GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ceyms C.Koyl: Azərbaycan Qafqazın Küveytidir?

Ceyms C.Koyl: Azərbaycan Qafqazın Küveytidir?

Tarix: 16-01-2014, 13:01 Bölmə :Siyasət Baxış: 724
Ceyms C.Koyl: Azərbaycan Qafqazın Küveytidir?

Bu, əsrin ən soyuq yanvarı idi. İtaliya və Cənubi Avropanın hər yerində insanlar evlərində soyuqdan donurdular. 2009-cu il idi və Rusiya Ukrayna ilə qiymətlərlə bağlı mübahisədən sonra təbii qazın axınını dayandırmışdı. Üç il ərzində ikinci dəfə idi ki, ruslar kranı bağlayırdılar. Avropa Birliyi qərara gəldi ki, öz vətəndaşlarını qorumaq üçün nə isə etməlidir. Avropa təbii qazın üçdə birini Rusiyadan idxal edir və ruslar özlərini etibarsız təchizatçılar kimi göstərdilər.

AB qərara gəldi ki, Rusiya ərazisi və Rusiya infrastrukturundan yan keçməklə Xəzər dənizindən Avropaya təbii qaz çatdıracaq kəməri dəstəkləsin. Bu layihə geniş ictimai əhəmiyyətli layihə kimi qiymətləndirildi və tikinti xərclərinə kömək AB qrantları üçün uyğun hesab edildi. Verdinin operasının şərəfinə Nabukko adlandırılan orijinal kəmər Azərbaycanın Bakı şəhərindən başlayıb Avstriyanın Baumqarten şəhərində bitməli idi. Bunun vasitəsilə ildə 33 milyard kub metr (mkm) keçirmək olardı. Azərbaycan 10 mkm-i öhdəsinə götürdü və AB-nı əlavə mənbələr tapmağa həvəsləndirdi.

Ruslar həyəcan təbili çaldılar: Nabukkonun Avropa qaz tələbatının təxminən 5 faizini təmin edəcəyi təqdirdə Şərqdən qaz çatdırılması sahəsində Qazpromun monopoliyasını qırmış olacaqdı. Bu, Rusiyanı Avropa enerji qayğılarının önündə və mərkəzində saxlamaq əvəzinə əhəmiyyətini tədricən aşağı salacaqdı. Buna cavab olaraq Qazprom öz, rəqib qaz kəməri layihəsini elan etdi: Cənub axını. İllik 63 mkm daşınması nəzərdə tutulan Cənub axını əvvəlcə tranzitlə Ukraynaya çatdırılan qazı Qara dəniz vasitəsilə birbaşa Avropaya göndərəcəkdi. AB buna ictimai layihə statusu ilə qrant verməkdən imtina etdi, çünki o enerji mənbəyini Rusiyadan kənara çıxara bilməmişdi.

AB Nabukkonun işlərini görmək iqtidarında olmayanda Azərbaycan və Türkiyə Trans-Anadolu qaz kəmərini tikmək qərarına gəldilər. 2018-ci ildən sonra bu xətt vasitəsilə illik 16 mkm dünyada ən böyük qaz yataqlarından biri olan Azərbaycanın Şahdəniz qaz yatağından çıxan təbii qazın daşınması nəzərdə tutulub. Altı milyard kub metr Türkiyədə boşaldılacaq, Avropaya isə 10 mkm çatdırılacaq. TANAP Türkiyə sərhədində Trans Adriatik Qaz Boru kəməri ilə birləşəcək və təbii qaz Yunanıstan və İtaliyaya çatdıralacaq. Nəticədə Xəzər dənizində qaz yataqları artdıqca, TANAP imkanlarını ikiqat artıra bilər. Uzun müddətli perspektivdə, TANAP / TAP Avropanın enerji tələbatının 20 faizini təmin edə bilər. British Petroleum-un başçılığı ilə şirkətlər qrupu qaz yataqlarının genişlənməsi və qaz kəmərlərinin inşaatı üçün 45 milyard dollarlıq müqavilə imzalayıblar. Bir sual çıxır meydana: eyni bazarlara xidmət göstərmək üçün nəzərdə tutulan Rusiyanın artıq tikintisinə başladığı böyük qaz kəmər layihəsi Cənub axınından sonra TANAP / TAP tikilə bilərmi?

Dekabrın 4-ü AB-nın icraçı orqanı Avropa Komissiyası bildirdi ki, Cənub axını AB-nın Üçüncü Enerji Paketinə uyğun deyilsə, AB ərazisində fəaliyyət göstərə bilməz. Bu, Avropa enerji sektorunda rəqabəti artırmaq üçün nəzərdə tutulmuş bir sıra qanunlar və qaydalardır. Rusiyaya əsas təsir: paket bildirir ki, enerji təchizatçısı enerji paylayıcı sistemdən özünü kənarlaşdırmalıdır. Başqa sözlə, Qazprom Avropaya təbii qaz satmaq istəyirsə, bu qazı çatdıracaq boru kəmərinə sahib olmamalıdır.

