GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » Güləşçilərimizi "vətən xaini" elan edənlər...

Güləşçilərimizi "vətən xaini" elan edənlər...

Tarix: 31-07-2017, 15:09 Bölmə :İdman Baxış: 429
Güləşçilərimizi "vətən xaini" elan edənlər...


Toğrul Əsgərov Olimpiya çempionu olub, Londonda bayrağımızı dalğalandıranda, Rəsul Çunayev finalda erməni Armen Vardanyanı diz çökdürüb, dünya çempionu adını qazananda, Hacı Əliyev Finlandiyada, Özbəkistanda dövlət himnimizi səsləndirəndə onlar barəsində deyilən sözlər təxminən eyni idi: Vətən oğullarına eşq olsun! Sizlər əsl qəhrəmanlarsınız!

Amma indi bəziləri onları “vətən xaini” elan etməyə, dar ağacından asmağa hazırdırlar. Səbəbə isə bişmiş toyuğun gülməyi gəlir. Bəzilərinin fikrinə görə, pəhləvanlarımıza vaxtı ilə qazandıqları uğurların müqabilində pul mükafatı verilibsə, susmalıdırlar. Rəqiblə yox, problemlə güləşməyə davam etməlidirlər. 15 aydır maaş ala bilmədiklərinə, şəraitsizliyə, geyinməyə forma, içməyə su tapmadıqlarına görə ağızlarını açmamalıdırlar, danışmamalıdırlar, dinməməlidirlər!

Əslində, bu, çox absurd fikirdir. Vallah, yaxşı ki, Ronaldo ilə Messi belə düşüncələrin dolaşdığı Azərbaycanda doğulmayıblar. Yoxsa, Ronaldonu baltalayardılar ki, “əə, donqili, sən indiyənə kimi, “Mançester Yunayted”i, “Real”ı basıb yemisən də, milyonların var, bir il də maaşsız oyna”. Messini də Dərnəgül yolu ilə Mərdəkana kimi qovardılar ki, “əəə, sən qudurmusan ki, sayəsində milyonlar qazandığın “Barselona”dan indi də yüksəködənişli müqavilə tələb edirsən?”

Çempion olanda güləşçiləri fəxrlə çiyinlərinə qaldıran, pəhləvanların uğurları sayəsində şəraitini yaxşılaşdıran millimizin baş məşqçisi Firdovsi Umudovun açıqlaması isə daha utancvericidir. Deyir ki, “mən güləşçilərin etirazına təəssüf edirəm, bütün bunlar Azərbaycanın adına yaraşmayan haldır”. Adama deməzlərmi ki, ölkə başçısının idmana qayğı göstərdiyi bir dövlətdə güləşçi niyə içməyə su tapmamalıdır? Adama deməzlərmi ki, zədələnən idmançı niyə həkim tapmamalıdır? Adama deməzlərmi ki, idmançı niyə öz hesabına əməliyyat olunmalıdır? Hansı bir ölkənin federasiyasında bu hal var? Məgər, futbolçu zədələndə müalicə xərclərini özümü çəkir? Bəs adama deməzlərmi ki, hanı Güləş Federasiyasına dövlətdən ayrılan vəsaitlər??? Adama deməzlərmi ki, niyə Rəsul Çunayev əməliyyat olunmalı olduğu halda, gözü yolda, qulağı səsdə federasiyadan 3 ay xəbər gözləməlidir? Adama deməzlərmi ki, bəs bunlar növbəti yarışa hansı əhval-ruhiyyə, sağlamlıqla hazırlaşacaqlar? Nəhayət, adama deməzlərmi ki, güləşçilər etiraz edəndə harada idin?

Və yaxud da məsələyə başqa prizmadan yanaşaq. Ölkə mətbuatında Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun oğlu Elşənin dəbdəbəli həyatı, lüks avtomobillərə sahib olmasına dair xəbərlər, fotolar yayılıb. Hörmətli Elçin Cəfərov, övladınızın bir gün maşınına benzin tökmək üçün pulu olmasa, sizə etiraz etməyəcəkmi? Qayıdıb, nə deyəcəksiz? Deyəcəksiz ki, oğlum, çaşma? Sənə o boyda maşın almışam, get benzinini özün tök? Əslində, belə deməlisiniz. Amma deməyəcəksiniz axı… Dərhal, xırda problemi yoluna qoymağa çalışacaqsınız. Bəs belə olan halda, sizin oğlunuzun Azərbaycanın adını yüksəldən idmançılardan nəyi artıqdır???

Şəxsən, mövcud problemlərə görə etiraz etdikləri üçün güləşçilərimizlə fəxr edirəm. Bəlkə də onlara görə duyduğum qürur hissinin dozası indi daha çoxdur, nəinki çempion olanda… Və Firdovsi Umudov, unutma ki, güləşçilərimizin etirazı hər hansı bir siyasi məsələyə, dövlət və dövlətçiliyə qarşı deyildi. Burada utanmalı bir məqam yoxdur. Sən ondan qorx ki, çiyinlərin boş qalacaq…

Və onu da unutma ki, ən titullu güləşçilər həm də, məşqə gəlib-getməyə yol pulu tapmayan gənc pəhləvanlar üçün sinələrini önə vermişdilər./yenicag
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsul Çunayev erməni rəqibinə məğlubiyyətinin səbəbini açıqladı – VİDEO

    Rəsul Çunayev erməni rəqibinə məğlubiyyətinin ...

    17-08-2016, 22:37

  • 
  • Ronaldo “Real”ı dünya çempionu etdi

    Ronaldo “Real”ı dünya çempionu etdi ...

    18-12-2016, 23:45

  • 
  • Azərbaycanın əhli-kef çempionları- Fotolar

    Azərbaycanın əhli-kef çempionları- Fotolar ...

    1-04-2014, 20:15

  • 
  • Tanınmış güləşçilərin aksiya keçirmələrinin gizli səbəbi: Əvvəllər “bəy” kimi dolananlar indi niyə moykalarda işləyir?

    Tanınmış güləşçilərin aksiya keçirmələrinin gizli ...

    30-07-2017, 14:52

  • 
  • İdmançımız dünya çempionu oldu

    İdmançımız dünya çempionu oldu ...

    25-10-2015, 13:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu