığına, onları təsvir etdiyinə görə alıb. Mən öz əsər və kitablarımı hansısa mükafat və ya fəxri ad üçün yox, öz azərbaycanlı oxucularım üçün yazıram. Bu da mənim mövqeyimdir. Bununla kimsə razılaşa bilər, kimsə yox. Mən heç kimi kitablarımı oxumağa məcbur etmirəm. Və mən bu mövzuda mənə bazar söhbətləri səviyyəsində hücum edən adamlar istisna olmaqla hər kəslə mədəni polemikaya girməyə hazıram”.

* * *

«Əgər indi referendum keçirilsə, xalqın böyük hissəsi ermənilərlə münasibətlərin düzəlməyinə səs verər. Yəni əgər ideologiya belə olsa ki, münasibətləri yaxşılaşdırmaq lazımdır, onda həmin günün axşamı xalq artıq əvvəlki dövrlərdən fərqli düşünməyə başlayacaq. Xalq elə əvvəlki xalqdır. Amma problem bilirsiniz nədədir? Ermənistan prezidenti, ya da bizimki güzəştə getsələr, dərhal hakimiyyəti itirəcəklər”.

Qalmaqallı “Daş yuxular” romanının müəllifi, yazıçı Əkrəm Əylisli bunu “Risskiy reportyor” saytının müxbiri Şura Burtinə Bakıda müsahibə verərkən deyib.

Ə.Əylisli bildirib ki, onun romanı qətiyyən Azərbaycan xalqını təhqir etmir: “Onlar istəyirlər ki, əgər erməni haqqında iki xoş söz deyirəmsə, üçünü də azərbaycanlı haqda deyim. Mənim işim-gücüm yoxdu ki, rəy balansı saxlayım?! Mənim işim insanı təsvir etmək, duyğularını ifadə etməkdir. Bu, daxilən kövrək bir adamdır, bu həyatın dəlilik həddinə çatdırdığı bir insandır. Bir tərəfdən də öz kəndində ona danışılanlara görə ətrafında baş verənlərdən dəhşətə gəlir. Onun faciəsi ondadır ki, hamı onun düşüncələrinə, gələcəyə baxışına qarşıdır. Qardaşlar, gəlin etiraf edək ki, alçaq işlər tutmuşuq. Yalnız bundan sonra nəsə yaxşı bir şey alınacağına ümid etmək olar. Ağızlarına nə gəldi deyirdilər, gəlin, Əkrəmin qanını yoxlayaq. Halbuki bilirlər ki, mən təmiz türkəm. Deyirdilər ki, “Nobel” almaq istəyirəm. Mən bəyəm bazara mal çıxarmışdım? Ən pisi isə odur ki, xalqın adından danışırdılar. Hansısa kabinet siçovulu mənə xalqın nə düşündüyünü öyrədir”.

Yazıçı hesab edir ki, onun romanından sonra ermənilər azərbaycanlılara daha yaxşı münasibət bəsləyirlər: “Əlbəttə, onlar arasında avantüristlər də var ki, istəyərlər, məni burda öldürsünlər, onlar da bundan vəhşi xalq obrazı yaratmaq üçün istifadə etsinlər. Amma ziyalılar, xeyli sayda sadə adamın münasibəti yumşalıb, onlar qəzəb hissindən azad olublar, sanki nəfəs dəriblər. Hərçənd mən bu əsəri ermənilər üçün yox, azərbaycanlılar üçün yazmışam”.

Zaur Rəsulzadə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Əkrəm Əylisli Azərbaycanı tərk edir

    Əkrəm Əylisli Azərbaycanı tərk edir ...

    1-02-2013, 11:21

  • 
  • Nalbandyan Əkrəm Əylisliyə qahmar çıxdı

    Nalbandyan Əkrəm Əylisliyə qahmar çıxdı ...

    22-05-2013, 15:41

  • 
  • Əkrəm Əylisliyə cinayət işi açıldı

    Əkrəm Əylisliyə cinayət işi açıldı ...

    1-04-2016, 01:30

  • 
  • Əkrəm Əylisli məsələsi ölkənin gündəminə çevrilib

    Əkrəm Əylisli məsələsi ölkənin gündəminə çevrilib ...

    8-02-2013, 10:59


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu