GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qərblə Rusiyanın Ermənistan uğrundakı SAVAŞI - KİM QALİB GƏLƏCƏK?

Qərblə Rusiyanın Ermənistan uğrundakı SAVAŞI - KİM QALİB GƏLƏCƏK?

Tarix: 29-07-2023, 10:26 Bölmə :Siyasət Baxış: 198

Qərblə Rusiyanın Ermənistan uğrundakı SAVAŞI

Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Moskva görüşü daha çox görüş ərəfəsi iki məqamla yadda qaldı.

Birincisi, görüş ərəfəsində Ermənistanın baş naziri bəyan etdi ki, dünyada Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımayan dövlət yoxdur.
Bəli, bu, çox mühüm bəyanat idi və onu dilə gətirmək elə də asan məsələ deyil. Amma bu bəyanatlar davamı olmalı və onlar ikitərəfli sənədlərdə öz inkişafını və inikasını tapmalıdır, fəqət, təəssüf ki, bunu hələ görmürük – ən optimist təhlilçilər belə bu il sülh sazişinin imzalana biləcəyini güman etmirlər.
İkinci detal budur ki, artıq Moskva da “Dağlıq Qarabağ” kəlməsini işlətməməyə çalışır. Bunun özü də mühüm addım hesab edilməlidir və bir daha göstərir ki, Kreml də bir çox məsələlərdə Bakı ilə hesablaşır və yaxud da hesablaşmağa cəhd edir.

Amma təəssüf ki, bütün bu detallar konkret nəticələrə gətirib çıxarmır. Açığı, Moskva görüşü ilə bağlı bizim böyük ümidlərimiz yox idi və burada ciddi irəliləyişlərin olacağını güman etmirdik.

Təsadüfi deyil ki, Moskva Bakı ilə İrəvanın çox çətinliklə anlaşdığını bəyan etdi. Əslində bu, Kremlin arzusudur. Ən azı ona görə ki, digər formatlarda bunun əksi deyilir. Odur ki, Moskva ikibaşlı oyun oynayır - əgər Qərb görüşləri Azərbaycanla Ermənistanı birləşdirmək üçün edirsə, Moskva, əksinə, bunu onları ayırmaq üçün edir.

Biz artıq adət etmişik ki, hər dəfə Vaşinqtonda və Brüsseldə görüş keçirilərkən Kreml tərəfləri Moskvada da toplayır ki, Qərbin səylərini sıfırlasın. Amma bunu etmək elə də asan məsələ deyil, odur ki, Rusiya tamam çaş-baş qalıb – bir tərəfdən tərəfləri ayırmaq üçün hər şeyi edir, digər tərəfdən isə ehtiyat edir ki, birdən tərəflər onsuz razılaşma əldə edə bilər. Elə bu səbəbdən də son görüşdə Moskvanın xüsusi sammit keçirə biləcəyi də bəyan olundu.

Rusiyanın işini çətinləşdirən budur ki, Qərb Ermənistana təzyiq edir. Bəli, İrəvan əvvəlki rəhbərliklərin vaxtında olduğu kimi bunu nəzərə almaya və Rusiyaya daha sıx sığınmaqla kompensasiya edə bilərdi. Ancaq Ermənistanın indiki rəhbərliyi bunu etmir. İrəvanda başa düşürlər ki, Qərblə hesablaşmaq lazımdır, çünki ölkənin inkişafı onun dediklərindən keçir.

Bəzən belə fikirlər səslənir ki, guya Qərbin Ermənistanı Rusiyadan qoparmaq imkanları, demək olar, yox dərəcəsindədir.

Burada qeyd edək ki, Qərb Rusiya “sülhməramlıları”nın bölgəni tərk etməsindən sonra Gümrüdəki hərbi bazanı da onların ardınca yola salmağı planlaşdırır. Mümkündürmü? Düşünürük ki, mümkün olmayan bir şey yoxdur, əsas bunu istəməkdir.

Yada salaq ki, SSRİ-nin çöküşü ərəfəsində də bunun mümkün olmadığı deyilirdi və əsas da iqtisadi əlaqələr dilə gətirilərək deyilirdi ki, o vaxtki müttəfiq respublikalar iqtisadi cəhətdən biri-birnə o qədər bağlanıb ki, onları bir-birindən ayırmaq mümkün olmayacaq. Amma mümkün oldu! SSRİ çökdü və əvvəlki iqtisadi əlaqələr qırıldı. Ona görə də hər dəfə Ermənistanla Rusiyanın əlaqələrini yada salanda keçmiş SSRİ vaxtlarını da unutmaq lazım deyil – o vaxt Ermənistanla Rusiya ümumiyyətlə bir dövlətdə birləşmişdilər...

Əlbəttə, erməni kilsəsi və diasporu, onun Rusiyaya bağlı müxalifəti başqa şey istəyə bilər, amma bu ölkədə yaşamağın ağırlığını erməni xalqı çəkir. O ki qaldı Paşinyana, sözsüz ki, o, hazırki prosesdən ölkəsi üçün daha çox dividend qoparmağa çalışır. Amma həm də anlayır ki, regionda siyasi və geosiyasi dəyişikliklər labüddür. Fəqət, qəti hərəkət edə bilmir. Bəlkə də ona görə ki, ona da on illiklərlə beyninə yeridilən miflər mane olur../
Musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Moskva İrəvanı Qarabağı qaytarmağa məcbur edir – Londondan şok iddia

    Moskva İrəvanı Qarabağı qaytarmağa məcbur edir – ...

    3-09-2015, 21:43

  • 
  • Nikol Paşinyan Dağlıq Qarabağa dair sualları cavablandırıb

    Nikol Paşinyan Dağlıq Qarabağa dair sualları ...

    20-12-2018, 11:59

  • 
  • ATƏT-in baş katibi: "Azərbaycan və Ermənistanın XİN başçılarının Bratislava görüşü danışıqları canlandıracaq"

    ATƏT-in baş katibi: "Azərbaycan və ...

    1-11-2019, 13:24

  • 
  • Nazirlərin görüşü: Moskvanın budəfəki Qarabağ addımı... - TƏHLİL

    Nazirlərin görüşü: Moskvanın budəfəki Qarabağ ...

    17-04-2019, 11:07

  • 
  • Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..

    Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?.. ...

    20-10-2018, 12:28


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu