AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqada 100-cü oyununu keçirib.
gundemxeber.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XII turunun "İnter"lə səfər matçındakı yubiley 45 yaşlı mütəxəssis üçün 0:3 hesablı məğlubiyyətlə nəticələnib.
2013-cü ildə "Neftçi"ni 10 çempionat matçına çıxaran Əhmədov 2014-cü ildən "sükanı arxasında" olduğu AZAL-da 90 dəfə iş başında olub. "İnter"lə görüşdəki məğlubiyyət onun yetirmələrinin 100 matçda 43-cü yenilgisi olub.
Çalışdırıcı cəmi 29 qələbəyə şahid olubsa, 27 dəfə heç-heçəni izləyib. Onun yetirmələri 85 qol vurub, 122-ni buraxıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?