GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Avropa Parlamentindən Bakıya yeni hücum

Avropa Parlamentindən Bakıya yeni hücum

Tarix: Bu gün, 21:37 Bölmə :Siyasət Baxış: 20

Avropa Parlamentindən Bakıya yeni hücum
Avropa İttifaqının ayrı-ayrı qurumlarının Azərbaycan-Aİ münasibətlərində zaman-zaman yaranan pozitiv fonu pozmaq cəhdləri ardıcıl şəkildə davam edir. Avropa Parlamenti ötən həftə Vaşinqtondakı görüşlə bağlı bəyanatında Azərbaycana qarşı növbəti dəfə qərəz nümayiş etdirib. Belə ki, avropalı deputatlar yenidən Azərbaycana qarşı köhnə və əsassız ittihamlar irəli sürüblər. Avropa Parlamentinin fikrincə, Azərbaycan “öz qoşunlarını Ermənistan ərazisindən çıxarmalı” və “erməni əsirləri və köçkün Qarabağ erməniləri ilə bağlı məsələləri həll etməlidir”.

"Yeni Müsavat" yada salır ki, son olaraq bu ilin martında Avropa Parlamenti Bakıda saxlanılan ermənilərlə bağlı növbəti dəfə qərəzli, şər-böhtan dolu qətnamə qəbul etmişdi. Separatçı-quldurların, insanlıq əleyhinə cinayətlər törətmiş ünsürlərin “dərhal və qeyd-şərtsiz azad edilməsini” tələb etmişdi. Sənəd adlanan kağız parçasında hətta müttəhimlərə qadağan edilmiş psixotrop dərmanların yeridilməsi barədə sərsəmləmə yer alıb.

Birincisi, Ermənistan ərazisində Azərbaycan qoşunları yoxdur. İkincisi, Bakı və İrəvan ikitərəfli formatda sərhədin delimitasiyası və demarkasiyası üzərində işləmək barədə razılığa gəliblər. Bir sözlə, birtərəfli tələblər irəli sürmək, özünü Ermənistan rəhbərliyindən daha böyük erməni kimi qələmə verməyə çalışıblar.

“Erməni əsirləri məsələsinin həlli” tələblərinin absurdluğu daha qabarıq görünür. Yada salaq ki, Azərbaycan hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra “hamı üçün” prinsipi ilə erməni hərbi əsirləri Ermənistana təhvil verib. Azərbaycan Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən terrorizm, hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ilə ittiham olunan şəxslərin “məhbus” kimi buraxılması ən azı siyasi saxtakarlıqdır. Bu şəxslər, ümumiyyətlə, “məhbus” deyillər və onların “məsələsini” Azərbaycan məhkəməsi həll edəcək.

Nəhayət, “köçkün Qarabağ erməniləri” məsələsini gündəmə gətirmək və onların qaytarılması üçün Azərbaycandan “tədbirlər görməyi” tələb etmək cəhdləri ucuz spekulyasiyanın növbəti nümunəsi olaraq qalır. Bir daha xatırladaq: Azərbaycan lap əvvəldən Qarabağ ermənilərinə vətəndaşlıq, siyasi və mədəni hüquqlar verməyə hazır olduğunu bildirib. Amma bu ermənilər özləri Azərbaycanın suverenliyinin bərqərar olduğu ərazilərdə yaşamaq istəmirdilər və Ermənistana keçməyə üstünlük verirdilər. Sadə dillə desək, heç kim onları “köçürməyib”. Özləri könüllü olaraq “köçüblər”. Bəs indi Avropa Parlamentinin deputatları Azərbaycandan hansı “tədbirləri” tələb edirlər?

Avropa İttifaqından tutmuş, Avropa Parlamentinə qədər Avropa strukturları bu gün Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi prosesindən tamamilə sıxışdırılıb. Birincisi, Avropa Parlamentində həqiqətən yüksək səviyyəli peşəkarlar adlandırıla bilməyən çoxlu deputat var. İkincisi, son vaxtlar səs-küylü qalmaqalların da göstərdiyi kimi, bu struktur ifrat dərəcədə korrupsiyalaşıb. Üçüncüsü, Avropa Parlamentində həmişə kifayət qədər türkofoblar, islamofoblar və statuslarını alver etməyə və səs verməyə hazır olan, sadəcə, lobbiçilər var. Ermənistanla Azərbaycan arasında münaqişə davam edərkən, bu mövzuda korrupsiya pullarını işlətmək və ksenofoblardan tutmuş etnik ermənilərə qədər “hədəf qrupların” səslərini toplamaq mümkün idi.

Amma indi Vaşinqtonda Bakı və İrəvan kifayət qədər uzanan münaqişəyə son qoyurlar. Sülh gündəminin böyük çətinliklə də olsa, irəli getdiyi bir şəraitdə Avropa mandatına malik bu çox təcrid olunmuş insanlar, sadəcə olaraq, öz keçmişlərinin girovuna çevrildilər. Maraqlıdır ki, Avropa Parlamenti rəhbərliyinin bu mövqeyi Rusiya və İranın hakimiyyət orqanlarının sözləri və əhval-ruhiyyəsi ilə üst-üstə düşür.

Bəs AP niyə Vaşinqton razılaşmasına kölgə salır? Avropa İttifaqının Bakı ilə İrəvanın sülh anlaşmasını alqışladığı halda, onun qanunverici orqanı niyə Brüsselin kursuna qarşı gedir, Tehranla Moskvanın “çörəyinə yağ çəkir”?

Bu mövzuda danışan deputat Arzuxan Əlizadə "Yeni Müsavat"a bildirdi ki, Avropa Parlamenti hələ keçmiş münaqişənin olduğu dövrdən Azərbaycana qarşı qərəzli mövqe tutub, böhtan dolu qətnamələr qəbul edib. Parlamentin üzvü sonrakı dönəmdə də AP-nin işğala məruz qalan tərəfə təzyiqlər göstərdiyini, sənədlər qəbul etdiyini xatırlatdı. “Bu sənədlərin nəticəsi olmadı. Sadəcə, Avropa Parlamentinin Azərbaycana düşmən münasibəti təəssüf doğurur. Bu da həmin avropalı deputatların erməni lobbisinin pullarının əsirinə çevrilməsindən irəli gəlir”, - deyə A.Əlizadə vurğuladı.

Deputat qeyd etdi ki, Bakıda mühakimə olunan erməniəsilli hərbi canilərin məhkəməsi açıq və şəffaf keçirilir: “Əslində onların yanında Köçəryan, Sərkisyan və digər cinayətkarlar da olmalı idi. Hazırda məhkəmə proseslərində onların törətdiyi cinayətlər sübutlarla ortaya qoyulur, zərərçəkmişlərin ifadələri dinlənilir. Araik və digər canilərin həbsində hər hansı siyasi element yoxdur. Bu adamlar Azərbaycan ərazilərində qeyri-qanuni rejim yaradıb, silahlanıb, dövlətə qarşı çıxıb, hərbi cinayətlərə yol veriblər. Ona görə də mühakimə olunurlar. Avropalı deputatların ölkələrində də oxşar addımlar atılsaydı, Qərb dövlətlərinin məhkəmələri eyni tribunalı qurardı. Ona görə də Avropa Parlamentinin onları siyasi girov adlandırması absurd çağırışdır və quruma yaraşmayan, onu gözdən salan yanaşmadır. Görünür ki, erməni lobbisinin Avropa Parlamentində təsirləri qalmaqdadır”.

Deputat onu da söylədi ki, Ağ Evdə baş tutan 8 avqust razılaşmasından sonra Avropa Parlamentinin bu ritorikası tamamilə pozuculuq xarakteri daşıyır və regionda sülhə xidmət etmir: “Bu bəyanatlar da tarixin arxivinə gömüləcək. Necə ki, bundan əvvəl qəbul edilən qətnamələrin hüquqi əsası yox idi və təsiri olmadı. Bu gün beynəlxalq ictimaiyyət Bakı və İrəvanın sülh razılaşmasını alqışlayır, Tramp əldə edilən nəticəni özü üçün şərəf bilir, Avropa Birliyinin baş diplomatı Kaya Kallas anlaşmanı dəstəkləyir, amma bir qrup avropalı deputat çirkin addımlar atır.

Onların ittihamları heç bir fakta söykənmir. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan ərazisinə müdaxilə olunmayıb, sadəcə, Ordumuz strateji yüksəkliklərə nəzarət edir ki, hazırda şərti sərhəddir. 17 bəndlik sülh mətnində də sərhədlərin müəyyən olunması razılaşdırılıb. Paşinyan özü təsdiqlədi ki, elə yerlər var Azərbaycanındır, elə yerlər var Ermənistanın. Bunu da delimitasiya ayırd edəcək, sonra demarkasiya aparılacaq.
Ermənilərin Qarabağa qayıdışına gəlincə, Bakının mövqeyi bəllidir. Ağ Ev görüşündə də Tramp bu haqda danışmadı, Paşinyan da suala münasibət bildirmədi. Ona görə də Avropa Parlamenti əsassız şəkildə məsələni gündəmə gətirir".


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa Parlamenti İlqar Məmmədov və Tofiq Yaqubluya azadlıq tələb etdi

    Avropa Parlamenti İlqar Məmmədov və Tofiq ...

    14-06-2013, 02:51

  • 
  • Avropa Parlamenti Azərbaycandakı seçkini tanımadı

    Avropa Parlamenti Azərbaycandakı seçkini tanımadı ...

    23-10-2013, 22:18

  • 
  • Avropa Parlamenti Azərbaycana sanksiyalar tətbiq etməyə çağırdı

    Avropa Parlamenti Azərbaycana sanksiyalar tətbiq ...

    10-09-2015, 18:38

  • 
  • Avropa Parlamenti Azərbaycanda prezident seçkilərini müsahidə etməyəcək

    Avropa Parlamenti Azərbaycanda prezident ...

    9-03-2018, 17:51

  • 
  • Avropalı deputatlar Azərbaycana gəlir

    Avropalı deputatlar Azərbaycana gəlir ...

    11-06-2013, 00:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (294)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu