Azərbaycan birinciliyi və Bölgələrarası Kubok kimi böyük yarışların keçirilməsi sübut edir ki, gimnastika təkcə Bakıda deyil, regionlarda da inkişaf edir. gundemxeber.az-ın Trend-ə istinadən məlumatına görə, bunu bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva jurnalistlərə deyib: "6 ay əvvəl biz Mingəçevirdə bədii gimnastika bölməsi açdıq. İlk günlərdən 240 nəfər iştirak üçün müraciət etdi. Lakin onların hamısı ilə bir məşqçinin məşğul ola bilmədiyi üçün biz seçim etdik".
Onun sözlərinə görə, yaxın gələcəkdə regionlarda bədii gimnastika üzrə bölmələr artırılacaq: "Artıq 3-cü ildir ki, biz Azərbaycan birinciliyi keçiririk. Bu il yarışda 6 regiondan 50-dən çox, ümumilikdə isə 100-dən çox gimnast iştirak edir. Qürurla demək istəyirəm ki, Azərbaycanda artıq 12 rayonda - Naxçıvan, Qobustan, İsmayıllı, Kürdəmir, Göyçay, Şirvan, Qusar və Mingəçevirdə gimnastika inkişaf edir, digər rayonlarda isə biz tezliklə 13 bölmə açmağa hazırlaşırıq".
Baş məşqçinin sözlərinə görə, gimnastların səviyyəsi də mütəmadi olaraq inkişaf edir və Azərbaycan yığması üçün daha perspektivli idmançılar yetişir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?