Moskvada quldarlığa görə həbs edilən milyonçu Januko Rafailov azadlığa buraxılıb.
Bu barədə İsrail KİV-i xəbər yayıb.
Məlumata görə, həbsdən buraxılsa da o, Moskvanı tərk edə bilməyəcək. Ondan başqa yerə getməmək haqda iltizam alınıb.
Qeyd edək ki, Rafailov əslən Quba rayonunu Qırmızı qəsəbəsindəndir. Milliyyətcə dağ yəhudisidir. O, 2000-dən çox miqrantı Moskvada qul kimi istismar etməkdə şübhəli bilinərək həbs edilmişdi. Rafailovon qul kimi işlətdikləri arasında onlarla azərbaycanlı da vardı. “Qullar” aylarla anbarlarda zorla saxlanılıb və işlədiliblər. İşin əvəzində “qullara” yalnız yemək verilib və digər zəruri ehtiyacları ödənilib.
Qubalı milyarder “AST” şirkətlər qrupuna bağlı adam idi. Rafailov “AST Cargo” QSC-nin baş direktoru olub.
Sorğu
Yeni dizaynımız necədir?