Paket ilk dəfə elan edildiyində Rusiya prezidenti Vladimir Putin özündən çıxdı. O dedi ki, Üçüncü Enerji Paketi oğurluqdur, Avropanın Rusiyanın strateji aktivlərini ələ keçirmək cəhdləridir. Qazprom paketə əhəmiyyət verməmək qərarına gəldi və Avropanın yeddi tranzit ölkəsi (altı AB üzvü və AB-yə iddiaçı Serbiya) ilə ikitərəfli saziş imzaladı.

Avropa Komissiyasının rəsmisi bildirdi ki, danışıqlar dərhal başlasaydı, paketin reallaşdırılması məsələsi ilə bağlı Rusiya ilə razılığa gəlmək ən azı iki il çəkəcəkdi. Bu arada, Rusiyanın razılığa gəldiyi ikitərəfli sazişlərin hamısı AB-nın qanun pozuntusudur. “Biz bu dövlətlərə dedik ki, onlar istər AB müqavilələri, istərsə də Enerji Birliyi müqaviləsindən gələn öhdəliyi daşıyırlar, onlar AB-nın qanunvericiliyi çərçivəsində yenidən razılığa gəlmək üçün Rusiya ilə danışmalıdırlar”, Avropa Komissiyasının enerji bazarları üzrə direktoru Klaus-Diyeter Borşardt belə deyib.

Etiraz təkcə Qazpromun qaz boru kəmərinin mülkiyyət hüquqlarından özünü kənarlaşdırmaması deyil. Bu layihə həm də istənilən boru kəmərinin digər təchizatçıları təmin etmək kimi tələblərə cavab vermir və qazın qiymətinin müəyyənləşdirilməsi ilə bağlı həll edilməmiş məsələlər var.

Rusiyanın baş naziri Dmitri Medvedyev ikitərəfli sazişlərin AB qanunvericiliyini üstələyən beynəlxalq qanunlar tərəfindən müəyyənləşdirildiyi mövqeyini tutdu. AB-nın enerji məsələləri üzrə mətbuat xidmətinin sədri Marlen Holzner dedi ki, Rusiya ilə danışıqlara yenidən baxmayan hər hansı üzv dövlət AB qaydalarını pozduğu üçün cəzalandırılacaq. Boru kəməri inşa edilə bilər, Rusiya onu qaz ilə doldura bilər, lakin heç bir Avropa dövləti onu ala bilməz. Holzner əlavə edib ki, onun fikrincə, heç bir bank hüquqi qeyri-müəyyənlik əsasında layihənin maliyyələşdirilməsində maraqlı olmayacaq.

Bununla bağlı məsələlərin çətinliyini nəzərə alaraq, cənubi Avropanın ümidləri indi birbaşa TANAP/TAP Cənub Enerji Dəhlizi ilə bağlıdır. İngiltərənin xarici işlər naziri Uilyam Haq bildirib ki, “əlavə marşrut və Avropanın qaz təchizatını yeni mənbə ilə təmin etmək bizim enerji təhlükəsizliyimizi artıracaq. Əlavə böyük faydalar gətirə biləcək Yaxın Şərqdəki əsas qaz təchizatçıları ilə əməkdaşlıq üçün cənub dəhlizinin genişləndirilməsinə potensial da var.” BP-nin vitse-prezidenti El Kuk onunla razılaşaraq qeyd edib ki, boru kəmərləri digər təchizatçıların da qaz təmin etmələri üçün inşa edilib.

Belə ki, Avropanın enerji müstəqilliyi Azərbaycanın təbii qazının çatdırılması ilə başlayır.

Ceyms C.Koyl professor, Çepmen Universitetində Qlobal Təhsil fakültəsinin direktoru və Beynəlxalq siyasi məsələri üzrə Sakit Okean Avrasiya komissiyasının üzvüdür.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Avropa Azərbaycan qazından asılıdırmı?

    Avropa Azərbaycan qazından asılıdırmı? ...

    6-05-2014, 09:22

  • 
  • Rusiya və Ukrayna arasında yeni gərginlik – VİDEO

    Rusiya və Ukrayna arasında yeni gərginlik – VİDEO ...

    2-07-2015, 18:50

  • 
  • Rusiya Ermənistana satdığı qazın qiymətini endirdi

    Rusiya Ermənistana satdığı qazın qiymətini endirdi ...

    8-04-2016, 00:29

  • 
  • Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırır

    Rusiya Ermənistana satdığı qazın qiymətini ...

    14-12-2012, 13:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu