GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ziyad Səmədzadə Zahid Qaralova sərt cavab verdi

Ziyad Səmədzadə Zahid Qaralova sərt cavab verdi

Tarix: 26-11-2013, 13:01 Bölmə :Siyasət Baxış: 817
  Ziyad Səmədzadə Zahid Qaralova sərt cavab verdi

Sabiq millət vəkili Zahid Qaralovun mətbuatda mənim barəmdə dedikləri tamamilə yerində və həqiqətəuyğun olmayan fikirlərdir.

Bunu Gün.Az-a açıqlamasında parlamentin İqtisadi siyasət komitəsinin sədri, 1991-93-cü illərdə bir müddət birinci vitse-spiker və vitse-premyer vəzifələrində işləmiş Ziyad Səmədzadə Yeni Azərbaycan Partiyasının (YAP) tanınmış simalarından olan sabiq millət vəkili Zahid Qaralovun mətbuatda onun ünvanına səsləndirdiyi ittihamlara münasibətini bildirərkən dilə gətirib.

“...Heydər Əliyevi də Naxçıvana buraxmırdılar, onunla bütün əlaqələrimizi kəsmişdilər. Ziyad Səmədzadənin o vaxt yüksək vəzifəsi var idi, indi də bu adam Milli Məclisdə komitə sədridir” - deyən Z.Qaralov mətbuata məlum açıqlamasında sözlərinə onu da əlavə edib ki, Z.Səmədzadə o dövrdə onlara yalandan deyibmiş ki, Heydər Əliyev kabinetində yoxdur, telefonlar da işləmir.

“Amma biz sonradan Heydər Əliyevlə görüşəndə dedi ki, mən səhərədək öz kabinetimdə oturmuşam və telefonlar da işləyirdi. Bu adam o dövrdə bizi və Heydər Əliyevi aldadıb...” - deyə, Z.Qaralov daha sonra bildirib.

Bizimlə söhbətində isə Z.Səmədzadə bir daha Z.Qaralovun ittihamlarının əsassız olduğunu qeyd edərək, əslində adıçəkilən şəxsin ona qarşı hücumlarının arxasında başqa məqamların dayandığını söyləyib:

“Əvvəla, Zahid Qaralovun bəhs etdiyi məsələnin üstündən düz 21 il ötür. Qeyd edim ki, bu haqda da mərhum ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş və AzTV-də dəfələrlə yayımlanmış müxtəlif sənədli filmlərdə də söhbət açılıb.

Həmçinin, bu məsələ haqda YAP-ın yaradıcılarından olan millət vəkili Eldar İbrahimovun mətbuatda dəfələrlə açıqlamaları olub.

Eyni zamanda, haradasa təxminən 15-18 il öncə mərhum millət vəkili Samur Novruzovun “Azərbaycan” qəzetində geniş yazısı gedib və orada bir daha məlum məsələ ilə bağlı həqiqətin əslində necə olduğu əksini tapıb.

Bir daha təkrar edirəm ki, 1992-ci ilin mayında Ali Sovet sədrinin birinci müavini vəzifəsində işləyərkən parlamentin sədri vəzifəsinə təklif olunan mərhum Heydər Əliyevlə telefon əlaqəsi yaratmaq üçün mənim kabinetimdə millət vəkillərindən Eldar İbrahimov, Arif Rəhimzadə, Samur Novruzov, həmçinin, Arif Hacılı, Pənah Hüseyn olublar. Mən az qala o zaman Arif Hacılı və Pənah Hüseynlə də əlbəyaxa olacaqdım, çünki onlar heç cür imkan vermək istəmirdilər ki, Heydər Əliyevlə əlaqə yaradılsın və sair.

Yəni, həmin adamlar da, digərləri də məsələnin mahiyyətindən xəbərdardırlar.

Odur ki, bu məsələnin üstündən düz 21 il keçəndən sonra indi onun ahıl yaşlı bir adam tərəfindən əsassız şəkildə gündəmə gətirilməsini mən təəssüf və təəccüblə qarşılayıram.

Düzünü desəm, mən həmin müsahibəni oxumamışam, sadəcə, mənə dünən axşam deyiblər ki, haqqımda bu cür fikirlər gedib. Mən bir daha qeyd edirəm ki, bunlar başdan-ayağa ağ yalanlardır. Əslində isə bu məsələnin, yəni, həmin adamın mənə qarşı ittihamlarının kökündə başqa məqamlar, parlament seçkilərində mənə uduzmağı dayanır”.

Z.Səmədzadənin bildirdiyinə görə, vəzifə insana hörmət gətirmir, insana hörmət gətirən onun illərlə cəmiyyətdə qazandığı nüfuzudur:

“Hamı da yaxşı bilir ki, mən gecəmi-gündüzümü xalqıma, dövlətimə, dövlətçiliyimizə, ölkəmizin iqtisadiyyatına, iqtisadi inkişafına xidmətə həsr etmişəm.

Bildiyiniz kimi, 2005-ci ilin parlamentin seçkilərində Səbail rayonundan namizədliyimi vermişdim, o zaman da heç bir vəzifəm yoxuydu, sadəcə, ictimai əsaslarla fəaliyyət göstərən Müstəqil İqtisadçılar Birliyinə sədrlik edir, həmçinin mətbuatda iqtisadiyyatla bağlı elmi yazılar, məqalələrlə çıxış edirdim.

O zaman mənimlə həmin dairədən namizədliyini verənlər arasında Zahid Qaralov da vardı, hansı ki, həmin vaxt o, həm Milli Məclisdə komitə sədri vəzifəsini tuturdu, həm də YAP-ın Səbail rayon təşkilatının sədri vəzifəsində çalışırdı.

Ancaq əlində bu qədər resurslar olmasına baxmayaraq, Zahid Qaralov o zaman seçkilərdə məğlubiyyətə uğradı, yenidən deputat seçilə bilmədi. Heç bir vəzifəm və resursum olmaya-olmaya Zahid Qaralov böyük fərqlə mənə uduzdu.

İndi belə görünür ki, bu adam ahıl yaşında hələ də həmin məğlubiyyətini həzm edə, uduzmağını mənə bağışlaya bilmir. O, birdəfəlik qəbul etməlidir ki, o zaman seçkilərdə böyük fərqlə mənə uduzub və bu məğlubiyyətinin kökündə də insanların ona növbəti dəfə etimad göstərməməsi dayanır.

Əslində məğlubiyyətinin özü də nəticə çıxarmaq üçün bir vasitəsidir, amma görünür, bu adam hələ də düzgün nəticə çıxara, məğlubiyyəti ilə barışa bilmir.

Məni fəaliyyətim Azərbaycan xalqının və dövlətinin qarşısında olub. Kimsə 40 illik fəaliyyətimdə də bir kəlmə belə olsun tapıb ortaya qoya bilməz ki, mən haçansa dövlətimizlə, dövlətçiliyimizlə, ümummilli liderimizlə bağlı yanlış bir söz demiş olum. Bunu heç kim tapa və mənə qarşı da hansısa iddia ilə çıxış edə bilməz.

Mən çox sevinirəm ki, Azərbaycan xalqının, seçicilərinin etimadı ilə yenidən –dalbadal iki dəfə millət vəkili seçilmişəm və ötən 8 il ərzində parlament rəhbərliyinin, millət vəkillərinin razılığı ilə İqtisadi siyasət komitəsinə rəhbərlik edirəm.

Eyni zamanda, bir komitə sədri, bir millət vəkili, bir iqtisadçı alim kimi ölkəmizin iqtisadi inkişafının reallaşdırılmasında, iqtisadi qanunvericiliyin hazırlanmasında, təkmilləşdirilməsində iştirak edirəm. Bir sözlə, mən bu günə kimi dövlətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət etmişəm, edirəm, bundan sonra da edəcəyəm”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziyad Səmədzadə bankları faiz dərəcələrini azaltmağa çağırdı

    Ziyad Səmədzadə bankları faiz dərəcələrini ...

    7-02-2014, 12:09

  • 
  • Zahid Qaralov Ziyad Səmədzadəni ifşa etdi

    Zahid Qaralov Ziyad Səmədzadəni ifşa etdi ...

    25-11-2013, 22:18

  • 
  • Milli Məclisdən Zahid Orucun dediklərinə təkzib gəldi

    Milli Məclisdən Zahid Orucun dediklərinə təkzib ...

    16-01-2014, 14:02

  • 
  • Ziyad Səmədzadə: "30 min iş yerinin bağlanması ciddi məsələdir"

    Ziyad Səmədzadə: "30 min iş yerinin ...

    13-10-2015, 14:04

  • 
  • "O zaman büdcəni doldura bilərik ki..."

    "O zaman büdcəni doldura bilərik ki..." ...

    23-02-2016, 16:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu