AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu Voislav Stankoviçi bir oyunluq cəzalandırıb.
Buna 33 yaşlı müdafiəçinin Premyer Liqanın XV turunda "Sumqayıt"la 1:1 bərabərə qaldıqları matçda sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Klub bunun üçün 200 manat məbləğində cərimələnib. "Sumqayıt" klubunun azarkeşləri həmin görüşdə pirotexniki vasitələrdən istifada edib, "gənclik şəhəri" təmsilçisi bunun üçün 800 manat ödəməli olacaq. Komitə "Qarabağ"a 800 manat cəza kəsib. Ağdam təmsilçisinin 4 futbolçusu "Səbail"i 1:0 hesabı ilə yendikləri oyunda sarı vərəqə alıblar. "Keşlə" də "Qarabağ" kimi 800 manat ödəyəcək. Paytaxt klubunun 5 oyunçusu "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdikləri görüşdə sarı vərəqə ilə cəzalanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?