Gundemxeber.az » Siyasət » İƏT Əmək Nazirləri Konfransının Qətnaməsi qəbul olunub - YENİLƏNİB
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası işini davam etdirib.
Iclasın gündəliyi qəbul edilib və Nazirlər Sessiyasına hazırlıq iclasının hesabatı təqdim olunub. DOST Konsepsiyası və ölkəmizdə sosial sahədə e-xidmətlər barədə videoçarxlar nümayiş edilib. Üzv ölkələrin əmək nazirlərinin və nümayəndə heyətləri başçılarının çıxışları dinlənilib.
Konfrans iştirakçıları daha sonra tədbirin Qətnamə layihəsini nəzərdən keçirib və Qətnaməni qəbul ediblər.
Konfransda müzakirə mövzularının üzv ölkələr üçün aktual olduğu vurğulanıb. Burada aparılan müzakirələrin və təcrübə mübadilələrinin nümayəndə heyətləri üçün önəmli olduğu, həmin ölkələrdə əmək, məşğulluq, sosial müdafiə sahələrində həyata keçirilən islahatlar prosesi üçün əhəmiyyəti diqqətə çatdırılıb.
İƏT-in Baş katibinin müavini Dr. Ahmed Sengendo Azərbaycanın İƏT-lə fəal əməkdaşlığından və konfransa yüksək səviyyədə ev sahibliyi etməsindən razılığını, konfrans iştirakçılarına aparılan müzakirələrdə fəal iştirakına görə minnətdarlığını bildirib.
Sonra konfransın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dr. Ahmed Sengendo media üçün brifinq keçiriblər.
Onlar keçirilən bu beynəlxalq tədbirin yekunları barədə məlumat verib, konfransın üzv ölkələr, həmin ölkələrin gələcək əməkdaşlığı üçün uğurlu nəticələrinin olacağına əminlik ifadə ediblər.
18:24
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı öz işini başa çatdırıb.
“Report” xəbər verir ki, konfransın yekunu üzrə birgə qətnamə qəbul edilib.
Qeyd edək ki, noyabrın 21-dən 23-dək Bakıda keçirilən əmək nazirlərinin 5-ci konfransı çərçivəsində İƏT Əmək Mərkəzinin açılışı olub. Mərkəzin nizamnaməsini 16 ölkə imzalayıb.
10:24
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir.
“Report” xəbər verir ki, sessiya Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İƏT-in Baş katibi Hissein Brahim Taha, İƏT əmək nazirlərinin 4-cü konfransının sədri kimi Səudiyyə Ərəbistanı Krallığının İnsan resursları və sosial inkişaf nazirinin müavini Adnan Abdulla Al Nuaimin çıxış edəcəkləri gözlənilir.
Sonra konfransın sədri və büronun tərkibi seçiləcək.
Gundemxeber.az
3-02-2020, 11:00
7-06-2017, 14:08
22-11-2023, 12:49
25-11-2013, 14:29
1-12-2015, 14:03
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?