Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasındakı V tur görüşlərində üz-üzə gələcək komandaların heyətləri açıqlanıb.
Azərbaycanın kişilərdən ibarət yığmasından Şəhriyar Məmmədyarov Ermənistan təmsilçisi Levon Aronyanla birinci lövhədə üz-üzə gələcək. Onun bacısı Zeynəb Məmmədyarova da Yunanıstan millisinin lideri Anna-Mariya Botsari ilə qarşılaşmada ön lövhədə yer alacaq. Məmmədyarovla qara fiqurlarla mübarizə aparacaqlar.
Komandaların heyətləri:
Ermənistan - Azərbaycan
Levon Aronyan - Şəhriyar Məmmədyarov
Qabriel Sargissyan - Teymur Rəcəbov
Qrant Melkumyan - Arkadi Naydiç
Hayk Martirosyan - Rauf Məmmədov
Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayacaq.
Yunanıstan - Azərbaycan
Anna-Mariya Botsari - Zeynəb Məmmədyarova
Stavrula Tsolakidu - Xanım Balacayeva
Anastasiya Avramidu - Gülnar Məmmədova
Haritomeni Markantonaki - Ülviyyə Fətəliyeva
Balacayeva və Fətəliyeva ağ, Məmmədyarova və Məmmədov qara fiqurlarla çıxış edəcək.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Sorğu
Yeni dizaynımız necədir?