GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyəti labirintə salacaq siyasi blef

Hakimiyyəti labirintə salacaq siyasi blef

Tarix: 20-02-2014, 23:53 Bölmə :Manşet Baxış: 970
Hakimiyyəti labirintə salacaq siyasi blef
İqtidar kiçik təkanlı, az effektli, eyni zamanda profilaktik tədbir məqsədilə özünün “danışan dil” funksiyaları vasitəsilə cəmiyyətə və beynəlxalq aləmə seçki ilə bağlı yeni mesajlar verməkdədir. Artıq bir neçə aydır ki, Siyavuş Novruzov və Fəzail Ağamalı ranqında verilən mesajlar heç bir halda müzakirə predmeti olmur. Baxmayaraq ki, seçki haqqında qanuna edilən dəyişikliklərə zərurətin olması özlüyündə labüddür. Amma hələ ki, qanunu dəyişdirən tərəf yenidən əvvələ qayıtmaq istəsə də, gözləntiləri nəticə vermir.
Azərbaycanda, ümumiyyətlə dünyada siyəsətçi yetişdirən yeganə institutlar partiyalardır. Qarışıq seçki sistemi isə həm siyasətçinin fərd olaraq, həm də partiyanın institutlaşması üçün təbii inkişafını şərtləndirən amillərdəndir. Bütün avtoritar rejimlərin ən böyük çabaları zaman – zaman bu təsisatların fəaliyyətlərini əngəlləməklə, yeni siyasi məzun dalğasının qarşısını kəsməkdir. Əgər diqqət etsək son on ildə Azərbycanda siyasi camiədə yeni nəfəs demək olar ki, yoxdur. Əksər siyasətçilər ya Milli Azadlıq Hərəktından, ya da Milli Hakimiyyət dönəmindən sonra siyasətə gələnlərdir. Azərbaycan siyasi camiəsi bəzi slavyan ölkələrindəki demoqrafik vəziyyətə bənzəyir. Bu camiədə funksioner yaşı əsasən qırx və ya daha çoxdur. Çünki rejim son ildə siyasi institutların fəaliyyətini zəiflətmək üçün demək olar ki, hər şey etdi. Bu təsisatlara maliyyə problemi yaratdı, nəzarətində olan media qurluşlarını birtərəfli, məqsədli məhkəmə çəkişmələrinə yönləndirdilər. Bütün söylənilənlər isə özünüifadə imkanlarını minimuma endirdiyi üçün siyasi partiyalardakı insan resursu da hiss ediləcək dərəcədə zəiflədi. Lakin zaman dəyişib. Demokratiya ixracatçıları kiçik dövlətlərlə bazar münasibətləri saxlayırlar, lakin onlara bütün parametrlərdə artıq bazar gözü ilə baxmırlar. Ən azı ərəb baharından sonra.
Dünyada baş verən prosesləri Azərbaycan iqtidarı da diqqətlə müşahidə edir. Və onu da bilir ki, siyasətdə siyasətçinin uğurlarından biri də, məhz rəqibin arqumentlərinin əlindən alınmasıdır. Mövcud iqtidar üçün seçki haqqında qanunda dəyişiklikləri zəruri edən nədənlərdən biri isə Avropa Şurasının Venesiya Komissiyasının tələbləridir. Daxili auditoriya ilə heç zaman hesablaşmayan Azərbaycan iqtidarı sərhəd dışından gələn təkliflərə olduqca həssas yanaşır.
Azərbaycanda qarışıq seçki sistemi 2002-ci ilə qədər mövcud olub. Qanunda dəyişiklik edilənə qədər parlament deputatlarının 100-ü majoritar, 25-i proporsional seçki qaydası ilə seçilirdi. 2002-ci ildə hakimiyyət referendum keçirərək Konstitusiyada əksini tapan qarışıq seçki sistemini ləğv etdi və yalnız majoritar seçki sistemini saxladı. Bunu bu iqtidar üçün zəruri edən amilləri qeyd etdik.
Son iyirmi ildə Rusiyadakı siyasi sistemi olduğu kimi ölkənin idarəçiliyinə tətbiq edən iqtidar bu ölkənin qarışıq seçki sisteminə keçidlə bağlı 14 fevral tarixli qərarının da Azərbaycanda tətbiqini düşünür. İqtidaryönlülərin son günlər bu mövzuda müzakirəsi də həmin ehtimalı daha çox reallıqla əvəzləyir. Artıq hakimiyyətin bir neçə məsələdə Konstitusiyaya dəyişikliklə bağlı demək olar ki, təcrübəsi var. 2009-cu ildə Konstitusiyanın dəyişdirilərək bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağanın referendum vasitəsilə ləğv edilməsi və s. 2013-cü ildə keçirilən prezident seçkiləri də həmin təcrübənin iqtidar üçün müsbət tərəflərindən idi.
Bəs qarışıq seçki sistemi nədir? Hər iki seçki sisteminin özünəməxsus üstünlükləri var. Proporsional seçki sistemi ölkənin siyasi sistemində partiyaların yerini və rolunu artırır, partiyaların formalaşmasına son dərəcə böyük təsir göstərir. Majoritar sistem isə seçicilərlə birbaşa təmaslar yaradılması baxımından əhəmiyyətlidir. Azərbaycanın əhalisinin sayına və inzibati bölgüsünə görə, bu gün MM-də təmsil olunan 125 deputat sayı da demək olar ki, azdır. Bu sayı isə proporsional seçki sisteminin tətbiqi ilə artırmaq mümkündür. Əslində elə iqtidarın ciddi cəhdlə gizlətdiyi hədəfi də məhz budur.
Çoxsaylı seçki sisteminin mövcudluğu faktının özü aşağıdakı nəticələrə gəlməyə imkan verir:
-birincisi, əgər demokratik ölkədə mövcud olan seçki sistemi onun vətəndaşlarının tələbatlarına cavab vermirsə, onlar həmin sistemi başqası ilə əvəz edə bilərlər;
-ikincisi, seçki sistemi mövcud ölkənin tarixi, ənənəvi, mədəni və s. xüsusiyyətlərinə uyğun olaraq qurulur;
-üçüncüsü, ölkə yeni seçki sistemini qəbul etmək məsələsini həll etməzdən öncə bütün alternativ variantlar təcrübəli mütəxəssislər tərəfindən diqqətlə təhlil edilməlidir.
Bəs, seçki sistemi dedikdə nə nəzərdə tutulur? Seçki sistemi seçkilərin keçirilməsi, səsvermənin nəticələrinin müəyyən edilməsi, seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı qaydaları və seçki münasibətlərini tənzimləyən hüquq normalarının məcmusudur.
Dünyada çoxlu sayda seçki sistemləri vardır. Seçki sistemlərinin çoxluğu, bu sistemlərin cəmiyyətin bütün siyasi qüvvələrini tam qane etməməsi, bir sistemin digərindən üstün və çatışmayan cəhətlərə malik olması ilə əlaqədardır. Bu baxımdan ölkələrin siyasi hakimiyyəti, qanunvericilik orqanları daha məqsədəuyğun hesab etdikləri seçki sistemlərini qəbul edirlər.
Əsasında əksəriyyət prinsipinin dayandığı majoritar sistem tarixən formalaşmış ilk seçki sistemi olmuşdur. Burada mahiyyət ondan ibarətdir ki, səslərin əksəriyyətini qazanmış namizədlər seçilmiş hesab olunurlar. Majoritar sistem mahiyyətcə sadə və anlaşıqlı olsa da, siyasi partiyaların güclü olduğu dövlətlərdə bu sistemdən bütün siyasi qüvvələr razı qalmırlar. Çünki yalnız bu sistemin tətbiqi zamanı səslərin nisbi azlığını alan namizədlər parlamentdən kənarda qalırlar. Bu sistem eyni zamanda məhz avtoritar rejimli hökumətlərin səmərəli fəaliyyət göstərməsinə də münbit şərait yaradır.
Bəs proporsional seçki sistemi nədir? Konstitusion quruluşun formalaşmağa başladığı ilk vaxtlarda siyasi birliklər proporsional təmsilçilik ideyalarını irəli sürməyə başladılar. Bu qaydaya görə, həmin birliklərin qazandığı mandatların sayı onların namizədlərinə verilmiş səslərin sayına uyğun gəlir. Belə bir ideya ilk dəfə 1889-cu ildə Belçikada tətbiq olunmuşdur. Hal-hazırda bu sistemdən altımış ölkədə istifadə olunur.
Proporsional nümayəndəlik sistemi seçkilərdə bu və ya digər partiyaya verilmiş səslərin miqdarı ilə bu partiyanın parlamentdə alacağı yerlərin miqdarı arasında mümkün qədər tam uyğunluğa nail olmaq üçün yaradılmış seçki sistemidir. Başqa sözlə, mandatlar verilən səslərin paylı bölgüsünə əsasən müəyyən edilir, yəni hər bir partiyaya verilən səslərin miqdarı ilə parlamentdə tutduğu yerlərin sayı uyğun gəlir. Azərbaycan iqtidarını bu ideyanı davamlı gündəmdə saxlamağa sövq edən də məhz bu amildir. İqtidar beynəlxalq təpkiləri, bir – birinin ardınca süqut edən avtoritar rejimləri çökdürən səbəbləri görür.
Proporsional seçki sistemində hətta kiçik partiyaların da təmsilçiliyi təmin edilir. Qarışıq sistemi yenidən təmin etməyi düşünən iqtidar 2015-ci ilin parlament seçkilərinə də, bir zamanların təcrübəsindən yararlanaraq, 1998-ci ilin prezident seçkilərində olduğu kimi “cırtdanların ittifaqı” ilə getməyi planlaşdırır. Qonşu Gürcüstanda parlamentdə olan 235 yerin 150-si majoritar, 85-i isə proporsional seçki sistemi ilə formalaşdırılır. Ukrayna parlamentində olan 450 yerdən 250-nə seçkilər majoritar, 200 yerə isə proporsional seçki sistemi üzrə aparılır. Əslində iqtidar qarışıq sistemə keçməklə paralel mandat sayını artırmağı da düşünür. İlk vaxtlarda uzun illərdir ki, parlamentə buraxılamayan müxalifət üçün də bu dəyişiklik cəlbedici görünəcək. Partiyalarda artan mandat sayının məhz müxalifət üçün nəzərdə tutulduğu inamı yaratmaq iqtidar üçün ən mühim faktordur. Buna inanan siyasi təsisatlar hətta təbliğat kompaniyası dönəmində belə fors-major situatsiya yaratmayacaq, seçkiöncəsi vəziyyəti öz axarına buraxacaqlar. Çünki iqtidar bəhanə üçün sadəcə yer qoymayacaq. 2005-ci ildəki seçkiöncəsi vəziyyətin daha münasib forması seçiləcək. Hədəf isə seçkini qarşıdurmasız keçirməkdir. Təsadüfi deyil ki, son bir neçə ildə avtoritarizmdən demokratiyaya keçid etmiş ölkələr bu prosesi əsasən seçkilərlə reallaşdırdılar. İqtidar 2015-ci il parlament seçkilərinə nəinki müxalifət, o cümlədən bitərəf adları ilə seçilib, sonucda hakimiyyəti müdafiə edənlərlə də yollarını ayıracaq. Düşərgəsini satanların həssas məqamda gizli iş birliyində olduqlarını satmaması ehtimalı olduqca azdır. Elə ona görə də bu gün fəaliyyətdə olan Milli Məclisin tərkibinin 80%-ə qədərinin parlamentlə əbədi vida görüşünün tarixi özlərinə də bəllidir. 2015-ci il.
İqtidar qarışıq seçki sistemini tətbiq etdikdən sonra illərin sınağından çıxmış, dəmir iradə ilə bağlantısı olanları, ən başlıcası isə iyirmi illik avtoritar hakimiyyətin qorunub saxlanılmasında müstəsna xidmət göstərənləri proporsional seçki sistemi ilə yenidən parlamentə qaytaracaq. Çünki bu şəxslər Fironun qövmü kimidirlər. Cəhənnəmə də məhz Firondan öncə girəcəklərini yaxşı bilirlər. Proporsional seçki sistemini öz xeyrinə tətbiq edən iqtidar, majoritar sistemilə də kimsəyə tanış olmayan simalarla, əsasən gənc kadrlarla parlamentə daxil olmağı hədəfləyib. İqtidar daxili auiditoriyanın və beynəlxalq aləmin diqqətini çəkməmək üçün yeni mandatlıların təbliğatında belə iştirak etməyəcək. Müxalifətin müəyyən bir kəsiminin ehtimal olunan narazılığına isə ictimai qınaqla cavab veriləcək – müxalifət gənclərin qarşısını kəsir. Beləliklə hakimiyyət ilk baxışda yenidən parlament üstünlüyünə sahib olur. Amma bu proje də təkmil deyil. Seçkidən sonra, məsələn Ukrayna variantında yaranacaq hər bir fors-major vəziyyətdə həmin yenimandatlıların hansı cəbhədə yer alacaqları çox maraqlıdır. Vizual görüntü və xaricdə təhsil, paralel olaraq mübarizə adamı demək deyil. İqtidarın illərlə gizli formada seçdiyi, təhsil almaq üçün xaricə göndərdiyi, qayıdandan sonra yüksək əmək haqqılı işlə təmin etdiyi gənclər yaranacaq hər hansı inqilabi situasiyada onu labirintə salacaq. Yəqin ki, iqtidar texnoloqları bunu da hesablamamış deyillər. Ancaq nə etməli? Dəyişən dünyada Azərbaycan iqtidarının hələ ki, düşünə biləcəyi variant yalnız budur.

Eldar Qasımov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AZADLIQ-2015” siyasi partiyalar bloku Mərkəzi Seçki Qərargahının məlumatı

    AZADLIQ-2015” siyasi partiyalar bloku Mərkəzi ...

    2-10-2015, 18:00

  • 
  • Azərbaycanın seçki sistemi - Dəyişəcəkmi?

    Azərbaycanın seçki sistemi - Dəyişəcəkmi? ...

    21-01-2014, 12:18

  • 
  • Demokratik seçkinin keçirilməsi, gələcəyimizin təminatı demək olacaq

    Demokratik seçkinin keçirilməsi, gələcəyimizin ...

    4-12-2013, 15:27

  • 
  • Azərbaycanda siyasi partiyaların ləğvinə hazırlıq başlayıb

    Azərbaycanda siyasi partiyaların ləğvinə hazırlıq ...

    27-05-2016, 16:06

  • 
  • İctimai Palatadan hakimiyyətə sərt mesajlar

    İctimai Palatadan hakimiyyətə sərt mesajlar ...

    24-01-2013, 11:08


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu