İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" komandaları arasında keçiriləcək futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu üçün biletlər qısa müddətdə satılıb.
İspaniyada dərc olunan "Marca" nəşri yazır ki, satış başlandıqdan 8 dəqiqə sonra bütün biletlər bitib. "Santyaqo Bernabeu" stadionunda baş tutacaq görüşdə "Real Madrid"in 76 min, "Yuventus"un 4 minədək azarkeşi olacaq. İlk oyunun biletləri isə bir neçə saat ərzində tükənib.
Qeyd edək ki, bu komandalar arasında ilk matç aprelin 3-də, cavab qarşılaşması isə aprelin 11-də keçiriləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?