GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezidentin Kiyevə səfəri və Viktor Yanukoviçin xəlvəti Moskva səfəri

Prezidentin Kiyevə səfəri və Viktor Yanukoviçin xəlvəti Moskva səfəri

Tarix: 17-11-2013, 12:09 Bölmə :Siyasət Baxış: 961
Prezidentin Kiyevə səfəri və Viktor Yanukoviçin xəlvəti Moskva səfəri
Putinə qarşı Əliyev-Yanukoviç qambiti?
Ukraynanın kritik Avropa seçimi ərəfəsində Azərbaycan prezidentinin Kiyevə səfəri və Viktor Yanukoviçin xəlvəti Moskva səfəri arasında hansı əlaqə var...

Azərbaycan prezidenti İlham Əliyev sabah - noyabrın 17-də Ukraynaya mühüm səfərə yola düşür. Azərbaycan prezidentinin Ukraynaya səfəri bu ölkənin kritik Avropa seçimi ərəfəsində baş verəcək.

Noyabrın sonlarında Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində Ukrayna Avropa İttifaqı ilə azad ticarət və assosiasiya razılaşmasını imzalamalıdır. Əgər bu inteqrasiya razılaşmalarının imzalanması baş tutsa, o zaman keçmiş sovet respublikaları arasında öz strateji əhəmiyyətinə və geosiyasi mövqeyinə görə ən əhəmiyyətli ölkələrdən biri olan Ukrayna Rusiyanın təsir dairəsindən çıxmış olacaq.



3 ilə yaxındır ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı tamam başqa istiqamətə - MDB Gömrük İttifaqına və “yeni SSRİ” hesab edilən Avrasiya İttifaqına çəkməyə çalışır. Lakin bir vaxtlar Kremlin açıq dəstəyi ilə hakimiyyət başına gələn prezident Viktor Yanukoviç həmkarı Vladimir Putini məyus edib. O, Ermənistan prezidenti Serj Sərkisyan kimi “sözəbaxan” lider çıxmadı və ölkəsinin gələcəyinin Avropa ilə inteqrasiyada olduğunu dərk edərək Rusiyanın təzyiqlərinə inadla müqavimət göstərməyə çalışdı.

Doğrudur, prezident Yanukoviç ölkəsinin Rusiyadan enerji asılılığını nəzərə alaraq Putinin Gömrük İttifaqına çağırışlarını dərhal rədd etməyib. O, Ukraynanın Gömrük İttifaqına müşahidəçi statuslu üzvlüyünə dair sənədə imza atıb.

Ancaq müşahidəçi statusla Kremlin təzyiqlərindən xilas olmaq mümkün deyil. Putin seçim tələb edir və dəfələrlə mətbuat qarşısında elan edib ki, Ukraynanın iki yolu var: ya MDB Gömrük İttifaqına tamhüquqlu üzv olmaq, ya da Avropaya inteqrasiya yolu seçmək.

Putin bəyan edib ki, əgər rəsmi Kiyev ikinci yolu seçəcəksə, o zaman Ukrayna mallarının Rusiya bazarına sərbəst girişi mümkün olmayacaq. Artıq Rusiya Ukraynanın “Roshen” şirniyyat korporasiyasının mallarını ölkəyə buraxmamaqla Avropa İttifaqı ilə azad ticarət razılaşmasının Kiyevə necə baha başa gələcəyinə işarə edib.



Digər tərəfdən, iki ölkə arasında keçmiş baş nazir Yuliya Timoşşenkonun imzaladığı qaz müqaviləsinə görə, Ukrayna Rusiyadan qazı hətta Avropa qiymətlərindən də baha almağa, nəticədə hər il “Qazprom”a milyardlarla dollar artıq ödəməyə məcburdur.

Kiyev dəfələrlə çalışıb ki, müqavilənin şərtlərini dəyişdirsin. Lakin Putin güzəştə getmir. Aydındır ki, qaz müqaviləsində güzəşt ancaq Ukraynanın Gömrük İttifaqına və Avrasiya İttifaqına qoşulması şərtilə mümkün ola bilərdi. Ancaq prezident Yanukoviç ölkəsini qaza görə Rusiyaya təslim etmək istəmir. O, alternativ mənbələr tapmağa çalışır və əsas ümid yerlərindən biri də Azərbaycandır.

Ukraynanın Rusiyadan qaz asılılığına son qoymaq üçün alternativ mənbələr tapmaq səyləri hələ nəticəsizdir. Buna baxmayaraq Ukraynanın “Naftoqaz” şirkəti ötən həftə gözlənilmədən elan etdi ki, Rusiyadan qaz nəqlini dayandırır. “Naftoqaz” bildirdi ki, ölkənin yeraltı qaz anbarlarında qışı çıxarmaq üçün yetərli qaz ehtiyatı var.

Hazırda “Naftoqaz” şirkətinin “Qazprom”a 1,3 milyard dollar borcu yaranıb. Ukrayna şirkəti hədsiz baha aldığı yanacağa görə ödənişləri etməkdə çətinlik çəkir, “Qazprom” isə borcun dərhal ödənilməsini tələb edir.

“Naftoqaz”ın Rusiyadan qaz ixracını dayandırması prezident Viktor Yyanukoviçin Moskvaya xəlvəti səfəri ilə bir vaxtda baş verdi. Ona görə xəlvəti ki, ötən həftənin şənbə günü - noyabrın 9-da Ukrayna mətbuatı Yanukoviçin Moskvaya planlaşdırılmamış səfərə yola düşdüyünü xəbər verdi. Lakin rəsmi qaynaqlar bu səfər barədə hər hansı məlumat yaymadı. Üstəlik Yanukoviçin təyyarəsinin Moskvada yerə endiyini də görə bilməmişdi.

Prezidenti “itirən” Ukrayna mətbuatı nəhayət, onun izinə düşə bildi. İki gün sonra Rusiya prezidentinin köməkçisi Dmitri Peskov Yanukoviçlə Putin arasında “işgüzar görüş” baş tutduğunu bildirdi, başqa hər hansı təfərrüatlar açıqlanmadı.



“Naftoqaz”ın Rusiyadan qaz ixracını dayandırması ilə eyni vaxtda V.Yanukoviç V.Putinlə niyə görüşmüşdü? Bu görüş zamanı hansısa gizli sövdələşmələr əldə edilə bilərdimi? Və bütün bunların Azərbaycana hansı təsirləri var?

Azərbaycanın xarici siyasətinin müstəqilliyin əldə olunmasından, lap elə Elçibəy hakimiyyəti dövründən bu yana dəyişməz qalan əsas vektorlarından biri Ukrayna ilə strateji tərəfdaşlıqdan, Rusiyanın orbitindən çıxmaqda ortaq hərəkət etməkdən ibarətdir.

Tamamilə aydındır ki, Ukrayna Rusiyanın təzyiqlərinə davam gətirə bilməyib “yeni SSRİ” modelinə qoşulmağa razılıq versə, o zaman bütün təzyiqlər Azərbaycana yönələcək. Eyni zamanda MDB məkanında Ukrayna və Azərbaycanın yer almadığı inteqrasiya modelinin əhəmiyyəti kəskin azalacaq.

Təsadüfi deyil ki, 2011-ci ilin dekabrında Astanada keçirilən MDB sammitində Putinlə gərgin Gömrük İttifaqı danışıqlarının ardınca prezident Yanukoviç yolunu Bakıdan salmış və həmin sammitə qatılmayan prezident İlham Əliyevlə müzakirələr aparmışdı. Astana sammitində Yanukoviç Ukraynanın Gömrük İttifaqına müşahidəçi statuslu üzvlüyünə razı olmuş və tamhüquqlu üzvlükdən imtina etmişdi.



İndi kritik seçim anı yaxınlaşır və Ukrayna, eləcə də Azərbaycan seçim etməlidir. Doğrudur, Vilnüs sammitində Avropa İttifaqı ilə Azərbaycan arasında assosiasiya sazişinin imzalanması nəzərdə tutulmur. Ancaq Ukrayna ilə sazişin layihəsi artıq razılaşdırılıb. İndi prezident Yanukoviç ya bu sazişi imzalayıb Putinlə açıq döyüşü başlatmalı, ya da ondan imtina edib Gömrük İttifaqına qoşulmalıdır.

Lakin aralıq variant da meydana çıxıb. Nə qədər paradoksal olsa da həbsdəki keçmiş baş nazir Y.Timoşşenko V.Yanukoviç üçün xilas və Rusiya qarşısında vaxt qazanmaq imkanı yaradır.

Brüssel tələb edir ki, Ukrayna keçmiş baş nazirin Avropada müalicəsinə imkan yaradan hüquqi mexanizmləri qəbul etsin. Əks halda Vilnüsdə Ukrayna ilə Avropa İttifaqı arasında sazişin imzalanması baş tutmayacaq. Deməli, Yanukoviç keçmiş baş naziri həbsdə saxlamaqla Avropaya inteqrasiyadan yayına bilər və bunun heç də Rusiyanın təzyiqlərinə görə baş vermədiyini nümayiş etdirər.

Digər tərəfdən, Vilnüs sammiti ərəfəsində Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirildi və tərəflər enerji əməkdaşlığını strateji səviyyəyə qaldırmaq barədə razılaşma əldə etdiklərini açıqladılar. Razılaşmaya əsasən Azərbaycan qazı Gürcüstan üzərindən sıxılmış formada Ukraynaya nəql ediləcək.

Ardınca prezident İlham Əliyev Kiyevə gedir və belə görünür ki, indi Yanukoviçin Azərbaycan dövlət başçısı ilə danışıqlara çox ciddi ehtiyacı yaranıb.



Ukraynanın Vilnüs sammiti ərəfəsində hansı seçim edəcəyi məhz bu danışıqlardan asılı ola bilər. Eyni zamanda Yanukoviç Putinlə xəlvəti görüşünün nəticələri barədə Əliyevi məlumatlandıracaq. Əgər Azərbaycan Ukraynanın Rusiyadan enerji asılılığını aradan qaldırmasına imkan yaratsa, Yanukoviçin neçə vaxtdır xahiş etdiyi kimi, Ukraynanın TANAP kəmərinə qoşulmasına razılıq verilsə, o zaman Kiyevin Avropaya yolu asanlaşacaq.

Görünən odur ki, Əliyevlə Yanukoviç bu mürəkkəb geosiyasi oyunda Kremlə qarşı əlbir oynayır. Bunu Putinə qarşı “Əliyev-Yanukoviç qambiti” də hesab etmək olar...

Virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əliyev Ukraynanın xilası üçün pul ayırır

    Əliyev Ukraynanın xilası üçün pul ayırır ...

    4-02-2014, 15:32

  • 
  • Vladimir Putinin səfəri başladı

    Vladimir Putinin səfəri başladı ...

    13-08-2013, 16:57

  • 
  • Ukrayna Avropa ilə İşbirliyində Son Qərarı Verir

    Ukrayna Avropa ilə İşbirliyində Son Qərarı Verir ...

    14-11-2013, 11:34

  • 
  • İsa Qəmbərin müşaviri Vilnüsdə nələr eşitdi?

    İsa Qəmbərin müşaviri Vilnüsdə nələr eşitdi? ...

    27-11-2013, 16:48

  • 
  • Ollandın səfərinin sirri

    Ollandın səfərinin sirri ...

    14-05-2014, 15:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu