Dünəndən Minskdə olan "Qarabağ" futbol klubu Çempionların Liqasının üçüncü təsnifat mərhələsinin BATE-yə qarşı cavab oyununun keçiriləcəyi Borisov şəhər stadionunda bu günə nəzərdə tutulmuş matç öncəsi məşqə getməkdən imtina edib.
Azərbaycan çempionu "Borisov-Arena"da oyundan əvvəl keçirilən ənənəvi məşq imkanından istifadə etməyib. Daha dəqiq desək, Minskdəki "Olimpiya" stadionunda məşq etməyi qərara alıb.
Borisov şəhəri paytaxt Minskdən təxminən 70 kilometr aralıda yerləşir.
Qeyd edək ki, BATE - "Qarabağ" matçı 14 avqust saat 21:00-da Borisovda start götürəcək.
Onu da qeyd edək ki, Bakıda keçirilən birinci oyunda BATE 1:0 hesabı ilə qalib gəlmişdi.
Sorğu
Yeni dizaynımız necədir?