GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənistan qanlı hadisələrdə sadəcə "alət" rolunu oynayır - İNCƏLƏMƏ...

Ermənistan qanlı hadisələrdə sadəcə "alət" rolunu oynayır - İNCƏLƏMƏ...

Tarix: 16-09-2022, 13:26 Bölmə :Dünya Baxış: 294

Cənubi Qafqazı yenidən savaşa sürükləməyə, qarışdırmağa çalışırlar. Sirr deyil ki, regionda xaosun yaradılması bəzi beynəlxalq supergüclərin maraqlarına cavab verir. Son hadisələr də göstərir ki, müəyyən dairələr artıq hərəkətə keçiblər və bölgə uğrunda amansız mübarizə başlayıb. Reallıq odur ki, ABŞ və Qərb bu regionu Rusiyanın təsir dairəsindən çıxartmağa çalışır. Eyni zamanda, Türkiyənin də Cənubi Qafqazda əsas geopolitik oyunçuya çevrilməsindən qətiyyən məmnun deyil. Ona görə də, 44 günlük İkinci Qarabağ savaşının yekun nəticələri ilə formalaşan mövcud status-kvonu dəyişdirməyə cəhd göstərirlər.
Bölgədə yaranmış vəziyyəti şərh edən politoloq Elçin Xalidbəyli vurğulayıb ki, Kreml Avropa Birliyinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxartmağa çalışdığını artıq rəsmən bəyan edib. Yəni Rusiyanın siyasi elitası artıq tam dəqiqliyi ilə anlayır ki, bu regionda mövqelərini itirmək təhlükəsi ilə üzləşiblər. Ekspertə görə, son baş verənlərə diqqət etməklə, bunun belə olduğunu anlamaq o qədər də çətin deyil: "Məsələ ondadır ki, Cənubi Qafqaz uğrunda mübarizənin əlamətləri ilə yüklənmiş hadisələr ardıcıl olaraq baş verməkdədir. Üstəlik, bütün bu hadisələrdə Ermənistan “regional alət” rolunda istifadə edilir. ABŞ və Qərb Rusiyaya qarşı geopolitik əməliyyatları məhz Ermənistan üzərindən reallaşdırır.
Əslində, ABŞ-ın məşhur xüsusi xidmət servisinin "CİA"nin şefi Uilyam Börnis Ermənistana olduqca müəmmalı səfər edərkən, yaxın vaxtlarda xoşagəlməz proseslərə start verilə biləcəyini ehtimal etmək mümkün idi. Çünki "CİA" bir kəşfiyyat qurumu olduğundan, onun şefinin xarici səfərləri qətiyyən səbəbsiz ola bilməzdi. Hər halda "CİA" şefi ABŞ-ın siyasi-diplomatik təmaslarından cavabdeh olan dövlət məmuru deyil. Deməli, Amerikanın baş kəşfiyyatçısı İrəvana müəmmalı səfəri çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla qapalı qapılar arxasında təkbətək görüşərkən, hansısa gizli missiyanı yetinə yetirməli olmalıdır. Elə Ermənistan Baş naziri Paşinyanın həmin müəmmalı görüşdən sonrakı davranışlarında bu müşahidə edilir. Əvvəlcə Kremldən elan edildi ki, avqustun 31-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin növbəti üçtərəfli görüşü keçiriləcək".
E.Xalidbəyli vurğulayıb ki, nə qədər qəribə də olsa, rəsmi İrəvan Kremlin verdiyi anonsla bağlı bir müddət susdu. Sonra bəyan etdi ki, Moskvada üçtərəfli görüşün keçiriləcəyi barədə hər hansı məlumata malik deyil: "Belə anlaşıldı ki, Rusiya tərəfi Moskvada üçtərəfli görüş təşkil edərkən, rəsmi İrəvanın mövqeyini nəzərə almayıb. Halbuki, bu, qətiyyən mümkün deyil. Ardınca məlum oldu ki, həqiqətən də avqustun 31-də üçtərəfli görüş nəzərdə tutulub. Ancaq bu görüş Moskvada deyil, məhz Brüsseldə keçiriləcək. Ermənistan Rusiya ilə belə təhlükəli və sürüşkən siyasi-diplomatik oyunlar oynayacaq cəsarətə qətiyyən sahib deyil. Yəqin ki, bu baxımdan, rəsmi İrəvana kənardan cəsarət verənlərin olduğunu düşünmək lazımdır. Brüssel görüşündə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mətninin hazırlanması ilə bağlı ikitərəfli müzakirələrin başlanması razılaşdırıldı. İndi baş verən hadisələri nəzərə aldıqda, bu anlaşmanın məhz görüşün vasitəçisi olan Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin imicini qorumaq məqsədilə formal olaraq qəbul edildiyini düşünmək olar. Mişel onun vasitəçiliyi ilə reallaşan Brüssel görüşündə konkret nəticələrin olması barədə rəylərin yaranmasında maraqlı idi. Hər halda, Brüssel görüşündən dərhal sonra Ermənistan Baş naziri Paşinyan anlaşmaların icrasından yayınmaq istiqamətində addımlar atmağa üstünlük verdi. Üstəlik, rəsmi İrəvanın atdığı addımlar əsasən hərbi-siyasi təxribat xarakteri daşıyır. Ermənistan ordusu artıq uzun müddətdən bəridir ki, Azərbaycan ərazilərini müxtəlif çaplı silahlardan atəşə tutmaqla, diversiya qrupları göndərməklə, hərbi təxribatlar törədir".
Analitik qeyd edib ki, rəsmi Bakı nə qədər səbrli davranmağa çalışsa da, Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün sərt reaksiya vermək məcburiyyətində qaldı: "ABŞ və Qərbin Ermənistan üzərindən qurduğu geopolitik oyunun ilkin detalları da artıq aydınlaşmağa başlayıb. Çünki Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) dəstək verməsi olduqca önəmli məqamdır. Məsələ ondadır ki, rəsmi İrəvan KTMT-nin Ermənistana dəstək verməyəcəyini əvvəlcədən tam dəqiqliyi ilə bilir. Bir tərəfdən, bu qurumun üzvlərinin əksəriyyəti Azərbaycanla strateji tərəfdaşdır. Hətta Rusiya belə, Azərbaycanla müttəfiqlik fəaliyyəti barədə bəyannamə imzalayıb. Bu qurumun üzvləri ABŞ və Qərbin təlimatları ilə Cənubi Qafqazda xaos yaratmağa çalışan Ermənistan ucbatından Azərbaycanla mövcud münasibətlərini korlamazlar.
Digər tərəfdən, Paşinyan hakimiyyəti onu da bilir ki, hətta KTMT Ermənistana dəstək vermək istəsə belə, bu, hüquqi cəhətdən mümkün deyil. Çünki təşkilatın hər hansı üzv dövlətə hərbi yardım göstərməsi üçün ilk növbədə onun sərhədlərinin pozulması vacib şərtdir. İndiki haldasa, Azərbaycan və Ermənistan arasında sərhədlər delimitasiya və demarkasiya edilməyib. Bu səbəbdən də iki ölkə arasında sərhədlər müəyyən edilmədiyindən KTMT bu maddə üzrə baş verənlərə müdaxilə edə bilməz. Ona görə də rəsmi İrəvan KTMT-yə dəstək xahişi ilə bağlı ehtiyatda alternativ hədəf də tutub. Paşinyan hakimiyyətinə yaxın erməni KİV-ləri son günlər KTMT Ermənistana hərbi yardım göstərməyəcəyi təqdirdə, bu qurumu tərk etməyin vacib olduğu təbliğ edilir. Həmin KİV-lərin Paşinyan hakimiyyətinin təlimatı olmadan bu tezisi qabarda biləcəkləri qətiyyən inandırıcı olmadığından, bu, rəsmi İrəvanın Rusiyanı dolayısı ilə şantaj etməsi anlamına gəlir. Göründüyü kimi, Cənubi Qafqazda hərbi-siyasi xaosun yaradılması ABŞ və Qərbin də maraqlarına tamamilə cavab verir. Ermənistanın da məhz Amerika və Qərbin təlimatları ilə hərbi təxribatlar törətdiyini ehtimal etmək olar. İstənilən halda, yaxın vaxtlarda Cənubi Qafqazda xaos planları quranların kimliyi mütləq ortaya çıxacaq".


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ və Fransa Ermənistana “quyu” qazır: Rusiya ilə toqquşma erməniləri dövlətsiz qoya bilər

    ABŞ və Fransa Ermənistana “quyu” qazır: Rusiya ...

    3-08-2021, 10:45

  • 
  • Cənubi Qafqaz Türkiyənin nəzarətinə keçir: ABŞ və Qərbin buna müqavimət şansı yoxdur

    Cənubi Qafqaz Türkiyənin nəzarətinə keçir: ABŞ və ...

    19-11-2020, 18:54

  • 
  • Bayden ermənilərin ümidlərini boşa çıxaracaq: ABŞ-ın maraqları Azərbaycanla tərəfdaşlığı diqtə edir

    Bayden ermənilərin ümidlərini boşa çıxaracaq: ...

    1-02-2021, 09:42

  • 
  • Rusiya Qafqaza təzyiqlərini niyə artırıb?

    Rusiya Qafqaza təzyiqlərini niyə artırıb? ...

    15-07-2017, 13:16

  • 
  • Köhnə “qurd”ların Cənubi Qafqaz uğrunda mübarizəsi

    Köhnə “qurd”ların Cənubi Qafqaz uğrunda mübarizəsi ...

    26-01-2018, 11:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu