Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
İclasda bir sıra qərarlar qəbul olunub. 28 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının X turunun “Zirə” – “Qəbələ” matçında “Zirə” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 43-cu dəqiqəsində “Qəbələ” klubunun 14 №-li futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?