GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » Elxan Məmmədov “Kəpəz” klubunda baş verənlərdən danışdı: “Kimin sübutu varsa, buyursun, ortaya çıxarsın”

Elxan Məmmədov “Kəpəz” klubunda baş verənlərdən danışdı: “Kimin sübutu varsa, buyursun, ortaya çıxarsın”

Tarix: 10-11-2017, 10:51 Bölmə :İdman Baxış: 338
Elxan Məmmədov “Kəpəz” klubunda baş verənlərdən danışdı: “Kimin sübutu varsa, buyursun, ortaya çıxarsın”


AFFA-nın baş katibi Elxan Məmmədov 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan - Almaniya (0:7) oyunundan sonra suallarını cavablandırıb.

Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan Məmmədov son vaxtlar “Kəpəz” klubunda baş verən qalmaqallı hadisələrə də münasibət bildirib.

- Əvvəlcə oyunla bağlı fikirlərinizi bilmək istərdik...

- Bilirik ki, Almaniyaya qarşı oynamaq çətindi. Səfərdə də çox qol buraxmışdıq. Təəssüflər olsun ki, bugün eyni ssenari təkrarlandı. Yəqin ki, ilk oyundakı nəticə və komandanın adı psixoloji təsir yaratmışdı.

- Milli komandada ayrıca mətbuat xidməti olacağı deyilir...

- Bu, yaxşı praktikadı əslində. Nəzərə alaq ki, əvvəl bir seçmə mərhələ var idisə, indi iki təsnifat xarakterli turnir var. Millinin ayrıca mətbuat katibinin olması normaldır. Amma bu məsələni ilk öncə baş məşqçi ilə müzakirə etməliyik.

- “Kəpəz”də baş verənlərlə bağlı fikirləriniz maraqlıdır. Klubun mühasibi müsahibəsində bildirib ki, Mikayıl Nərimanoğlu sizin adınızdan istifadə edirmiş...

- Bizim problemimiz odur ki, çox şəffaf təşkilatıq. Hər zaman çalışmışıq, gələcəkdə çalışacağıq ki, hər addımımız açıq olsun. Çünki futbol milyonların oyunudu. 2008-ci ildən etibarən öz işlərimizi şəffaf görməyə çalışırıq. Bəzi, bəzi starteji qərarlar olur ki, onlar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanır. Ancaq belə məsələlərdə çox şəffafıq. “Kəpəz”də baş verənləri biz özümüz elan verdik, açıqladıq. Bəziləri bundan istifadə edir. Vəzifəyə təyin olunmuş şəxs son zamanlar işinin öhdəsindən gələ bilməyib, müəyyən qüsurlar olub, biz də onu azad etmişik. Qalan məsələlərlə hüquq-mühafizə orqanları məşğul olacaqlar.

- Adınızın bu məsələdə hallanması sizi narahat etmir?

- Yenə deyirəm, mən göstəriş verdim ki, məlumatı AFFA-nın saytında yerləşdirsinlər. Biz şəffafıq, işimiz düzdü, ona görə də çəkinəcək heç bir hərəkətimiz yoxdu. Gələcəkdə də belə olacağıq. Böyük strukturun idarə olunması zamanı bu cür halların meydana çıxması normaldı. Əgər kimsə mənim adımı hallandırıbsa, mən nə deyə bilərəm? Sübut varsa, buyursunlar, ortaya çıxarsınlar. Klubdakı mühasib xanımla Bakıda görüşdük, ona bir neçə hüquqi sualım var idi, auditin qarşısında həmin sualları ünvanladım, cavabımı aldım. Mən auditin rəyinə əsasən deyirəm, “Kəpəz”də ciddi, kritik maliyyə pozuntusu yoxdur. Olsaydı, tamamilə başqa addım atardıq. Unutmayaq ki, həmin kluba AFFA tərəfindən nə qədər vəsait ayrılıb, klubun büdcəsi nə qədərdi, hamısı AFFA-nın saytında yazılıb və 2018-ci ilin hesabatında yenə sizə təqdim olunacaq.

- Siz deyirsiniz ki, qəzetdə baş mühasibin sözləri başqa formada təqdim olunub?

- Düzü, həmin qəzeti oxumamışam.

- Həmin xanım deyib ki, Mikayıl müəllim sizin adınızdan istifadə edib...

- Bu artıq Mikayıl müəllimin məsuliyyətidi. Ona görə də bu gün “Kəpəz”də işləmir.

- Şahin Diniyev müsahibəsində bildirib ki, onun əməkhaqqı kartına 10 500, bəzi hallarda isə 9 500 manat köçürülüb, ancaq əmək haqqısı 7000 manatdır. Məşqçi qeyd edib ki, qalan məbləğ cari xərclərə xərclənib. Müxtəlif əməliyyatlara, ləvazimatlara və s. Sizcə, bu cür idarətemə doğrudurmu?

- Təbii ki, doğru deyil. Heç cür qəbul eləmək olmaz. Məhz bu kimi məsələlərə görə biz ora audit yoxlama göndərdik. Və nəticələrdən belə başa düşmək olar ki, müəyyən səhvlər var, ancaq kritik deyil. Şahin müəllim hansı əsasla bunu deyir? Çünki bank pulu köçürəndə müqavilə tələb edir. Müqavilədə maaş 7000 manat göstərilibsə, necə 10500 manat köçürülə bilər? Rəylərdə müəyyən səhvlər var, amma kritik deyil. Bunu dəfələrlə demişəm. Sadəcə bu məsələni süni şəkildə gündəmdə saxlamağa çalışırlar.

- Necə oldu ki, “Kəpəz”dəki qanunsuzluqları aşkarladınız?

- Biz çalışırıq ki, AFFA-dan gedən bütün vəsaitləri nəzarətdə saxlayaq və aidiyyatı üzrə xərclənməsini yoxlayaq. Təbii ki, biz bunda məsuliyyət daşımırıq. İlk növbədə maliyyə ayrılmış təşkilat məsuliyyət daşıyır. Ancaq bu, mənim istəyimdi ki, mən rahat olum. Yoxladıq və məlum oldu ki, bəzi düzgün olmayan nüanslar var. Biz bütün prosesi şəffaf şəkildə etdik. Günahkarı da işdən uzaqlaşdırdıq. Bunun üçün hətta bizi – AFFA-nı alqışlamalısınız.

- Yəqin ki, AFFA-dan maliyyə yardımı alan digər klublarda da nəzarət güclənəcək...

- Əlbəttə. Növbəti yoxlama “Keşlə”də olacaq. Daha sonra “Zaqatala”, MOİK və digər klublar yoxlanılacaq./qol.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Top buraxmamaq şərtilə qol vrmağa çalışacağıq"

    "Top buraxmamaq şərtilə qol vrmağa ...

    27-06-2016, 20:08

  • 
  • "Daçiya" - "Kəpəz" matçından əvvəl gözlənilməz istefa

    "Daçiya" - "Kəpəz" matçından ...

    6-07-2016, 14:02

  • 
  • Azərbaycan klubunda istefa

    Azərbaycan klubunda istefa ...

    8-10-2015, 10:43

  • 
  • "Əlimizi yanımıza salıb təslim olmayacağıq"

    "Əlimizi yanımıza salıb təslim ...

    7-07-2016, 19:35

  • 
  • Millimiz Avropa çempionatına bərabərliklə başladı

    Millimiz Avropa çempionatına bərabərliklə başladı ...

    11-11-2014, 00:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu