Çexiyalı cüdoçu Aleksandr Yureçka 24 yaşında ölüb.
gundemxeber.az-ın "sportnet.az"a istinadən verdiyi məlumata görə, o, ötən həftənin cümə günü İtaliyada yerləşən La Garda gölündə batıb.
Yureçkanın ölümü ilə bağlı gələn həftə Özbəkistanda keçiriləcək Daşkənd Qran-Pri yarışı 1 dəqiqəlik sükutla başlayacaq.
Mərhum cüdoçu ötən ay Astanada keçirilən dünya çempionatında 90 kq çəki dərəcəsində mübarizə aparıb və iki dəfə "Böyük Dəbilqə" turnirinin bürünc mükafatçısı olub. O, "Bakı 2015" I Avropa Oyunlarına qatılsa da, ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.
Sorğu
Yeni dizaynımız necədir?