Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Yığıncaqda Premyer Liqanın XXI turunun oyunlarında baş verənlərlə bağlı qərarlar verilib. “Qarabağ” – “Keşlə” matçının 60-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Coşqun Diniyev və qonaqların üzvü Sezar Meza Kolli aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulublar. Komitə iki futbolçunu 3 oyunluq cəzalandırıb. Klublar 2400 manat cərimələnib.
Futbolçulara verilmiş 3 oyun cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacaqları təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək./ölkə.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?