Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində keçirilən “Slima”-“Xəzər Lənkəran” oyunundan öncə Franko Nildonun facebook səhifəsində yayımladığı şəkil aləmi bir-birinə vurub.
futbol11.az saytına istinadən məlumata görə, Nildonun çılpaq qadın heykəlinə sarılıb iyrənc bir görüntü yaratması heç də yaxşı qarşılanmayıb.
Bununla bağlı “Xəzər Lənkəran”dan rəsmi münasibət də gəlib. Hazırda Maltada olan klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib: “Bu şəkil futbolçunun facebook səhifəsindən götürülüb. Facebookda istənilən adam öz şəklini dostları ilə paylaşır, ictimaiyyətlə yox. Bundan əlavə, legionerlərin mentaliteti bizimkindən fərqlidir. Əlavə edim ki, həmin şəkil Maltada oyundan öncə yox, Almaniyadakı oteldə çəkilib. Mənim bu barədə futbolçu ilə söhbətim olub. Mən ondan istədim ki, bu tip şəkilləri sosial şəbəkədə paylaşmasın”.
Sorğu
Yeni dizaynımız necədir?