Premyer Liqanın 3-cü turunun "Qarabağ"- "Xəzər Lənkəran" oyunundan sonra xoşagəlməz hadisə baş verib. Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ" azarkeşi "Xəzər Lənkəran" fanatını bıçaqlayıb.
Qeyd edək ki, bu gün baş tutan "Qarabağ"- "Xəzər Lənkəran" qarşılaşmasında hesab 2-0 "Qarabağ"ın xeyrinə olub.
Fanat.az xəbər verir ki, oyun başa çatandan sonra "Qarabağ” və "Xəzər Lənkəran”ın bir qurup fanatı arasında mübahisə yaranıb. Olaya polis müdaxilə edib. Asayiş keşikçiləri "Xəzər Lənkəran” azarkeşlərindən birini saxlasa da, ərazidə yaşayan sakinlər onu polisin əlindən almağa nail olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?