“Türkiyə Azərbaycanın əsirinə çevrilib”. Bu açıqlama ilə polşalı politoloq Mateuş Piskorski çıxış edib. O, Azərbaycana görə Sürix protokollarının imzalanmasının 2014-cü ildə də mümkün olmayacağını deyib: “2014-cü ildə Türkiyənin xarici siyasətində əsaslı dəyişikliklərə ümid etmək yersizdir. Davudoğlunun səfəri, sadəcə, öz amerikalı müttəfiqlərinin xahişi ilə edilmişdi və formal xarakter daşıyırdı. Mən güman edirəm ki, bu il və gələn ilə Türkiyədə keçiriləcək seçki kampaniyalarında erməni soyqırımı əsas gündəm məsələlərindən biri olacaq”. Qeyd edək ki, Türkiyə indiyə qədər Ermənistanla sərhədləri Qarabağ konfliktinə görə açmır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?