İspaniya məhkəməsi “Barselona”nın futbolçusu Lionel Messi və onun fonduna qarşı işə xitam verib.
Gundemxeber.az “Marca”ya istinadən xəbər verir ki, hakim Mariya Tardon fondun sabiq əməkdaşı Federiko Rettorinin ifadəsi əsasında irəli sürülən maliyyə fırıldağı və “çirkli pulların” yuyulması ilə bağlı ittihamı yetərli dəlillər olmadığı üçün əsassız sayıb. Qeyd edək ki, ittihamda fonda daxil olmuş ianələrdən vəsaitin dünyanın müxtəlif ölkələrindəki ofşor hesablara köçürüldüyü bildirilirdi. İddiaya görə, qanunsuz fəaliyyət 2012 - 2014-cü illərdə İspaniya və Argentinada baş verib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?