GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycanda kim nə qədər maaş alır?- SİYAHI

Azərbaycanda kim nə qədər maaş alır?- SİYAHI

Tarix: 21-12-2013, 13:34 Bölmə :Siyasət Baxış: 1 800
Azərbaycanda kim nə qədər maaş alır?- SİYAHI
Azərbaycanda Kim Nə Qədər Maaş Alır? - SİYAHI“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər gözlənilir. Dəyişikliyə görə bütün hakimlərin maaşları 80-85 faiz artırılacaq. Qanunun 106-cı maddəsinə edilən dəyişikliyə əsasən, Ali Məhkəmə sədrinin aylıq vəzifə maaşı 1785 manatdan 2070 manata qaldırılır.

Daha iki gün əvvəl isə Milli Məclisin üzvləri öz maaşlarını artırdılar. Bundan sonra MM-in sədri 2250 manat (indiyədək 1950 manat olub), sədrin I müavini 2025 manat (indiyədək 1755 manat olub), Milli Məclis sədrinin müavini 1912,5 manat (indiyədək 1650 manat), Milli Məclisin komitə sədri 1800 manat (indiyədək 1560 manat olub), Milli Məclisin komitə sədrinin müavini 1687,5 manat (1462,5 manat), sıravi deputat isə 1575 manat (indiyədək 1365 manat olub) maaş alacaq. Yeni maaş bu il dekabrın 1-dən hesablanacaq.

Məmur maaşından şikayətçi deyil

Hakimiyyətdə təmsil olunan təbəqənin əmək haqlarının artırılmasından bir neçə ay əvvəl büdcə təşkilatlarında çalışan aşağı sinifin nümayəndələrinin də maaşları artırılmışdı. O zaman sıravi vətəndaşlar pul kisələrində nə az, nə çox 7-10 manat arasında dəyişən fərqi hiss etməmişdilər. Odur ki, maaşlarının artımına da heç bir reaksiya verməmişdilər. Ancaq deputatların maaşları artırılanda və dəyişən 200 manat fərqi görəndə insanlar bu rəqəmi qısqanclıqla qarşılamışdılar.

Azərbaycan məmurlarının orta aylıq əməkhaqqını Avropa və inkişaf etmiş digər ölkələrlə müqayisə etdikdə ortaya maraqlı nəticə çıxır. Avropada bir məmur 10-25 min manat arası maaş alırsa, Azərbaycanda bu rəqəm 1000-2000 min manat arasında dəyişir. Maraqlısı budur ki, məmurlar heç özləri də maaşlarının azlığından şikayətçi deyillər. Bir nazirin 1875 manat maaşla kifayətləndiyi isə inandırıcı görünmür.

Hakimiyyət məmurun dolayı yolla qazanmasında maraqlıdır

Azərbaycanda Kim Nə Qədər Maaş Alır? - SİYAHIİqtisadçı ekspert Natiq Cəfərli ilk növbədə Azərbaycanda məmur maaşlarıyla qeyri rəsmi maaşlar (konvertdəki maaşlar) arasında böyük fərq olduğunu vurğulayaraq bildirib ki, bu da digər büdcə təşkilatlarından asılı vətəndaşların maaşlarından çox-çox artıqdır: "Ölkənin böyük bir qismi büdcə təşkilatlarında çalışdıqları üçün - müəllimlərin, həkimlərin və digərlərinin orta aylıq əməkhaqqı o qədər aşağıdır ki, məmurlarla onların gəlirləri arasındakı uçurumu çox aydın göstərir. Məsələn, müəllimlərin orta aylıq əməkhaqqı ilə bir deputatın əməkhaqqı arasında kifayət qədər nəzərə çarpacaq fərq var və bu da sistemdə anormallıq yaradır. Amma Avropa və inkişaf etmiş ölkələrdə bu cür fərq yoxdur. İndi siz təsəvvür edin deputatların, məmurların maaşları iki-üç dəfə artsa vəziyyət necə olacaq. Prinsipcə bu maaşlar artmalıdır ki, onlar başqa yollarla pul qazanmaq haqda düşünməsinlər və buna məcbur olmasınlar."

N.Cəfərli hesab edir ki, hakimiyyət çox güman, məmurların, deputatların qeyri qanuni yolla gəlirlərinin artmasında daha maraqlıdır nəinki onların maaşlarını rəsmi şəkildə artırmaqda: "Çünki onların maaşları artsa məcburən başqa sahədə işləyən insanların da maaşları artırılmalıdır. Büdcə təşkilatlarında çalışanlarla, məmur, deputat maaşları arasında ciddi uçurum yaransa, bu, sosial gərginliklə nəticələnə bilər. Buna görə də hakimiyyət çox bəsit bir yolla gedərək, maaşların artırılmasına maraq görsətmir. Onsuz da hakimiyyət özü də yaxşı bilir ki, bu adamlar başqa yollarla kifayət qədər qazanc əldə edirlər."

Sinqapurda hakimlər ayda 100 min ABŞ dolları məbləğində maaş alırlar

Azərbaycanda Kim Nə Qədər Maaş Alır? - SİYAHIMillət vəkillərinin, hakimlərin maaşlarının artırılmasının onlar üçün ciddi dəyişiklik olmadığını deyən politoloq Azər Qasımlı bildirib ki, bu pullar sosial layihələrə, xeyriyyəçiliyə sərf olunsaydı daha yaxşı olardı. Onun sözlərinə görə, hakimiyyətdə təmsil olunan adamlar onsuz da maaşa baxan adamlar deyillər, odur ki, maaşlarının artırılıb-artırılmamasının onlar üçün əhəmiyyəti yoxdur.

A.Qasımlı hesab edir ki, əməkhaqlarının qaldırılması özlüyündə görüntü xarakteri daşıdığı üçün mövcud problemləri həll etməyəcək. Politoloqun fikrincə, bu gün hakimiyyətin birinci növbədə həyata keçirməli olduğu iş korrupsiyanın aradan qaldırılması istiqamətində real addımların atılmasıdır. O, bu sahədə Sinqapur modelini uğurlu və effektli nümunə kimi misal göstərərək bildirdi ki, burada korrupsiyanın qarşısını almaq üçün ayrı-ayrı istiqamətlərdə ciddi şəkildə tədbirlər həyata keçirilib. "Birinci rasional düşünülmüş tədbirlər planı ondan ibarət idi ki, dövlət müəssisələrində çalışanların maaşları özəl sektordakı maaşlara uyğunlaşdırıldı. İlk növbədə hakimlərə yüksək maaş verildi ki, çıxardıqları qərarlar ədalətli olsun. İndi Sinqapurda hakimlər ayda 100 min ABŞ dollarına yaxın maaş alırlar. İkinci addım isə korrupsiyaya görə cəzanın sərtləşdirilməsi oldu. Korrupsiya ilə bağlı işlərdə təqsirsizlik prezumpsiyası ləğv edildi, ölkənin birinci adamına tabe olan Korrupsiya Araşdırma və Mübarizə Bürosu yaradıldı. Və həmin Büroya böyük səlahiyyətlər verildi. Hətta Sinqapur islahatlarının müəllifi Li Kuan Yu korrupsiya faktına görə öz yaxın dostunu həbs etdirdikdən sonra bütün məmurlar rüşvət almaqdan qorxdular. Başqa sözlə desək korrupsiyaya qarşı mübarizədə birinci şəxsin siyasi iradəsinin olması olduqca önəmlidir."

Azərbaycanda Kim Nə Qədər Maaş Alır? - SİYAHIKorrupsiya qarşı mübarizə tədbirləri ilə paralel olaraq iqtisadiyyatın leberallaşdırılmasını vacib hesab edən A.Qasımlı onu da əlavə edib ki, Sinqapurda özü özünü tənzimləyən bazar mühiti yaradıldıqdan sonra dövlət büdcəsində çalışanların maaşları bazar qiymətləri ilə indeksləşdirildi. "Və yalnız bundan sonra korrupsiya ilə mübarizədə effektli nəticələr görünməyə başladı. Bizdə isə korrupsiya ilə mübarizə qurumlarına bilavasitə korrupsiyada adı hallandırılan məmurlar rəhbərlik edir. Digər tərəfdən korrupsiya ilə mübarizə qurumlarının gördükləri iş gözdən pərdə asmaqdan başqa bir şey deyil. Təsəvvür edin ki, prokurorluğun korrupsiya ilə mübarizə idarəsi özəl sektorda korrupsiya faktları axtarmaqla məşğuldur. Halbuki, "korrupsiya" sözü birbaşa dövlətlə bağlı olan anlayışdır, yəni dövlətin içindəki oğurluğu nəzərdə tutur. Bundan başqa bizdə mövcud inhisarlar dövlətin içində olan adamların yaratdıqları inhisarlardır. Ona görə də hakimiyyətin bu yöndə gördüyü bütün işlər imitasiyadan başqa bir şey deyil."

Anlaşılan budur ki, korrupsiyanın aradan qaldırılmasında hakimiyyət özü maraqlı olmalıdır. Və atdığı hər addımla cəmiyyəti oğrulardan təmizləmək niyyətinə inandırmalıdır. Dövlətin oğurlandığı bir cəmiyyətdə isə məmurların maaşları hətta 100% artırılsa belə yenə də heç bir nəticə verməyəcək.

Hər iki yanaşmada bir fikir vurğulanmaqdadır: Dövlət idarəetməsində çalışan hər bir kəs mütləq yüksək maaş almalıdır. Hakimiyyət təmsilçisi yalnız bu şəkildə aldığı halal məvaciblə ehtiyaclarını ödəyərək oğurluğa meyillənməyəcək və özünü həbs olunma riskinə də atmayacaq. Çünki o da, vətəndaş da biləcək ki, sistemdə ədalət prinsipi işləyir.

Siyasi savadı aşağı olan vətəndaş isə baş verənləri analiz edə bilməsə də ədalətsizliyi hiss edir. Onların 2000-nin qarşısında özünün 200 manatını fantastik bazar qiymətlərinə necə uyğunlaşdıracağını hesablayarkən sadə vətəndaş dövlət məmurlarının maaşlarının artırılmasını ikrah hissi və qısqanclıqla qarşılamaya bilməz.

Maaş (AZN-lə)

1. Prezident - 15000
2. Baş nazir - 2406
3. Baş nazirin birinci müavini - 2125
4. Baş nazirin müavini - 2031
5. Nazir, Dövlət Komitə və Fondlarının sədrləri - 1875
6. Nazir, Dövlət Komitə və Fondlarının sədrinin müavini - 1094
7. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı - 1875
8. Əhalisi 50 min nəfərdən çox olan rayonların icra hakimiyyəti başçıları - 937
9. Əhalisi 50 min nəfərədək olan rayonların icra hakimiyyəti başçıları - 750
10. Milli Məclisin sədri - 2925
11. Milli Məclis sədrinin birinci müavini - 2632
12. Milli Məclis sədrinin müavini - 2486
13. Milli Məclisin komitə və komissiya sədri - 2340
14. Milli Məclisin komissiya sədrinin müavini - 2194
15. Milli Məclisin deputatı - 2048
16. Polis - 400
17. Ali Məhkəmənin sədri - 1785
18. Konstitusiya Məhkəməsinin sədri - 1785
19. Ali Məhkəmənin hakimləri - 1428
20. Baş Prokuror - 1785
21. Məktəbə qədər təhsil Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri - 297,3
22. Orta təhsil Müəllimlər - 245,1
23. Ali təhsil Müəllimlər - 342,9
24. Səhiyyə və sosial xidmətlər cərrahlar - 271,3
25. Stomatoloqlar - 139,8
26. Təxirəsalınmaz və təcili tibbi yardım həkimləri - 381,7
27. Mama-ginekoloqlar - 170,7
28. Orta tibbi heyət - 134,5
29. Xəstələrə xidmət edən kiçik tibb bacıları - 107,4

Qeyd 1: İcra hakimiyyəti orqanlarının yüksək səviyyəli məmurları maaşlarına aya vergi tutulmayan 25 faiz də təmsilçilik haqqı alırlar. Bu cədvəldə həmin faiz də nəzərə alınıb. Bundan başqa, onların maaşlarına xırda məbləğli bir neçə ödənişlər də var. Amma maaşın əsas məbləğindən tutulan vergilər nəzərə alınmayıb.

Qeyd 2: Deputatlar maaşlarına vergidən azad olan aylıq 50 faiz təmsilçilik haqqı alırlar. Siyahıda həmin faiz də hesablanıb. Amma maaşın əsas məbləğindən tutulan vergilər nəzərə alınmayıb. Bundan başqa, onların maaşlarına xırda məbləğli bir neçə ödənişlər də var.

Qeyd 3: Sıravi və rütbəli zabitlərin maaşları arasında orta aylıq polis maaşı. Polis əməkdaşları başqa kiçik məbləğli ödənişlər də alırlar.

Qeyd 4: Hakimlər və prokurorlar əməkhaqlarına bir sıra başqa müavinətlər də alırlar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputatların maaşı qaldırıldı - Siyahı

    Deputatların maaşı qaldırıldı - Siyahı ...

    10-12-2013, 13:29

  • 
  • Minimum maaş həddi artdı-105 manat

    Minimum maaş həddi artdı-105 manat ...

    31-08-2013, 23:10

  • 
  • Deputatların maaşlarının artırılması xalqa hörmətsizlik kimi dəyərləndirilir

    Deputatların maaşlarının artırılması xalqa ...

    10-12-2013, 15:57

  • 
  • 2013-cü ilin “bahalı seçkisi” - İndiyədək büdcədən ən çox məbləğ builki seçkiyə ayrılıb

    2013-cü ilin “bahalı seçkisi” - İndiyədək ...

    10-10-2013, 11:36

  • 
  • “Oqtay Əsədovun maaşı 10 min manat olmalıdır”

    “Oqtay Əsədovun maaşı 10 min manat olmalıdır” ...

    26-11-2013, 11:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu