GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ABŞ və NATO Qafqaz savaşına başlayıb: Rusiyanın Ermənistana hərbi müdaxilədən başqa variantı qalmadı

ABŞ və NATO Qafqaz savaşına başlayıb: Rusiyanın Ermənistana hərbi müdaxilədən başqa variantı qalmadı

Tarix: 12-07-2024, 22:00 Bölmə :Siyasət Baxış: 280

Belə anlaşılır ki, Ermənistan payız aylarında Rusiyadan və KTMT-dan tamamilə qopmaq barədə Qərbdən konkret təlimat alıb, Paşinyan hakimiyyəti isə onu ən yaxın vaxtlarda reallaşdırmağa məcburdur... Rusiyanın bütün bunlara müşahidəçi qalacağını düşünmək isə sadəlövhlük olardı və məhz Kremlin verəcəyi sərt reaksiyadan sonra Ermənistanın gələcək taleyi böyük ölçüdə aydınlaşdırmağa başlaya bilər...


Cənubi Qafqaz uğrunda mübarizə artıq geriyə dönməz xarakter alıb. Dünya nəhəngləri bu regionda öz beynəlxalq rəqiblərini görmək istəmirlər. Üstəlik, Cənubi Qafqazda demək olar ki, iki düşmən qütb arasında kəskin qarşıdurma yaşanır. Və bu qarşıdurmada Ermənistan geopolitik savaş poliqonu rolunu oynayır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Ermənistana Rusiya ilə münasibətlərini normal məcraya yönəltmək imkanı tanımaq niyyətində deyil. Əksinə, Qərbdən gələn sifarişlər rəsmi İrəvanı Kremllə ziddiyyətləri dərinləşdirmək məcburiyyətində buraxır. Və bu, Ermənistanın nə Rusiyanın orbitində olarkən, nə də indi Qərbə sığınmağa cəhd edərkən, qətiyyən müstəqil dövlət olmadığını birmənalı şəkildə təsdiqləyir.

nato-rusiya-cnubi_qafqaz.jpg (287 KB)

Maraqlıdır ki, Ermənistanın NATO-nun ABŞ-da keçirilən yubiley sammitinə qatılması Kremldə böyük qəzəb doğurub. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzun Ermənistanın siyasi rəhbərliyinə dolayısı xəbərdarlıq mesajları yönəldib. Rus diplomat vurğulayıb ki, əgər, rəsmi İrəvanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyəti ilə bağlı sualları mövcuddursa, bu, normal şəkildə müzakirə oluna bilər. Ancaq rəsmi İrəvan KTMT üzvü olan Ermənistanı NATO sammitində təmsil etməsi yolverilməz davranışdır.

Eyni zamanda, rus diplomat rəsmi İrəvana NATO ölkələri ilə hərbi ticarətə can artmasını da KTMT-nın müttəfiqlik və təhlükəsizlik prinsiplərinə zidd olduğunu qabardıb. Onun fikrincə, KTMT üzvləri hərbi təhlükəsizlik problemlərini və silahlanma prioritetlərini ortaq şəkildə həll etməyə qadirdirlər. Və Ermənistanın bu məsələdə fərqli istiqamətlərə yönəlməsi yaxın gələcəkdə arzuolunmaz nəticələrə yol aça bilər.

Nəhayət, Mixail Qaluzun Kremlin Ermənistanda yerləşdirilən Avropa Birliyinin mülki müşahidə missiyasının fəaliyyətini hədəfə almaqdan da özünü saxlaya bilməyib. Belə ki, Kremlin təmsilçisi vurğulayıb ki, rəsmi İrəvan bu "müəmmalı kontingent"in Ermənistan ərazisində müvəqqəti deyil, məhz həmişəlik qalması istiqamətində fəaliyyət göstərir. Rus diplomat hesab edir ki, Avropa Birliyinin mülki müşahidə missiyası Qərb casuslarından ibarət olmaqla, yalnız Rusiya və Ermənistana qonşu ölkələr barəsində kəşfiyyat məlumatları toplamaqla məşğuldur.

Digər tərəfdən, rus diplomat bu "müəmmalı kontingent"in tərkibinə Kanada kəşfiyyatçılarının da qatıldığını xatırladaraq, bu missiyanın Ermənistanda artıq birbaşa NATO-nu təmsil etdiyini vurğulayıb. Və onun fikrincə, rəsmi İrəvanın bu yanlış davranışları, xüsusilə də, Avropa Birliyinin mülki müşahidə missiyası adı altında Cənubi Qafqazın qapılarını NATO kəşfiyyatçılarının üzünə açması tezliklə Ermənistanın özü üçün real təhlükələr törədə bilər.

ff46f85a6f7716afea452049b8c6e007a.jpeg (81 KB)

Digər önəmli məqam ondan ibarətdir ki, Kreml Paşinyan hakimiyyətinə Qərbin Ermənistanı "ukraynalaşdırma" cəhdlərinin hansı nəticələrə yol aça biləcəyi barədə də üstüörtülü xəbərdarlıq mesajları verir. Rusiya siyasi dairələri hesab edirlər ki, Qərb Ermənistan üzərindən Cənubi Qafqazda hərbi-siyasi situasiyanı yeni savaş həddinə qədər gərginləşdirməyə cəhd göstərir. Və Qərbin Ermənistana təhlükəsizlik təminatı verəcək mexanizmləri olmadığı bir situasiyada rəsmi İrəvan bundan ciddi şəkildə narahat olmalıdır.

Ancaq bəzi məlumatlara görə, Kremlin bu qəzəbinin və ya xəbərdarlıq mesajlarının Paşinyan hakimiyyətini Rusiyaya xəyanət yolundan döndərmə ehtimalı artıq o qədər də inandırıcı görünmür. Belə ki, NATO-nun Ermənistanda 14 istinad nöqtəsinin olduğunu hətta erməni mənbələri belə, etiraf edirlər. Üstəlik, Ermənistan ərazisində ABŞ-ın 13 bioloji laboratoriyasının olduğunu da nəzərə aldıqda, Rusiya üçün problemin kifayət qədər ciddi olduğu qətiyyən şübhə doğurmur.

Digər tərəfdən, Paşinyan hakimiyyəti tədricən Ermənistanı KTMT-dan çıxartmaq istiqamətində addımlar atdığı da inkaredilməz reallıqdır. Hər halda, rəsmi İrəvan Rusiyanın patronajlığı altında olan KTMT-da fəaliyyətini demək olar ki, dayandırıb və bu qurumun maliyyələşdirilməsindən belə, imtina edib. Son vaxtlar KTMT-nın Rusiyadan sonra ən önəmli ikinci təmsilçisi olan Belarusla da münasibətlərin qopma nöqtəsinə gətirilməsi Paşinyan hakimiyyətinin prinsipial qərar ərəfəsində olduğunu göstərir.

Untitled-1-Recovered.jpg (703 KB)

Maraqlıdır ki, Ermənistanın "İravunk" nəşri baş nazir Nikol Paşinyanın yaxın ətrafına verdiyi təlimatlar barədə məlumatlar yayıb. Həmin məlumatlara görə, erməni baş nazir partiyasının təmsilçilərinə Ermənistan cəmiyyətində Rusiya əleyhinə təbliğatı gücləndirməyi və Qərbə münasibətdə rəğbət mühitinin yaradılmasını tapşırıb. Və ardınca isə heç bir izahat vermədən sentyabr-oktyabr aylarında ciddi, qətiyyətli addımlar atacağını bəyan etməklə, kifayətlənib.

Ancaq  “İravunk” nəşri hökumət daxilində olan mənbələrinə istinadən iddia edir ki, göstərilən zaman intervalında baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxması barədə qəti qərar vermək niyyətindədir. Çünki erməni baş nazir Qərb tərəfdarlarının geniş və güclü koalisiyasının yaradılmasında birbaşa maraqlı olduğuna da eyham vurub. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyəti hansısa radikal taleyüklü qərarlara hazırlıq mərhələsindədir.

Belə anlaşılır ki, payız aylarında Ermənistan Rusiyadan tamamilə qopmaq barədə konkret təlimat alıb. Paşinyan hakimiyyəti isə Qərbdən gələn bu təlimatı ən yaxın vaxtlarda reallaşdırmaq məcburiyyətindədir. Rusiyanın bütün bunlara müşahidəçi qalacağını düşünmək isə sadəlövhlük olardı. Və məhz Kremlin verəcəyi sərt reaksiyadan sonra Ermənistanın gələcək taleyi böyük ölçüdə aydınlaşdırmağa başlaya bilər.//musavat.com//


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ və Fransa Ermənistana “quyu” qazır: Rusiya ilə toqquşma erməniləri dövlətsiz qoya bilər

    ABŞ və Fransa Ermənistana “quyu” qazır: Rusiya ...

    3-08-2021, 10:45

  • 
  • Ermənistan qanlı hadisələrdə sadəcə "alət" rolunu oynayır - İNCƏLƏMƏ...

    Ermənistan qanlı hadisələrdə sadəcə ...

    16-09-2022, 13:26

  • 
  • Cənubi Qafqaz Türkiyənin nəzarətinə keçir: ABŞ və Qərbin buna müqavimət şansı yoxdur

    Cənubi Qafqaz Türkiyənin nəzarətinə keçir: ABŞ və ...

    19-11-2020, 18:54

  • 
  • “Cənubi Qafqazda türklərlə müqayisədə Moskvanın kartları daha güclüdür , amma...”

    “Cənubi Qafqazda türklərlə müqayisədə Moskvanın ...

    1-08-2020, 16:04

  • 
  • Rus qırıcıları Ermənistan səmasında

    Rus qırıcıları Ermənistan səmasında ...

    29-04-2016, 17:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu