GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Aydın Bəşirovun gizlinləri faş olur

Aydın Bəşirovun gizlinləri faş olur

Tarix: 6-12-2013, 08:06 Bölmə :Siyasət Baxış: 1 025
  Aydın Bəşirovun gizlinləri faş olur
Sabiq CASPAR şefinin Odessada şəxsi donanması var; Bəşirovun qurumdakı qohumları haqda şok bilgilər və maliyyə fırıldaqları
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirov danışıb. Qəribəsi odur ki, sabiq rəis oğurluqları haqda bir qəzetdə gedən yazılara başqa bir mətbuat orqanda cavab verib. Üstəlik, yazdıqlarımızı yalana çıxarmağa çalışıb. Deyib ki, ölkədən getmək istəmir, milyonluq maxinasiyaları haqda yazılanlar həqiqət deyil. A.Bəşirov “axı mən 27 milyonu necə silə bilərəm” sualını da verib. Amma unudub ki, bir qədər əvvəl elə özü qohumlarına bəs edəcək qədər yaxtalara sahib olduğunu deyib.

Axar.az saytı isə Aydın Bəşirovun Odessada 50-dən çox gəmisi olan şəxsi donanmaya sahib olması haqda xəbər yayıb. Sayt yazır ki, Ukraynada qeydiyyatdan keçən və Aydın Bəşirovun oğlu İlqar Bəşirovun rəhbərlik etdiyi bu şirkət “Sail Traidind” adlanır. Donanmanın tərkibində tankerlər, quru yükdaşıyan və yedək yük gəmiləri var. Oğul Bəşirovun rəhbərlik etdiyi özəl gəmiçilik idarəsi “Kaspar” gəmilərindən daha çox yükdaşıma ilə məşğul olur.

İddia olunur ki, əslində Aydın Bəşirovun Xəzər Gəmiçiliyinə məxsus gəmiləri işlək vəziyyətə gətirməməsinin bir səbəbi də özünün “Sail Traidind” şirkətinin daha fəal işləməsi istəyindən irəli gəlib.

Xəzər Dəniz Gəmiçiliyinə sifarişləri yerinə yetirmək üçün gəmilərin yetərli olmaması görüntüsünü yaratmaqla, sifarişlərin bir hissəsi özəl şirkətinə transfer edilib.
Məlumata görə, “Sail Traidind”in əmlakı milyardlarla ölçülür. Saytın yaydığı digər məlumat isə A.Bəşirovun danışmaq istəmədiyi mövzular sırasına aiddir.

“Mühəndis Mustafa Əli” tankeri Türkmənbaşı limanından Mahaçqalaya 4.500 ton hidrotəmizləyici dizel yanacağı apararkən öz sularımızda saxlanılıb. Gəmi bu ilin sentyabrından ay yarım Dübəndi terminalına yaxın yerdə lövbərdə dayanıb. Hazırda isə Rauf Vəliyevin göstərişi ilə terminalın körpüsündə dayanan gəmidə araşdırmalar aparılır. Yükün kimə məxsus olduğu hələ məlum deyil. Heç bir qurum yükə sahib çıxmır. Aydın müəllim sahibsiz yükə aid danışmaq istəsə “Yeni Müsavat”ın səhifələri üzünə açıqdır.
İdarənin İstismar Xidmətinin maye yük daşıma şöbəsinin inspektoru Namiq Quliyev sayta deyib ki, artıq bu işlə məşğul olmur və bu haqda heç nə deyə bilməyəcək.
Qeyd edək ki, hazırda yükünün kimə məxsusluğu araşdırılan “Mühəndis Mustafa Əli” gəmisinin kapitanı Asim Fətəliyev, baş mexaniki isə Məmmədəli Muradovdur.
“Yeni Müsavat”a daxil olan məlumata görə, A.Bəşirov Azərbaycanda olan yaxtalarını Pirallahı adasındakı imarətində və Bakı bulvarı yaxınlığında saxlayır.

CASPAR-dakı qaynağımız A.Bəşirovun sahib olduğu yaxtaların çox bahalı olduğunu deyib: “Aydın Bəşirovun yaxtalarının qiyməti 500 min manatdan başlayır. Bu adam deyir ki, mənim yaxtalarım o qədər çoxdur ki, qohumlarıma da bəs edir. Bir ortabab yaxtanın minimal qiyməti isə 150-200 min manat olduğu vaxt Bəşirov qohumlarına bəs edəcək qədər yaxtaları hansı hesabdan alıb? Guya kim bilmir ki, on illərlə gəmiçiliyi öz şəxsi mülki kimi idarə edib? Gəlirləri də müvafiq şəkildə cibinə qoyurdu. Məleykə Əsədovaya CASPAR-a aid İçərişəhərdəki binanı bağışlayır. Adama deyərlər ki, İçərişəhərdə mülk alıb CASPAR-a bağışlamışdın ki, götürüb mülkü kiməsə verirsən? Bu adam CASPAR-dakı bütün gəlirli postlara öz qohum-qardaşını yerləşdirmişdi. Donanmanın İstismarı Xidmətinin rəis müavini Cavad Bəşirov Aydın Bəşirovun qardaşı oğlu Rasim Bəşirovun oğludur. Donanmanın istismarı xidməti, maye yükdaşıma şöbəsinin inspektoru Namiq Quliyev birbaşa onunla hesablaşır. Gəmi kapitanları bu adamların əlindən dad edir.
Kapitanlardan gəmilərin ölçülərinə görə 300-500, 800-1000 dollar almasalar əl çəkməzlər. Əgər CASPAR binasının təmirinə kağız üzərində 27 milyon xərcləməsi yalandırsa niyə ”Həzi Aslanov" və “Qafur Məmmədov” tankerlərinin təmirinə ayrılan 15 milyon manata yaxın vəsaitlə bağlı yazdığınız faktlardan danışmır? Yaxtaları hansı hesabdan alıb? Açıb desin, görək CASPAR şefi kimi əmək haqqı nə qədər olub? Oğlu Ağaəmi Bəşirov İlham Allahverdiyev adına gəmi təmiri zavodunun direktorudur. Bu zavod Bayıl qəsəbəsində yerləşir. Keçmiş Bünyadzadə adına zavodu da həmin zavoda birləşdirirlər. Gəmi təmiri zavoduna gəmi getdisə, gəminin ehtiyat hissələri orada tapılmaz. Çünki dövlətin ayırdığı vəsaitlə alınan ehtiyat hissələr, Aydın Bəşirovun qurduğu sxem üzrə 8-ci kilometr bazarına ötürülür. Bu işlərə onun bacısı oğlu, Güzdəkdə saç ustası işləmiş, bundan başqa heç bir ixtisası olmayan Ramazan Ağaverdiyev rəhbərlik edir. O, donanmanın texniki təchizat xidmətinin rəisidir. Təmirə ehtiyacı olan gəmilərin kapitanına deyilir ki, ehtiyat hissələr orada satılır. Yəni gəmilərə heç bir ehtiyat hissə verilmir. Amma dövlət büdcəsindən həmin ehtiyat hissələrin alınmasına milyonlar ayrılıb və mənimsənilib. Bu cür mənimsəmə illərdir ki, davam etdiyindən CASPAR gəmilərinin əhəmiyyətli hissəsi çürüyüb, mexanizmləri sıradan çıxıb. Yeni təyin olunan rəis çox pis durumdadır. Gəmilər körpü və limanlarda çürüyüb. Sayları çox sambalı yox".

Qaynağımız deyib ki, araşdırmalar zamanı 40 gəminin istismara yararsız olduğu üzə çıxıb: “Buna görə də Rauf Vəliyev 40-a yaxın istismara yararsız gəminin kəsilib doğranmasına və metalloma təhvil verilməsinə göstəriş verib. Kəsilən gəmilərin çoxu 3 min tonluq quru yük gəmiləri, 7 min tonluq tankerlərdir. Hər gəmidə 15-20-yə yaxın heyət üzvü var. Bu adamlar da işsiz qalacaq. Bu gün donanmamız 8 ədəd “Heydər Əliyev” tipli 13 min tonluq və 2 ədəd 8 min tonluq “Əziz Əliyev” tipli tankerlərin, paromların ümidinə qalıb".

Qaynağımız CASPAR-dakı yoxlamalar zamanı ikili sənədləşmənin aparılmasının da üzə çıxdığını söylədi: “Aydın Bəşirovun dövründə hər bir daşıma sənədləşməsi 2 cür aparılıb. Yoxlamalar zamanı bu faktlar üzə çıxıb. Məsələn, Türkmənistandan Bakıya gətirilən yük sənədlər üzərində Yunanıstana daşınması ”oformit" olunub.

Bunu yolun uzunluğuna görə sərf olunan yanacağa və heyət üzvünün səyahətdə olduğu zaman aldığı əmək haqqını şişirdib mənimsəmək üçün ediblər. Əgər gəmi Yunanıstana gedirsə, Volqa-Don kanalı vasitəsilə Azov dənizinə, oradan qara dənizə, Bosfor boğazını keçməklə Aralıq dənizinə və Yunanıstana getməlidir. Buna görə 10 gün vaxt sərf olunur. Bu 10 gündə gəmi 17 min 500 dollarlıq yanacaq sərf edir, 20 nəfər ekipaj üzvünün yükü Yunanıstana daşıması üçün əmək haqqı isə 35-50 min dollardır. Əgər belə maxinasiyalar olmasa, gəminin Türkmənistandan Azərbaycana gəlməsi maksimum 7-8 min dollar edir. Bütün bunlar gəmi kapitanlarının yoxlayıcılar tərəfindən sorğu-sual edilməsi zamanı üzə çıxıb".

Qaynağımız deyib ki, A. Bəşirov gəmilərin təchizatından tutmuş kadrların yerləşdirilməsinə qədər bütün sahələrdən gəlir əldə etmək üçün əlindən gələni edib: “Qardaşı oğlu Rasim Bəşirovu Dəniz Akademiyasının rektoru təyin etdirib. CASPAR rəisinin kadrlar üzrə müavini Firudin Ömərovun qızı Aydın Bəşirovun bacısı oğlunun yoldaşıdır. Gəmiyə işə götürülmə pullu idi”.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də aparılan daxili yoxlamalar zamanı on milyonlarla ölçülən maxinasiyalar üzə çıxıb. Məlum olub ki, QSC-nin sələfi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirov özünə yaxın kadrların, yaxın qohumlarının vasitəsilə dövlət büdcəsinə ödənməli olan külli miqdarda vəsaitləri şəxsi məqsədlərinə sərf edib.
Mövzuya qayıdacağıq.


P.S Yazıda adı hallanan hər kəsi, o cümlədən Aydın Bəşirovu da dinləməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aydın Bəşirovun Odessada şəxsi donanması var- İDDİA

    Aydın Bəşirovun Odessada şəxsi donanması var- ...

    4-12-2013, 17:10

  • 
  • Aydın Bəşirovun rektor qohumu vurulur

    Aydın Bəşirovun rektor qohumu vurulur ...

    9-12-2013, 11:07

  • 
  • Aydın Bəşirovun gizli imperiyası üzə çıxdı

    Aydın Bəşirovun gizli imperiyası üzə çıxdı ...

    9-12-2013, 08:09

  • 
  • Aydın Bəşirovun daha bir adamı vuruldu

    Aydın Bəşirovun daha bir adamı vuruldu ...

    10-01-2014, 18:21

  • 
  • Aydın Bəşirovun qohumları idarədən qovuldu

    Aydın Bəşirovun qohumları idarədən qovuldu ...

    11-12-2013, 13:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu