GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » KTMT-dəki ikiüzlü Ermənistan - Moskvanı şantaj edən, Qərbə göz süzdürən İrəvan - ŞƏRH

KTMT-dəki ikiüzlü Ermənistan - Moskvanı şantaj edən, Qərbə göz süzdürən İrəvan - ŞƏRH

Tarix: 24-11-2022, 15:53 Bölmə :Siyasət Baxış: 247

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın iddiasına yenə əhəmiyyət verməyib. Noyabrın 23-də İrəvanda keçirilən toplantıda təşkilatla bağlı məsələlər müzakirə olunub. Ermənistan baş naziri Nikol Paşinyanın çıxışı, KTMT qarşısında irəli sürdüyü təkliflərdən belə nəticəyə gəlmək olar ki, rəsmi İrəvan bu hərbi birliyə qarşı fəaliyyət göstərdiyini nümayiş etdirir.

Ötən illərdə Paşinyan təşkilatın qüvvələrinin Azərbaycanla Ermənistanın sərhədyanı bölgələrinə yerləşdirilməsini istəyirdi. Bu, baş vermədi. Sonra NATO-nu bu istiqamətdə təxribata çəkməyə çalışsa da, alyans da bunu əhəmiyyətsiz bir təklif kimi qarşıladı. İrəvanda keçirilən sonuncu toplantıda isə Nikol Paşinyan yekun qətnaməni imzalamaqdan imtina edib. Ermənistanın iddiasına əsasən, Azərbaycan Ermənistan “torpaqlarından çıxmalı”, onun hərəkətlərinə müttəfiqlər “dəqiq siyasi qiymət verməlidir”. O, KTMT sammitinin yekunları üzrə bəyannamə ilə yanaşı, Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında sənədi də imzalamaqdan imtina edib.

Nikol Paşinyan iddia edib ki, sənəd Ermənistan üçün yetərli deyil. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, KTMT-nin Ermənistanla Azərbaycanın münasibətlərinin normallaşdırılması istiqamətində gördüyü işləri Nikol Paşinyan “fiasko” kimi dəyərəndirmək istəyir: “Bu, erməni tərəfin şəraiti dəyərləndirmək hüququdur”. Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışlarında Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasına səy göstərdiklərini vurğulayıblar.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə bunları deyib: “Düşünürəm ki, hər kəsin fikrini ifadə edəcəyəm. Biz uzaq deyilik. Biz burada Nikol Vovayeviçin dediyi kimi, KTMT-nin Azərbaycanı təcavüzdən çəkindirmədiyini düşünmürük. Kimisə saxlamaq bizim işimiz deyil. Bununla belə biz münasibət bildirməliyik. Hazırda Rusiya bu məsələdə həm Ermənistanın, həm də Azərbaycanın razılaşdığı vasitəçilik missiyasını həyata keçirir”.

Bu, Ermənistan rəhbərliyinə və müxalifətinə KTMT-nin cavabıdır. Lukaşenkonun fikirləri nəyə əsaslanır: ilk növbədə sərhədlərin müəyyənləşməsinə. Çünki iki ölkə arasında sərhədlər delimitasiya və demarkasiya olunmayıb. Belə olan şəraitdə kimin-kimi “təcavüzkar” adlandırması mümkün deyil. Tərəflər məsələ ilə bağlı yekun sənəd imzalamayıb. Bu baxımdan rəsmi İrəvanın iddiası daha çox KTMT daxilində iğtişaş yaratmağa oxşayır.

Ermənistan bununla nə etmək istəyir? Hesab etmək olar ki, Nikol Paşinyan Rusiyanı şantaj edərək, daha çox yardım almağı hədəfləyir. Çünki KTMT-nin sponsoru və təşkilat daxili məsələlərdə həlledici söz sahibinin Moskva olduğunu erməni hiyləgərliyi ilə başa düşür

Rusiyanın, habelə Moskvanın himayə etdiyi təşkilatların gələcəyinin Ukraynada həll edildiyindən xəbərsiz deyil. Yeri gəlmişkən, Aleksandr Lukaşenko bildirib ki, KTMT-nin gələcəyi Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın uğurundan asılıdır: “Rusiya qalib gəlsə, KTMT yaşayacaq. Allah eləməsin, qalib gəlməsə, KTMT mövcud olmayacaq”.

Ermənistan bu halda özünü batan gəmidən ilk qaçan “siçovul” kimi aparır. Belə çıxır ki, rəsmi İrəvan üzv olduğu KTMT-yə etibar etmir. Bu, həm də onun Rusiyaya etibar etməməsi anlamına gələ bilər. Noyabrın 23-də İrəvanda anti-Rusiya aksiyası keçirilib. Etirazçılar “Rusiya Ermənistandan rədd ol!”, “Rusiya -düşməndir!” şüarlarını əllərində tutub (2018-ci ildə Paşinyan hakimiyyətə gəlməzdən əvvəl də oxşar hadisələr baş verirdi). Bu aksiya həm də Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfərinə etiraz aksiyası idi. Aksiyanı “Milli Demokratik Qütb”ünün təşkil etdiyi bildirilib. Nəzərə almaq lazımdır ki, bu kimi tədbirlər hakimiyyətin maraqlarını və ya onun ifadə etməkdə çətinlik çəkdiyi etirazları bəyan etmək üçün bir vasitə olur. O halda həmin mitinq və yürüşü rəsmi İrəvanın mövqeyi kimi də xarakterizə etmək olar

Rusiya Prezidenti Vladimir Putinin İrəvanda keçirilən sammitdə iştirakı və Nikol Paşinyanla toplantıdan sonra ayrıca görüş keçirməsi də münasibətlərdə gərginliyin olduğunu ehtimal etməyə əsas verir.

Onlar açıqlamalarında ikitərəfli münasibətlərin və əlaqələrin inkişaf etdiyini vurğulayıb, ölkələri arasında ticarət dövriyyəsinin 70-80 faiz artmasını qeyd etməklə bunu təsdiqləyiblər. Ermənistanın Daxili İşlər Nazirliyi bildirib ki, bu ilin yanvar-sentyabr aylarında Ermənistanın 33 min vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib. Bu rəqəmlər Ermənistanın Rusiyasız mövcudluğunun çətin olacağını ehtimal etməyə əsas verir.

Odur ki, Nikol Paşinyanın KTMT ilə bağlı irəli sürdüyü iddialar daha çox Rusiyadan istəkləridir. O, Moskvanın indiki vəziyyətindən sui-istifadə etməyə səy göstərir. Onsuz da Nikol Paşinyanın Ermənistanı Rusiyanın nəzarətindən çıxarması çətindir. Bu baxımdan, rəsmi İrəvana yaranmış şəraitdə kəmfürsətlik edir. Hökumət başçısı Təşkilatın bəyannaməsini imzalamamaqla Qərb qarşısında özünü “anti-Rusiya” kimi göstərir. Odur ki, Paşinyan KTMT-ni bəhanə gətirərək Rusiyanı şantaj edir, Qərbə isə göz süzdürür...

SƏDRƏDDİN İSMAYILOV


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan KTMT-də yeni daimi nümayəndə təyin etdi - KİMİ?

    Ermənistan KTMT-də yeni daimi nümayəndə təyin ...

    22-11-2018, 14:43

  • 
  • Mən təkcə Lukaşenkodan yox, başqalarından da izahat istəyirəm - Paşinyan

    Mən təkcə Lukaşenkodan yox, başqalarından da ...

    20-11-2018, 15:14

  • 
  • Azərbaycan XİN: Ermənistan KTMT-nin yeganə üzvü deyil

    Azərbaycan XİN: Ermənistan KTMT-nin yeganə üzvü ...

    1-09-2018, 16:46

  • 
  • UĞURSUZ CƏHD: Paşinyan KTMT-ni proseslərə cəlb etmək istəyir - TƏHLİL

    UĞURSUZ CƏHD: Paşinyan KTMT-ni proseslərə cəlb ...

    30-07-2021, 14:37

  • 
  • Kreml: "Rusiyanın KTMT-dəki öhdəlikləri Dağlıq Qarabağa aid deyil

    Kreml: "Rusiyanın KTMT-dəki öhdəlikləri ...

    7-10-2020, 15:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (458)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu